‼️😃SÜNİ İNTELLEKTLİ MER
✍️Bakıda keçirilən növbəti “Venesiya günləri” barədə danışan mer Eldar Əzizov, şəhər sakinlərinə yeni müjdə verib!
Belə ki, medianın xahiş və minnətiylə açıqlama verməyə məcbur qalan Eldar müəllim, bəlkə də ChatGPT-yə müraciət edib və şablon cavabı, ictimaiyyətə təqdim edib.
Sitat: “Bakı elə sürətli və güclü inkişaf edir ki, kanalizasiya və infrastruktur, buna, ayaq uydura bilmir! Ona görə də ən az 2 il müddətində, belə hallar, subasmalar, davam edəcək.”
Yəni; ikicə il dözün, ondan sonraya isə… Allah kərimdi, kim ölər, kim qalar… Ölmə eşşəyim ölmə….
Merin sözündən belə çıxır ki, sel, nəqliyyatın dayanması, ictimai fəaliyyətin bloklanması… bunlar, xırda məsələdir; əsas odur ki, bu dəfə ölüm-itim olmadı!
O, hətta unikal və möhtəşəm bir təklif də verib: tunelleri su basan kimi, giriş-çıxışlar bağlansın!
Vəssəlam, beləcə, su, lap 2 metrə də qalxsa, boğulan olmayacaq! Necə ki çirkli su hövzələrinə, kanallara yaxın durmuruqsa, eləcə də tunellərdən də uzaq durmalıyıq!
Həə, indi, burda sual yaranır: axı tunellər olmadan, şəhərdaxili hərəkət etmək olmaz, necə edək, harasa getməyəkmi?
Hörmətli mer, bax, bu suala, cavab verməyib!
Eybi yox, mediamızdan xahiş edək ki, yenidən Eldar müəllimə müraciət etsin və bu sualın da cavabını alsın ki, açıqlama, tamamlansın!
________________
Fikrimizcə, “Harasa getməyəkmi?” sualına, o, bu cür cavab verəcək: “Elə bilin ki sərt karantin gəlib! Hər kəs, dar günə hazırlıq görsün, azuqə toplasın!”
________________
________________
Bu arada, Eldar müəllim, küləkli havada, köhnə ağacların yıxılması probleminə də toxunub. O, yenə də təmkinli və soyuqqanlı cavab verərək, bir narahatçılığa əsas olmadığını bildirib. Sitat: “Ağac yıxılar, eybi yox, yenisini əkərik.”
Amma… ağac yıxılanda, bəzən maşınlara, hətta evlərə də zərər verir; bəs, bu, necə olacaq?
Müdrik merimiz, görünür ki, ya ChatGPT-nin cavabını sonacan kopyalamayıb, ya da əzbərlədiyi sözlərin davamını yaddan çıxarıb!
____
💢Bəli, merimiz, görünür ki, texnologiyanı, elmi, innovasiyanı səhv anlayıb! O, deyəsən, elə zənn edir ki, intellektli olmaq, süni intellektə cavab yazdırmaq deməkdir…
