Helikopter qəzasında “İşçi Nəbiyev” yazılan şəxs kimdir? — Gizli qəhrəman
Helikopter qəzasında həlak olan hərbçilərdən biri Zirədə, biri Əmircanda, biri isə Beyləqanda dəfn olunacaq
Dövlət Sərhəd Xidmətinin helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən 11-i II Şəhidlər xiyabanında dəfn edilib.
Ordu.az xəbər verir ki, qəzada həlak olan 3 hərbçi – polkovnik Cavadov Fizuli Əli İbram oğlu Zirədə, kapitan Əliyev Xəyyam Əlixan oğlu Əmircanda, baş leytenant Nağıyev Fərid Təyyar oğlu isə Beyləqanda dəfn olunacaq.
Bu barədə qərar onların ailələrinin istəyi ilə verilib.
Qeyd edək ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olub:
- 1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
- 2. polkovnik Nəzirov Emil Nəzir oğlu;
- 3. mayor Həsənov Elmir Mircəlil oğlu;
- 4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
- 5. mayor Mayılov Emil Şahid oğlu;
- 6. mayor Məmmədov Murad Yaşar oğlu;
- 7. mayor Əliyev Emil Elman oğlu;
- 8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
- 9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
- 10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
- 11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;
- 12. leytenant Süleymanov Abdulla Telman oğlu;
- 13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
- 14. işçi Nəbiyev Elçin Fikrət oğlu.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.
Helikopter qəzasında “İşçi Nəbiyev” yazılan şəxs kimdir? — Gizli qəhrəman
Dünən baş verən qəzada adı “İşçi Nəbiyev” kimi keçən şəxsin kimliyi məlum olub.
Demokrat.az xəbər verir ki, həmin şəhidimiz təqaüddə olan polkovnik Nəbiyev Elçin Fikrət oğludur.
O, Rail Rzayevin zamanında Azərbaycanın baş şturmanı, naviqasiyanın atası, HHMQ və HHQ Baş Qərargah rəisi olub. İlk və yeganə azərbaycanlıdır ki, Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib SSRİ zamanı. Sonra könüllü olaraq Azərbaycan ordusuna dönərək (birinci Qarabağ Müharibəsi zamanı) ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb.
Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların tərtibinidə müəlliflərdən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanlarından biridir. Çox sadə, çox ağır və son dərəcə həm nəzəri, həm də praktiki cəhətdən peşəkar bir kadr olub!
Şəhidlər ölməz…