Şəhriyar Məmmədyarov Harri Kasparovu 7 gedişə məğlub etdi – VİDEO

Getting your Trinity Audio player ready...
0
0

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Croatia Grand Chess Tour”un blits turniri start götürüb.

Reportun məlumatına görə, iki gün davam edəcək turnirin birinci günündə Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparır.

Belə ki, Şəhriyar Məmmədyarov ilk görüşdə fransalı Maksim Vaşye-Laqrava məğlub olub. Daha sonra rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib.

Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində cəmi yeddi gedişə qələbə qazanıb.

Şəhriyar Məmmədyarov “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin – Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Croatia Grand Chess Tour”un blits turnirində keçirdiyi 6-cı oyunda Bakı şahmat məktəbinin yetirməsi olan keçmiş dünya çempionu, Rusiya təmsilçisi Harri Kasparovla qarşılaşıb. Qarşılaşma Şəhriyar Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Ağ fiqurlarla oynayan Ş.Məmmədyarov 7-ci gedişdə rəqibini məğlub edib.

Xeberciniz.biz sözügedən oyunun gedişlərinin əks olunduğu videonu təqdim edir:

Xatırladaq ki, “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin iştirakçıları məlum olmuşdu.

Chess.az xəbər verir ki, iyulun 7-dən 11-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək “Croatia Grand Chess Tour” adlı rapid turnirində, ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcəkdi. Xatıraldaq ki,, Şəhriyar seriyanın birinci yarışı olmuş “Superbet Chess Classic Romania”-ın qalibi olmuşdur. 


 Artıq Xorvatiyada üz-üzə gələcək şahmatçıların adları da məlumdur. Beləliklə, Zaqrebdə Məmmədyarovdan başqa, fransız Maksim Vaşye-Laqraf,Niderland təmsilçiləriAniş Giri  Yorden Van Forrest, rusiyalılar Yan Nepomnyaşiy və Aleksandr Qrişyuk, ukraynalı Anton Korobov, polyak Yan-Kşıştof Duda, meydan sahibi, xorvatiyalı İvan Sariç və xüsusi qonaq qismində turnirə dəvət olunan iki eks-dünya çempionu, hindistanlı Vişvanatan Anand  Rusiyanı təmsil edən əslən bakılı Hari Kasparovdur. Qeyd edək ki, turnir çərçivəsində baş tutacaq Məmmədyarov-Kasparov qarşılaşması hər iki şahmatçı üçün karyeralarında bir-birilərinə qarşı oynadığı ilk oyun olacaq. Qrossmeysteürimizi Şəhriyar Məmmədyarov indiyədək heç bir rəsmi oyunda Hari Kasparovla qarşılaşmamışdır.

Yeniliklərdən xəbərdar olmaq üçün kanallarımıza qoşulun!

Dəstəyiniz bizim üçün vacibdir. Aşağıdakı keçidlərdən bizi izləyə və abunə ola bilərsiniz:

🔴 YouTube-da Abunə Ol 🔵 Facebook 📸 Instagram ⚫ X (Twitter)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir