Gerçək Santa Klaus: Tramp (məzəli sujet)

0
0

Böyüklər, şaxta babaya inanmadıqlarını deyirlər, lakin yeni ili, şaxta babasız təsəvvvür etməmələri, onu göstərir ki, şaxta babaya elə uşaqlardan çox, böyüklər inanırlar. Çox dərinə getməyək: o boyda ABŞ-də, camaat, Şaxta Babaya çox oxşayan Trampı seçdi. Çünki Tramp da, eynilə Santa Klaus kimi, pafosu və fantastikanı təmsil edir, nəfəsi də yalanla gedib gəlir. O qədər gopa basıb ki, artıq nəinki sözləri, öz varlığı belə, şübhəlidir. İlk dəfə seçiləndə, verdiyi vədlərin çoxunu yerinə yetirməyən bu fırıldağa, camaat, zatən şaxta babalığına görə, yəni əyləndirmə bacarığına görə yenidən səs verdi. Axı, heç pişiyini belə, əyləndirə bilməyən passiv Baydendən fərqli olaraq, Tramp, çox coşğulu və məzəlidir. O, noyabrdakı seçkidə verdiyi boş, amma cəlbedici vədlərlə, camaatın, dekabrdakı yeni il və milad adrenalinini təmin etdi. Buna görə də, dünyanın mərkəzi olan ABŞ-ın timsalında, bütün dünya ölkələri üçün santa klaus olaraq seçildi. Yəni ümumilli, beynəlmiləl şaxtababa.

Elə bilirdiz, bir neçə günlük tətildə, Şaxta babayla əylənəcəksiz, güləcəksiz, amma anlamırdız ki, bayram qurtaranda, bu dəfə o, sizinlə əylənəcək və özü də, gülmədən əylənəcək!

Amma… Amması budur ki, yeni il və milad həyəcanının bir pis cəhəti var ki, daimi deyil və cəmi bir neçə gün çəkir! Bəli, hər dəfə yeni il bayramı bitir, əyləncə və coşğu, yerini, məyusluğa və depressiyaya buraxır. Necə deyərlər; yersiz sevinc, yersiz kədər gətirər.

Ona görə də, dəlisov Trampı seçib əylənəndən sonra, indi gərək onun çılğınlığının əks təsirləri ilə də üzləşək…. Buyurun, yeni il bitib: artıq siz, Şaxta Babaya lazım deyilsiz; o, yeni və həqiqi macəra axtarır: Kanadanı, Qrenlandiyanı, Panama kanalını ələ keçirmək! Bəli, santa klaus, yeni həyəcan üçün çox təhlükəli planlar qurur… Adam, ciddi-ciddi deyir ki, Kanada, ABŞ-yə birləşib 51-ci ştat olsun. Danimarkanın nəzarətindəki Qrenlandiya, ABŞ-nın öhdəsinə verilsin. Panama kanalı isə ABŞ kanalı olsun…

Biz elə bilirdik Şaxta babanın xurcununda, hədiyyələr olur. Sən demə ki, bomba varmış!  Artıq Kanada baş nazirinin istefası, şaxta babanın partlatdığı ilk bombadır.

Bu, hələ, təzə başlayıb, xurcunundakı digər hədiyyələrdən Allah qorusun!

Bir sözlə, ABŞ camaatının, milad sərxoşluğunun acısını, indi bütün bəşəriyyət çəkir… “Novıy qod”, santa klaus, əyləncə, adrenalin deyib, şıllaq atmaqla deyil ki… Bunun sonrası da var!.. Sonrası da budur ki, Şaxta baba, saxta babaya çevrilir və bütün əyləncəni, burnunuzdan gətirir!…

“Maşennik”dən özünüzə “baba” düzəldəndə, axırı, elə belə də olmalı idi… Elə bilirdiz, bir neçə günlük tətildə, Şaxta babayla əylənəcəksiz, güləcəksiz, amma anlamırdız ki, bayram qurtaranda, bu dəfə o, sizinlə əylənəcək və özü də, gülmədən əylənəcək!

Bəli, əslində bəşəriyyətin, çıraqla axtardığı, ilboyu yanında arzuladığı, o möhtəşəm, dahi, sanballı kişi, elə Tramp imiş! Axı camaat sevir- kimsə onun başına oyun açsın, əzib-tapdalasın, döysün!… Məşhur məsəllərimizdə nə deyilir: qızını döyməyən, dizini döyər, yaxşı at, özünə qamçı vurdurmaz!

Hazır olun; qamçı gəlir!

Sujeti təqdim edirik:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir