3 erməni əsgəri yaralandı – Azərbaycan ordusundan əks-həmlə
|
Getting your Trinity Audio player ready...
|
“Azərbaycan Silahlı Qüvvələri erməni mövqelərinə atəş açıb, Ermənistan Silahlı Qüvvələrinin üç hərbçisi yaralanıb”.
Turkustan.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, eyni istiqamətdə bu gün saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün kanallarımıza qoşulun!
Dəstəyiniz bizim üçün vacibdir. Aşağıdakı keçidlərdən bizi izləyə və abunə ola bilərsiniz:
🔴 YouTube-da Abunə Ol 🔵 Facebook 📸 Instagram ⚫ X (Twitter)