ŞAHİN BAĞIROV TƏZƏ METOD KƏŞF EDİB?

Getting your Trinity Audio player ready...
0
0

Son zamanlarda Dövlət Gömrük Komitəsi və onun rəhbəri Şahin Bağırovun fəaliyyətilə bağlı vətəndaşların şikayətləri artmaqdadır və əsaslı faktlar ortaya çıxmaqdadır. Əlbəttə, bu barədə çox ilginc detallar aşkara çıxdığı üçün, tərəfsiz media olaraq, ayrıca və dramatik bir sujet hazırlamağı planlayırıq. Lakin, hazırda konkret bir vətəndaşın yaşadığı çox ilginc bir situasiyanı gündəmə gətirəcəyik.
Belə ki, mövzubəhsi olan durum, xaricdən fərdi mal gətirilməsi, yəni daşınma ilə bağlıdır. Xatirə xanımın bir neçə gün içində qarşılaşdığı 2 durum, Şahin Bağırovun və gömrüyün düşdüyü dərin korrupsiya fəaliyyətini ifşa edir!
Sözügedən vətəndaşı dinləyək:

“Mənə məxsus 2 bağlama 2 fərqli karqodan gələrkən eyni günlərdə ƏSASSIZ YERƏ SAXLANILIBDIR! Bu bağlamalardan birindəki məhsulun 5 ədəd olmasını nəzərə alıb, lap bunu mübahisəli qərar hesab etsək belə, digər bağlamada 3 ədəd məhsul olmasına nə deməli, bunu hansı məntiqlə açıqlamalı?…
Qeyd edim ki, karqo şirkətindən bildirildi ki, saxlancın səbəbi, AY ƏRZİNDƏ ÇOX BAĞLAMA GƏTİRMƏKdir. Lakin, 300 dollarlıq limiti əgər keçməmişəmsə, hətta bu limit xeyli boşdursa, hansı ÇOX GƏTİRMƏdən söhbət gedir?” (Bağlamadakı məhsul qida əlavəsidir)

Və məlum olur ki, vətəndaşın sentyabr ayı ərzində gömrük limiti üzrə qalığı 278 dollar, oktyabr ərzində isə 196.95$-dır! Bu da təsdiq edir ki, hansısa bir ticari məsələ, mövzubəhsi ola bilməz!

Xatirə xanımın yaşadığı ekzotik özbaşınalıqdan, əslində bu, nəticə çıxır: İSTƏNİLƏN BAĞLAMA SAXLANILA BİLƏR! Yəni, heç bir səbəb olmadan, sırf keyfi şəkildə, istənilən vətəndaşa süni əngəl yaradıla bilər!

Bəli, artıq görünür ki, Şahin Bağırov lap “ağını çıxardıb”! Ən azından, sosial mediada müvafiq karqo qruplarını arayıb-axtaranda, heç bir zaman bu qədər acınacaqlı durumun yaşanmadığı aydın olur. Bəli, hətta əvvəlki müdir zamanında belə, bu qədər aşkar özbaşınalıq faktlarına yol verilmədiyini siz karqo qruplarında şikayətlər tarixçəsinə baxanda görə bilərsiniz.

Bunu da xüsusi qeyd edək ki, vətəndaş, Şahin Bağırova xüsusi məktub yazaraq, qanunsuzluğu, faktı detallarıyla onun nəzərinə çatdırıb. Amma, nəinki qanunsuzluğu aradan qaldırmağa, heç cavab yazmağa belə, ehtiyac görməyiblər!

Məsələyə münasibət bildirən ictimai texnoloq Emin Mirzəli təsirli bir rəy yazıb:

“Sual olunur: Hörmətli Şahin Bağırov, siz o vəzifəyə, yarıtmaz fəaliyyətə görə qovulan əvvəlki sədrdən irəli, yoxsa daha geri getmək üçün təyin olunmusunuz?… Cəmi 22 dollarlıq məhsul gətirməklə heç bir biznes fəaliyyətinə şübhə olmayan vətəndaşın bağlamasını əlindən almaqla nəyə nail olmaq istəyirsiniz? Axı, onsuz da, vətəndaş buna görə sizə rüşvət verməyəcək, uzaqbaşı hər şeyə “tüpürüb”, “haramınız olsun!” deyib, bağlamanı sizə tərk edəcək; bununla nə qazanacaqsınız?
Olmaya məqsədiniz də elə budur: hər, məsələn, 100 adamdan 1 bağlama “qoparmaq”la əlavə qazanc mənbəyi formalaşdırmaq istəyirsiniz?
Bərəkəllah sizə! Mənimsəmənin, korrupsiyanın yeni və unikal yolunu kəşf etdiyiniz üçün, əhsən zəkanıza!

Amma, Şahin bəy, siz bir şeyi unudursunuz: bağlamasını səbəbsiz yerə mənimsədiyiniz tutalım 50 nəfərdən ən azı 1-i “dişli” çıxa bilər, savadlı birisi ola bilər; bu da, sizi ifşa etməsinə, sosial və elektron mediada oyunlarınızı aşkara çıxarmağa səbəb ola bilər! İNDİ OLDUĞU KİMİ!
AYIB OLSUN SİZƏ Kİ, PENSİONER BİR XANIMIN, AY ƏRZİNDƏ GƏTİRDİYİ 28 DOLLARLIQ QİDA (DƏRMAN) ƏLAVƏSİNƏ GÖZ DİKİRSİNİZ! QANUNU, AŞKAR ŞƏKİLDƏ AYAQ ALTINA ALIRSINIZ! ƏGƏR HANSISA QANUNU POZSAYDI, BUNA BƏHANƏNİZ OLSAYDI, ONSUZ DA CAVAB YAZARDINIZ. DEMƏLİ, AYDINDIR Kİ, QANUN VECİNİZƏ DEYİL, LAKİN, BU, HƏM DƏ MİLLİ DƏYƏRLƏRƏ, MİNİUM ŞƏXSİYYƏT STANDARTLARINA UYĞUN GƏLMİR! ÇÜNKİ, QADINI, ÖZÜ DƏ YAŞLI VƏ YOXSUL BİR QADINI ƏZMƏK, ƏLİNDƏKİNİ QAMARLAMAQ KİŞİLİK DEYİL! AYIB OLSUN SİZƏ!“

SAYTDAN: OBYEKTİVLİK NAMİNƏ, QARŞI TƏRƏFİN FİKRİNİ ALMAQ ÜÇÜN KOMİTƏYƏ DƏFƏLƏRLƏ ZƏNG ETSƏK DƏ, “DÜŞ”Ə BİLMƏDİK! ƏLBƏTTƏ, BU DA, KOMİTƏNİN VƏ ŞAHİN BAĞIROVUN “ŞƏFFAFLIĞI”NI AŞKAR EDƏN BAŞQA FAKTDIR...

Məsələ ilə bağlı yaxın günlərdə sujetimiz də olacaq.

Xeberciniz.Biz

Yeniliklərdən xəbərdar olmaq üçün kanallarımıza qoşulun!

Dəstəyiniz bizim üçün vacibdir. Aşağıdakı keçidlərdən bizi izləyə və abunə ola bilərsiniz:

🔴 YouTube-da Abunə Ol 🔵 Facebook 📸 Instagram ⚫ X (Twitter)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir