Bakıda ən ucuz taksi hansıdır? – QİYMƏTLƏR VƏ MÜQAYİSƏ

0
0

Taksi xidməti son illər Azərbaycanda, daha dəqiq desək, Bakıda ən sürətlə inkişaf edən biznes sahəsidir. Paytaxtda demək olar ki, hər ay yeni bir taksi xidməti yaradılır. İlk baxışdan bu proses sadə görünür – qısa nömrə almaq, ofis tutmaq, sifarişlərin qəbulu və əlaqələndirilməsi üçün  bir neçə operator işə qəbul etmək və bir xeyli taksi sürücüsü ilə əməkaşlıq etmək.

Amma belə güclü rəqabət şəraitində bazar payını qorumaq üçün müxtəlif taksi xidmətlərində qiymətlər də fərqlidir. FED.az taksi xidmətindən istifadə edənlərin sayının getdikcə artmasını və bu sahəyə marağın böyüməsini nəzərə alaraq paytaxtdakı taksi qiymətlərini müqayisə edib.

10 ən məşhur taksi xidmətinə zəng edib “Hyatt Regency Baku” hotelindən Heydər Əliyev Beynəlxalq Aeroportuna neçəyə aparacağını, hotelin qarşısında 5-10 dəqiqə gözləyəcəyi halda əlavə nə qədər ödəniş olacağını və pik saatın bütün bu qiymətlərə nə dərəcə təsir edib-etmədiyini öyrəndik. Nəticələr belədir:

ulduz
*91 11 “Ekonom taksi”


Bu marşrut üzrə xidmətin dəyəri 12,50 manat olacaq. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Taksinin ilk 10 dəqiqə gözləməsi pulsuzdur. 10 dəqiqədən sonra hər 1 dəqiqənin qiyməti 0,05 manat dəyərində hesablanacaq. Operatorun sözlərinə görə, müvafiq marşrut üzrə hərəkət pik saatlara təsadüf edərsə qiymətdə 1-2 manat qalxa bilər.


ulduz
*24 24 taksi xidməti


Bu ünvana 12 manata aparır. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Əlavə gözləmə müddətinin dəyəri isə hər 10 dəqiqəyə 0,50 manat hesablanır. Operator deyir ki, pik saatlarda da bu qiymət dəyişmir.

ulduz
*59 59 “Felix taksi”


Bu marşrutun qiyməti 11,35 manatdır. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Bu taksi xidmətində də ilk 10 dəqiqə gözləmək pulsuzdur. 10 dəqiqədən sonra hər bir dəqiqənin qiyməti 0,05 qəpikdən hesablanır. Operator bildirir ki, pik saatlar bu qiymətə təsir etmir.

189 taksi xidməti


Sözügedən məsafə üzrə ödəniş ekonom-class ilə 13,40 manat, biznes-class ilə isə 17,90 manat olacaq. Bu qiymətə hava limanına girişin qiyməti də daxildir. Taksi ilk 10 dəqiqə gözləməsi üçün ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Operator bildirir ki, bu qiymətlər pik saatlarda da dəyişmir.

ulduz
*88 44 “City taksi”


Bu məsafənin qiyməti hava limanına girişin ödənişi ilə birlikdə 12,71 manat edəcək. Burada da taksi ilk 10 dəqiqə gözləməsi üçün ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Operator bildirir ki, bu qiymətlər pik saatlarda da dəyişmir.

ulduz
*99 33 “Salam taksi”


“Hyatt Regency Baku” hotelindən Heydər Əliyev Beynəlxalq Aeroportuna 9,50 manata aparır. Hava limanına giriş ümumi ödənişə daxildir. Takisinin 10 dəqiqə gözləməsi üçün isə əlavə olaraq 0,40 manat ödəniş tələb olunur. Pik saatlar bi qiymətlərə təsir etmir.

ulduz
*30 03 “OK taksi”


Bu məsəfəyə 11,70 manat alır. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Burada da taksi ilk 10 dəqiqə gözləməsi üçün ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Operator bildirir ki, bu qiymətlər pik saatlarda da dəyişmir.

ulduz
*50 00 “Ulduz taksi”
Bu məsafə üzrə ödəniş 9.80 manat edəcək. Hava limanına giriş qiyməti də bu ödənişə daxildir. Operatorun sözlərinə görə, taksinin müştərini ilk 10 dəqiqə gözləməsi üçün şirkət tərəfindən ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Bu qiymətlər pik saatlarda da dəyişmir.

ulduz
*90 00 “Bakı London taksi”


Bu məsafə üçün ödəniş 17 manat edəcək. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Burada da taksi ilk 10 dəqiqə gözləməsi üçün ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Operatorun sözlərinə görə, pik saatlarda bu qiymət təxminən 1 manat artıq ola bilər.

ulduz
*85 55


Müvafiq məsafə üzrə ödəniş 10,70 qəpik edəcək. Bu qiymətə hava limanına giriş ödənişi də daxildir. Operator bildirir ki, taksi 10 dəqiqə gözləsə ümumi hesab 11 manat olacaq. Onun sözlərinə görə ilk 5 dəqiqəlik gözləmə üçün ödəniş alınmır. 5 dəqiqədən sonra hər dəqiqənin qiyməti 0,05 manatdan hesablanır.

Bakının ən ucuz və baha taksi xidmətləri – SİYAHI – FOTO

FaktXəbər-in verdiyi  məlumata görə, son zamanlar Bazarda taksi fəaliyyəti göstərən şirkətlərin sayı ötən illərlə müqayisədə xeyli artıb. Taksi xidmətlərinin günü-gündən artması şirkətlər arasında rəqabəti də gücləndirib. Taksi şirkətləri daha çox müştəri qazanmaq məqsədilə tez-tez müxtəlif endirimli kampaniyalar və fürsətlər paketi təqdim edirlər.

Bir çox şirkətlər ən ucuz və operativ xidmətə üstünlük verməklə bazarda güclənməyə, müştərini özlərinə cəlb etməyə çalışırlar.

FaktXəbər olaraq Bakıda ən ucuz və baha fəaliyyət göstərən taksi şirkətlərini araşdırdıq. Ünvan olaraq isə Elmlər Akademiyası metro stansiyasından, Memar Əcəmi metro stansiyası istiqamətini (məsafə 5 km – 13 dəqiqə red.) seçdik.

Beləliklə, bu marşrut üzrə ən ucuz gedən taksi şirkətlərini sizlərə təqdim edirik:

ulduz


*91 11 – Ekonom taksi – 2,90 manat


ulduz


*24 24 -taksi – 3,00 manat


ulduz


*59 59 – Felix taksi – 3,06 manat


ulduz


*88 44 – Siti taksi – 3,73 manat

189 – taksi xidməti – 3,55 manat


ulduz


*99 33 – Salam taksi – 2.37 manat


ulduz


*30 03 – OK taksi – 2,85 manat


ulduz


*50 00 – Ulduz taksi – 2,80 manat

971 – Taksi 971 – 2,87 manat


ulduz


*90 00 – Bakı London taksi – 5,00 manat

Uber X – 3,35 manat

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir