Marsa uçuşlar nə vaxt başlayayır? – İlon Mask açıqladı

Getting your Trinity Audio player ready...
0
0

“Space X” şirkətinə məxsus “Starship” fəza gəmiləri artıq qarşıdakı illərdə Marsa uçuşlara başlayacaq.

Lent.az bildirir ki, bu barədə həmin şirkətin sahibi İlon Mask (Elon Musk) “Twitter” səhifəsində yazıb.

“”Space X” Marsa “Starship” gəmilərini endirməyə 2030-cu ildən xeyli əvvəl başlayacaq”, – o deyib.

Tanınmış iş adamı əsas məsələnin insanları Marsa çatdırmaqdan daha çox orada insanların yaşaması üçün lazımi şərtlərə malik olan daimi bazanı yaratmaq olduğunu bildirib.

Qeyd edək ki, NASA (ABŞ Aeronavtika və Fəza Agentliyi) Marsa insanların uçuşlarını yalnız 2030-cu illərin ortalarında mümkün olacağı qənaətindədir.

Yeniliklərdən xəbərdar olmaq üçün kanallarımıza qoşulun!

Dəstəyiniz bizim üçün vacibdir. Aşağıdakı keçidlərdən bizi izləyə və abunə ola bilərsiniz:

🔴 YouTube-da Abunə Ol 🔵 Facebook 📸 Instagram ⚫ X (Twitter)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir