Elm Naziri Alimi Blok Etdi!
ƏMRULLAYEV ÖZÜNÜ GÜLDÜRDÜ! Nazir, Alimi Blokdan Çıxartdı
Bir müddət öncə çox ilginc bir xəbər yayılmışdı: Elm Naziri Alimi Blok Etdi!
Belə ki, gənc alim Emin Mirzəli, Elm və təhsil naziri Emin Əmrullayev in qərarlarını konseptual şəkildə tənqid etmişdi və nazirin rəsmi səhifəsini işarələyərək, suallar vermişdi. İrəli sürülən fikirlərin sərrast olması, görünür ki, naziri özündən çıxarıb, və o da, gənc alimi blok edib.
Bu xəbər, o zamanlar 1Xəbər 1Şərh kanalında və saytlarda yayımlanmışdı və rezonansa səbəb olmuşdu. Xəbərin əks-sədası, çox keçmədən Əmrullayevə gedib çatdı və o, verdiyi əcaib qərarın səhv olduğunu anladı. Beləliklə də, əngəllədiyi gənc alimi blokdan çıxartdı!
Doğrudur, nazirin bu qərar dəyişikliyini, “Biabır olmaqdan çəkindiyi üçün edib” şəklində yorumlamaq da olar. Lakin, əslində, o, ALİMİ BLOK EDƏRKƏN, ZATƏN ÖZÜNÜ BİABIR ETMİŞDİ!
Bir sözlə, Molla Nəsrəddinin məşhur məsəlindəki hadisə, yaşanılıb: Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb! Əmrullayevin alimi blok etməsi bir ayıb, blokdan çıxarması iki ayıb!
Nazir, hər halda uzaqgörən, dərrakəli olsaydı, belə bəsit və ucuz addıma, əvvəldən getməzdi.
Çünki, alimi blok etməyin əks-sədası, onsuz da gec-tez çıxacaqdı, başqa bir ehtimal yox idi… Bir halda ki, daha öncə də, cənab Əmrullayev, eyni avanturizmə yol vermişdi. Belə ki, o, köməksiz bir müəllimi blok etmiş, mediada ifşa olunduqdan sonra təzədən blokdan çıxarmışdı…
Burda, bir daha o məşum sual aktuallaşır: ƏMRULLAYEV, ELM VƏ TƏHSİL NAZİRİ OLMAĞA LAYİQDİRMİ?
Birincisi: Elm və təhsil naziri, ALİMİ BLOK ETMƏZ! Kimi etsə də, alimi etməz!
İkincisi: tənqidə dözümü olmayan birisi, ELM NAZİRİ ola bilməz!
Üçüncüsü: alimi blok edəndən sonra, bu əməlin gizli qalacağını düşünmək, informasiya əsrində, məntiqsizlikdir!
Cənab Əmrullayev, bir daha sübut etdi ki, ELM NAZİRİ vəzifəsinə layiq deyil.
Hazırladığımız ekskluziv sujeti təqdim edirik: