Tibbi göstərişi olan əlilliyi olan şəxslər akülü araba üçün müraciət edə bilərlər!
Elektrikli əlil arabalarının verilişinə başlanıb. Əlləri zəif olan şəxslər yaşadıqları ərazi üzrə TSEK-lərə müraciət edərək bunun üçün tibbi göstəriş ala bilərlər.
DİQQƏT!
Mühərrikli təkərli oturacaqla təmin olunmaq istəyən əlilliyi olan şəxslər bu linkə daxil olaraq tibbi göstərişlərlə tanış ola bilərlər.
“Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarında dəyişiklik edilməsi və “İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 8 iyul tarixli 103 nömrəli Qərarının ləğv edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarının 1-ci, 2-ci və 3-cü hissələri ləğv edilsin.
3. “İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 443; 2008, № 2, maddə 130; 2011, № 1, maddə 54; 2016, № 2 (II kitab), maddə 377, № 11, maddə 1976) ləğv edilsin.
4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazır-lanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 18 dekabr 2020-ci il
№ 501
“Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na
əlavə
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri
Sıra№-si | Reabilitasiyavasitəsinin adı və növü | Reabilitasiya vasitələrnin verilməsinə dairtibbi göstərişlər | Əks göstərişlər | Sayıvə ölçü vahidi | İstifadə müddəti | Təminat müddəti | Hazırlanma müddəti | Təmir və ya dəyişdirilmə müddəti |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
1. | Yuxarı və aşağı ətraf protezi | yuxarı və aşağı ətrafın müxtəlif səviyyədə itirilməsi və inkişaf çatışmazlığı nəticəsində yaran-mış kosmetik və funksional çatışmazlığın bərpası məqsə-dilə təyin edilir | stasionar şəraitdə müalicə tələb edən tez-tez kəskinləş-məyə və dekompen-sasiyaya, residivə meyilli ruhi xəstəliklər; fəal fazada bədxassəli şişlər; müxtəlif mənşəli kaxeksiyalar; geniş trofik və yataq yaraları; irinli-nekrotik xəstəliklər; yoluxucu və zöhrəvi xəstəliklər | protez yerindən və növündən asılı olaraq dəyişir | 2 ildən az olmayaraq | 2 ay | 20 iş günü | dəyişdirilmə müddəti20 iş günü;təmir müddəti10 iş günü |
2. | Yuxarı ətraf işçi protezi | yuxarı ətrafın müxtəlif səviy-yədə itirilməsi halında hər hansı bir məişət fəaliyyətini yerinə yetirməyə kömək göstərilməsi üçün təyin edilir Məişət fəaliyyəti üçün tələb olunan alət (çəkic, kəlbətin və s.) formasında hazırlanır | stasionar şəraitdə müalicə tələb edən tez-tez kəskinləş-məyə və dekompen-sasiyaya, residivə meyilli ruhi xəstəliklər; fəal fazada bədxassəli şişlər; müxtəlif mənşəli kaxeksiyalar; geniş trofik və yataq yaraları; irinli-nekrotik xəstəliklər; yoluxucu və zöhrəvi xəstəliklər | 1 ədəd | 18 yaşdan yuxarı şəxslər üçün 1 il,18 yaşa qədər şəxslər üçün – 18 yaşa qədər şəxslərin inkişafı ilə əlaqədar ildə iki dəfədən az olmayaraq, Mərkəzin tibbi-texniki komissiya-sının rəyiəsasında dəyişir | 2 ay | 20 iş günü | dəyişdirilmə müddəti20 iş günü;təmir müddəti10 iş günü |
3. | Yüksək texnologiyalı protez | iki və daha çox ətrafını müxtəlif səviyyədə itirmiş və ya inkişaf çatışmazlığı nəticəsində yaran-mış kosmetik və funksional çatışmazlığı olan, əlilliyi olan şəxslərə; bir və daha çox ətrafını müxtəlif səviyyədə itirmiş və ya inkişaf çatışmaz-lığı nəticəsində yaranmış kosmetik və funksional çatış-mazlığı olan xüsusi səbəbdən, habelə terror hadisəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təyin edilir | stasionar şəraitdə müalicə tələb edən tez-tez kəskinləş-məyə və dekompen-sasiyaya, residivə meyilli ruhi xəstəliklər; fəal fazada bədxassəli şişlər; müxtəlif mənşəli kaxeksi-yalar; geniş trofik və yataq yaraları; irinli- nekrotik xəstəliklər; yoluxucu və zöhrəvi xəstəliklər | protez yerindən və növündən asılı olaraqdəyişir | 3 ildən az olmayaraq | 6 ay | 20 iş günü | dəyişdirilmə müddəti20 iş günü;təmir müddəti10 iş günü |
4. | Bud üçün corab (xovlu, yun, pambıq, neylon və s.) | aşağı ətraf (bud) protezlərin-dən istifadə üçün təyin edilir | 10 ədəd | 1 il | 10 gün | |||
5. | Baldır üçün corab (xovlu, yun, pambıq, neylon və s.) | aşağı ətraf (baldır) protezlərin-dən istifadə üçün təyin edilir | 15 ədəd | 1 il | 10 gün | |||
6. | Kompression və ya venoz corab | aşağı ətraf venalarının varikoz genişlənməsi, flebit və trombo-flebit, angiodisplaziya, limfostaz zamanı müalicə və profilaktika məqsədilə təyin edilir | trofik pozuntular | 2 ədəd | 1 il | 10 gün | dəyişdirilmə müddəti7 iş günü | |
7. | Silikoniçlik | aşağı ətraf protezlərindən istifadə üçün təyin edilir | məhsulun hazırlan-dığı materiallara qarşı allergik reaksiya | 2 ədəd | 1 il | 30 gün | dəyişdirilmə müddəti7 iş günü | |
8. | Dermocorab | aşağı ətraf protezlərindən istifadə olunduqda, güdülə geyindirmək üçün təyin edilir | məhsulun hazırlan-dığı materiallara qarşı allergik reaksiya | 2 ədəd | 1 il | 30 gün | dəyişdirilmə müddəti7 iş günü | |
9. | Tutor | yuxarı və aşağı ətrafın hissə-lərinin və oynaqlarının hərə-kətsiz funksiyasının korrek-siyası üçün təyin edilir | oynaqların kontrak-turası; əzələ distrofiyaları;özünəqulluq və davranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular | 1 ədəd | 18 yaşdan yuxarı şəxslər üçün 1 il, 18 yaşa qədər şəxslər üçün 6 ay | 1 ay | 15 iş günü | dəyişdirilmə müddəti15 iş günü;təmir müddəti5 iş günü |
10. | Korset | gövdənin zədələnməsi və deformasiyası zamanı, qarın boşluğu və qarın divarı xəstəliklərində, onurğanın normal funksional vəziyyətdə fiksasiyası, onun yükünün azaldılması və deformasiya-ların korreksiyası, itirilmiş funksiyaların bərpası və yaxud ağırlaşmaların qarşısını almaq üçün təyin edilir | əzələ distrofiyaları; özünəqulluq və davranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular | 1 ədəd | 18 yaşdan yuxarı şəxslər üçün 1 il, 18 yaşa qədər şəxslər üçün – 18 yaşa qədər şəxslərin inkişafı ilə əlaqədar ildə iki dəfədən az olmayaraq, Mərkəzin tibbi-texniki komissiya-sının rəyi əsasında dəyişir | 1 ay | 15 iş günü | dəyişdirilmə müddəti15 iş günü;təmir müddəti5 iş günü |
11. | Reklinator | onurğa sütununun yuxarı döş hissəsində stasodinamik fun-ksiyanın pozulmasında baş verə biləcək ağırlaşmaların qarşısının alınması üçün təyin edilir | özünəqulluq və davranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular | 1 ədəd | 18 yaşdan yuxarı şəxs-lər üçün 1 il, 18 yaşa qədər şəxslər üçün 6 ay | 1 ay | 15 iş günü | dəyişdirilmə müddəti15 iş günü;təmir müddəti5 iş günü |
12. | Yuxarı və aşağı ətraf üçünelastikbandaj | güdüllərin formalaşdırılması, yuxarı və aşağı ətrafın əzələvə bağ aparatının zədələnməsi zamanı immobilizasiya, bud və baldır protezlərini saxlamaq üçün təyin edilir | əzələ distrofiyaları; özünəqulluq vədavranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular | diaqnozdan asılı olaraq 1 və ya2 ədəd | 18 yaşdan yuxarı şəxslərüçün 1 il, 18 yaşa qədər şəxslər üçün 6 ay | 1 ay | 7 iş günü | |
13. | Korreksiya-edici yumşaq bandaj və korset | onurğa sütununun deformasi-yası, ürək qüsurları, qarının ön divarının yırtıqlarında qarın boşluğu orqanlarının qorun-ması və qarın divarının möh-kəmləndirilməsi üçün təyin edilir | əzələ distrofiyaları; özünəqulluq və davranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular | 1 ədəd | 18 yaşdan yuxarı şəxs-lər üçün 6 ay, 18 yaşa qədər şəxs-lər üçün -18 yaşa qədər şəxslərin inkişafı ilə əlaqədar ildə iki dəfə-dən az olmayaraq, Mərkəzin tibbi-texniki komissiya-sının rəyi əsasında dəyişir | 1 ay | 15 iş günü | dəyişdirilmə müddəti 15 iş günü;təmir müddəti5 iş günü |
14. | Yuxarı vəaşağı ətraf protezlərini geyinmək üçün köməkçi vasitə | aşağı və yuxarı ətraf protez-lərini geyinmək üçün təyin edilir | 1 ədəd | 1 il | 2 ay | dəyişdirilmə müddəti7 iş günü | ||
15. | Ortopedik başmaq | pəncənin ön hissəsinin ampu-tasiyası halında təyin edilir | trofik pozuntular | yarım cüt | 18 yaşdan yuxarı şəxs-lər üçün 1 il, 18 yaşa qədər şəxs-lər üçün – 18 yaşa qədər şəxslərin inkişafı ilə əlaqədar ildə iki dəfədən az olmayaraq, Mərkəzin tibbi-texniki komissiya-sının rəyi əsasında dəyişir | 1 ay | 20 iş günü | dəyişdirilmə müddəti20 iş günü;təmir müddəti10 iş günü |
16. | Təkayaqlıəsa | aşağı ətraf xəstəlikləri, travma-ları və anadangəlmə çatışmaz-lıqları nəticəsində hərəkətin çətinləşməsi hallarında itirilmiş funksiyanın bərpası üçün təyin edilir. Təyin edilərkən patologi-yaların növü və ağırlıq dərəcəsi nəzərə alınır | diaqnozdan asılı olaraq 1 və ya2 ədəd | 1 il | 1 ay | dəyişdirilmə müddəti7 iş günü | ||
17. | Üçayaqlıəsa | aşağı ətraf xəstəlikləri, travma-ları və anadangəlmə çatışmaz-lıqları nəticəsində hərəkətin çətinləşməsi hallarında itirilmiş funksiyanın bərpası üçün təyin edilir. Təyin edilərkən patolo-giyaların növü və ağırlıq dərəcəsi nəzərə alınır | diaqnozdan asılı olaraq 1 və ya2 ədəd | 1 il | 1 ay | dəyişdirilmə müddəti7 iş günü | ||
18. | Dördayaqlıəsa | aşağı ətraf xəstəlikləri, travmaları və anadangəlmə çatışmazlıqları nəticəsində hərəkətin çətinləş-məsi hallarında itirilmiş funksi-yanın bərpası üçün təyin edilir. Təyin edilərkən patologiyaların növü və ağırlıq dərəcəsi nəzərə alınır | diaqnozdan asılı olaraq 1 və ya2 ədəd | 1 il | 1 ay | dəyişdirilmə müddəti7 iş günü | ||
19. | Qoltuqaltıağac | aşağı ətraf xəstəlikləri, travma-ları və anadangəlmə çatışmaz-lıqları nəticəsində hərəkətin itirilmiş funksiyasının bərpası üçün təyin edilir. Təyin edilərkən patologiyanın növü və ağırlıq dərəcəsi nəzərə alınır | 1 cüt | 1 il | 1 ay | dəyişdirilmə müddəti7 iş günü | ||
20. | Dirsəkaltıağac | aşağı ətraf xəstəlikləri, travma-ları və anadangəlmə çatışmaz-lıqları nəticəsində hərəkətin itirilmiş funksiyasının bərpası üçün təyin edilir. Təyin edilərkən patologiyanın növü və ağırlıq dərəcəsi nəzərə alınır | 1 cüt | 1 il | 1 ay | dəyişdirilmə müddəti7 iş günü | ||
21. | Reabilitasiya vasitələri üçün rezin ucluq | əsalarla, qoltuqaltı və dirsəkaltı ağaclarla hərəkət zamanı həmin vasitələrin dayanıqlılığının təmi-ni və sürüşməsinin qarşısının alınması üçün təyin edilir | 20 cütdən çox olmayaraq | 1 il | ||||
22. | Dördayaqlı hərəkətvasitəsi | dayaq-hərəkət aparatının funk-siyasının pozulması halında təyin edilir | 1 ədəd | 1 il | 1 ay | dəyişdirilmə müddəti7 iş günü | ||
23. | Ortopedik ayaqqabı | pəncənin deformasiyası, itiril-miş funksiyasının bərpası və hərəkətinin asanlaşdırılması üçün təyin edilir. Hər bir əlilliyi olan şəxs üçün xüsusi hazırlanır | trofik pozuntular | 2 cüt | 1 il | 1 ay | 20 iş günü | hazırlanma müddəti20 iş günü;təmir müddəti10 iş günü |
24. | Protez üçün ayaqqabı | aşağı ətraf protezləri üçün hazırlanır | 2 cüt | 1 il | 1 ay | dəyişdirilmə müddəti7 iş günü | ||
25. | Rezin yanlıqlı ayaqqabı | hər iki əli amputasiya olunmuş əlilliyi olan şəxslər üçün təyin edilir. Hər bir əlilliyi olan şəxs üçün xüsusi hazırlanır | 1 cüt | 1 il | 1 ay | dəyişdirilmə müddəti7 iş günü | ||
26. | Geyinmə, soyunma və tutmaq üçün yardımçı vasitələr | yuxarı ətraf protezləri, yuxarı ətraflarda deformasiya, çapıq, toxuma dəyişikliyi, dəri örtüyü, əzələlərdə dərin dəyişiklik, deformasiya və çatışmazlıq zamanı təyin edilir. Həmin vasitələrin köməyi ilə əlilliyi olan şəxslərə yaşayış sahələri və yaxud iş yerlərində yemək hazırlama, qabyuma, ayaqqabı geyinib-soyunma, qapı-pəncə-rəni açıb-bağlama, digər hər hansı bir işi görmək və s. yerinə yetirməyə kömək göstərilməsi nəzərdə tutulur | yuxarı ətrafın paraplegiyası;hər iki yuxarı ətrafın bazu oynağından amputasiyası;vestibülyar aparatın dərin pozğunluqları;davranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular | 1 ədəd | 5 il | 6 ay | dəyişdirilmə müddəti7 iş günü | |
27. | Oynaq endoprotezi | yuxarı və aşağı ətrafın iri oynaqlarında gedən patoloji dəyişikliklər nəticəsində oynaq-larda kəskin hərəkət pozuntusu və ağrı sindromu olduğu hallarda cərrahi yolla oynaq-ların funksiyası süni oynaqlarla əvəz edilərək, ətrafların funksiyalarının bərpası üçün təyin edilir | təyinatından asılı olaraq dəyişir | müddətsiz təyin edilir. Hər hansı bir ağırlaş-ma baş verdikdə, dəyişməyə göstəriş olarsa yenisi ilə əvəz olunur | 1 ay | dəyişdirilmə müddəti1 ay | ||
28. | Süd vəzi protezi | aparılmış mastoektomiya əmə-liyyatından sonra süd vəzi yerində yaranmış kosmetik çatışmazlığı aradan qaldırmaq üçün təyin edilir (protez və büsthalter birlikdə verilir) | məhsulun hazırlandığı materiallara qarşı allergik reaksiya | 1 ədəd | 1 il | 1 ay | dəyişdirilmə müddəti7 iş günü | |
29. | Süd vəzi büsthalteri | süd vəzi protezlərinin fiksa-siyası üçün təyin edilir (protez və büsthalter birlikdə verilir) | məhsulun hazırlandığı materiallara qarşı allergik reaksiya | 2 ədəd | 1 il | 1 ay | dəyişdirilmə müddəti7 iş günü | |
30. | Səs protezi(səs aparatı) | qırtlağın zədələri, anadan-gəlmə inkişaf pozuntuları və xəstəlikləri nəticəsində larin-qoektomiyadan sonra səsin bərpası üçün təyin edilir | eşitmə-görmə qabiliyyətinin məhdudluğu;bulbar sindromu;traxeostomiya bölgəsində iltihablı proses, II-III dərəcə tənəffüs çatışmazlığı | 1 ədəd | 1 il | 1 ay | təmir müddəti1 ay | |
31. | Diş protezi | dişlərin itirilməsi, anadangəlmə olmaması, çənənin alveolyar çıxıntısı və çənə sümüyünün inkişaf pozulmalarında, əməliy-yatdan sonra çənə sümüyü çatışmazlığı zamanı təyin edilir | bədxassəli şişlər, ağız boşluğunun iltihablı xəstəlikləri | 1 ədəd | 18 yaşdan yuxarı şəxslər üçün 2 il, 18 yaşa qədər şəxslər üçün -18 yaşa qədər şəxslərin inkişafı ilə əlaqədar ildə iki də-fədən az olmayaraq, Mərkəzin tibbi-texniki komissiya-sının rəyi əsasında dəyişir | 1 ay | dəyişdirilmə müddəti1 ay | |
32. | Gözprotezi | göz almasının inkişafdan qalması və ya olmaması (anoftalm) vəziyyətində kosmetik çatışmaz-lığın aradan qaldırılması üçün təyin edilir | 1 ədəd | 2 il | 2 ay | 1 ay | dəyişdirilmə müddəti1 ay | |
33. | Eşitmə aparatı | eşitmə məhdudluğunun aradan qaldırılması üçün təyin edilir | diaqnozdan asılı olaraq 1 və ya2 ədəd | 2 il | 3 ay | təmir müddəti1 ay | ||
34. | Eşitmə aparatı üçün qulaqlıq | eşitmə aparatı verilmiş əlilliyi olan şəxslərə təyin edilir | diaqnozdan asılı olaraq1 və ya2 ədəd | 1 il | 1 ay | 20 iş günü | dəyişdirilmə müddəti20 iş günü | |
35. | Qulaqprotezi | qulağın anadangəlmə inkişaf çatışmazlığı, zədə və xəstəliklər (əksər hallarda onkoloji) nəticə-sində aparılmış əməliyyatlardan sonra əmələ gəlmiş kosmetik çatışmazlığın aradan qaldırılması üçün təyin edilir | diaqnozdan asılı olaraq 1 və ya2 ədəd | 18 yaşdan yuxarı şəxs-lər üçün 2 il,18 yaşa qədər şəxslər üçün 1 il | 2 ay | 20 iş günü | dəyişdirilmə müddəti20 iş günü | |
36. | Burunprotezi | burunun anadangəlmə inkişaf çatışmazlığı, zədə və xəstə-liklər nəticəsində aparılmış əməliyyatlardan sonra əmələ gəlmiş kosmetik çatışmazlığın aradan qaldırılması üçün təyin edilir | diaqnozdan asılı olaraq 1 və ya2 ədəd | 18 yaşdan yuxarı şəxslər üçün 2 il, 18 yaşa qədər şəxslər üçün 1 il | 2 ay | 20 iş günü | dəyişdirilmə müddəti 20 iş günü | |
37. | Sifətprotezi | sifətin anadangəlmə inkişaf çatışmazlığı, zədə və xəstə-liklər nəticəsində aparılmış əməliyyatlardan sonra əmələ gəlmiş kosmetik çatışmazlığın aradan qaldırılması üçün təyin edilir | 1 ədəd | 18 yaşdan yuxarı şəxslər üçün 2 il, 18 yaşa qədər şəxslər üçün 1 il | 2 ay | 3 ay | dəyişdirilmə müddəti3 ay | |
38. | Gözyuvasının protezi | göz almasının inkişafdan qalması və ya olmaması (anoftalm) halında kosmetik çatışmazlığın aradan qaldırıl-ması üçün təyin edilir | diaqnozdan asılı olaraq 1 və ya2 ədəd | 18 yaşdan yuxarı şəxslər üçün 2 il, 18 yaşa qədər şəxslər üçün 1 il | 1 ay | dəyişdirilmə müddəti1 ay | ||
39. | Damaq protezi | damağın anadangəlmə inkişaf çatışmazlığı, zədə və xəstə-liklər nəticəsində aparılmış əməliyyatlardan sonra əmələ gəlmiş kosmetik çatışmazlığın aradan qaldırılması üçün təyin edilir | 1 ədəd | 18 yaşdan yuxarı şəxslər üçün 2 il, 18 yaşa qədər şəxslər üçün 1 il | 2 ay | 1 ay | dəyişdirilmə müddəti1 ay | |
40. | Ehtiyat protezləri | yuxarı və aşağı ətraf protezləri olan əlilliyi olan şəxslərə, zəruriyyətdən irəli gələrək, əsas protezlərlə yanaşı ehtiyat protezlər də təyin edilir | stasionar şəraitdə müalicə tələb edən tez-tez kəskin-ləşməyə və dekompensasiyaya, residivə meyilli ruhi xəstəliklər; fəal fazada bədxassəli şişlər; müxtəlif mənşəli kaxeksi-yalar; geniş trofik və yataq yaraları; irinli-nekrotik xəstəliklər; yoluxucu və zöhrəvi xəstəliklər | 1 ədəd | 18 yaşdan yuxarı şəxslər üçün 2 il, 18 yaşa qədər şəxslər üçün -18 yaşa qədər şəxslərin inkişafı ilə əlaqədar ildə iki dəfədən az olmayaraq, Mərkəzin tibbi-texniki komissiya-sının rəyi əsasında dəyişir | 2 ay | 20 iş günü | dəyişdirilmə müddəti20 iş günü;təmir müddəti10 iş günü |
41. | Yuxarı və aşağı ətraf protezləri üçün kosmetik üzlüklər | yuxarı və aşağı ətraf üçün əlilliyi olan şəxslərin dərisinin rənginə və zövqünə uyğun kosmetik protez üzlüklər təyin edilir | 1 ədəd | 3 ay | 1 ay | 5 iş günü | dəyişdirilmə müddəti5 iş günü;təmir müddəti3 iş günü | |
42. | Yuxarı və aşağı ətraf, onun ayrı-ayrı bölmələriüçünaparatlar | yuxarı və aşağı ətrafda, həm-çinin onurğa sütununda hərə-kətin çətinləşməsi ilə əlaqədar patologiyalar olduqda, həmin çatışmazlıqların aradan qaldırıl-ması, deformasiyanın qarşısının alınması, hərəkət və dayaq oturaq funksiyasının yerinə yetirilməsi üçün təyin edilir | əzələ distrofiyaları; özünəqulluq və davranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular | 1 ədəd | 18 yaşdan yuxarı şəxslər üçün 1 il, 18 yaşa qədər şəxslər üçün 6 ay | 1 ay | 20 iş günü | dəyişdirilmə müddəti20 iş günü;təmir müddəti10 iş günü |
43. | Döşəkçə, ortopedik döşək vəyastıq | yataq vəziyyətində olan, yaxud təkərli oturacaqdan uzun müddət istifadə edən əlilliyi olan şəxslərdə dəridə xoralaş-manın əmələ gəlməsinin qarşısının alınması üçün təyin edilir | 1 ədəd | 6 ay | 20 gün | |||
44. | Danışankitab | görmə orqanının xəstəliyi nəticəsində əlilliyi olan şəxs-lərin yardımçı texniki vasitə-lərlə (eynək və s.) oxuması mümkün olmayan hallarda təyin edilir | eşitmə qabiliyyəti-nin məhdudluğu; özünəqulluq və davranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular | 1 ədəd | 7 il | 6 ay | təmir müddəti20 iş günü | |
45. | Səsli tibbi tonometr | 18 yaşdan yuxarı şəxslərə yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0,03 və ondan az olması halında təyin olunur | eşitmə qabiliyyətinin məhdudluğu, hər iki qulağın eşitmə qabi-liyyətinin məhdud-luğu, 3-4-cü dərəcə ağır eşitmə; əqli geriliklə, demensiya ilə müşaiyət olunan psixi pozuntular | 1 ədəd | 7 il | 6 ay | təmir müddəti20 iş günü | |
46. | Səsli termometr | 18 yaşdan yuxarı şəxslərə yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0,03 və ondan az olması halında təyin olunur | eşitmə qabiliyyətinin məhdudluğu, hər iki qulağın eşitmə qabiliyyətinin məhdudluğu, 3-4-cü dərəcə ağır eşitmə;əqli geriliklə, demensiya ilə müşaiyət olunan psixi pozuntular | 1 ədəd | 7 il | 6 ay | təmir müddəti20 iş günü | |
47. | Kolostoma torbası | xəstəlik və yaxud travma nəticəsində bağırsaq ifrazının təbii yolla xaric edilməsinin pozulduğu hallarda ifrazatın toplanması üçün təyin edilir | 90 ədəd | hər ay | ||||
48. | Urestoma torbası | xəstəlik və yaxud travma nəti-cəsində sidik kisəsindən sidiyin təbii yolla xaric olmasının pozulduğu hallarda təyin edilir | 90 ədəd | hər ay | ||||
49. | Kateter | sidik kisəsi və sidik kanalından sidik ifrazının xaric edilməsinin çətinləşdiyi hallarda təyin edilir | 5 ədəd | hər ay | ||||
50. | Hərəkətli qaldırıcıqurğu | aşağı və yuxarı ətraf para-parezi və parapelgiyası zamanı bir vəziyyətdən digərinə dəyişdirilməsi üçün təyin edilir | 1 ədəd | 8 il | 6 ay | təmir müddəti1 ay | ||
51. | Hidravlik çarpayı | aşağı və yuxarı ətrafda kəskin hərəkət məhdudluğu və tetraplegiya zamanı təyin edilir | 1 ədəd | 5 il | 6 ay | təmir müddəti1 ay | ||
52. | Çarpayıüçün dayaqlar | yataq rejimli əlilliyi olan şəxslərə çarpayıda hərəkəti təmin etmək üçün təyin edilir | 1 ədəd | 2 il | 3 ay | təmir müddəti15 iş günü | ||
53. | Qapalı məkanda (otaqda) istifadə üçün mexanikitəkərli oturacaq | dayaq hərəkət sistemində, ürək qan-damar sistemində, tənəffüs sistemində, həzm sistemində və başqa sistem-lərdə xəstəlik, travma və anadangəlmə inkişaf patolo-giyaları nəticəsində hərəkətin dayanıqlı kəskin məhdud-laşması olduğu, aşağıdakı tibbi göstərişlər olduqda təyin edilir: 1. III dərəcəli xroniki qan dövranı çatışmazlığı;2. III dərəcəli ağciyər-ürək çatışmazlığı;3. hemiplegiya, nəzərəçarpan hemiparez, aşağı paraplegiya, nəzərəçarpan aşağı paraparez, triplegiya, nəzərə çarpan triparez, nəzərəçarpan tetraparez;4. kəskin nəzərəçarpan ataksiya hiperkinetik amiostatik sindrom;5. bir aşağı ətrafın güdülü və bununla yanaşı, digər aşağı ətra-fın funksional yararsız vəziyyətdə olması;6. hər iki aşağı ətrafın müxtəlif səviyyədə güdülü, protezləşməyə yararlı olmasından asılı olma-yaraq;7. hər iki ayaq pəncəsinin Şopar oynağı səviyyəsində amputasion güdülü;8. aşağı ətrafın oynaqlarının endoprotezləşməsindən sonrakı ağırlaşmalar olduğu halda;9. bədxassəli şişlər, lV klinik qrup;10. dərin ağıl zəifliyi, demensiya;11. lll-lV dərəcəli böyrək çatış-mazlığı;12. qaraciyər çatışmazlığı,lll dərəcə.Portal hipertenziya, assit;13. xroniki arterial çatışmazlığı, lll mərhələ;14. xroniki venoz çatışmazlığı, lll dərəcə | 1 ədəd | 4 il | 3 ay | dəyişdirilmə müddəti10 iş günü;təmir müddəti1 ay | ||
54. | Açıq məkanda istifadə üçün mexanikitəkərli oturacaq | əlilliyi olan şəxslərin dayaq hərə-kət, ürək qan-damar, tənəffüs, həzm və digər sistemlərində xəstəlik, travma və anadangəlmə inkişaf patologiyaları nəticəsində hərəkətin dayanıqlı kəskin məh-dudlaşması ilə əlaqədar (hər iki yuxarı ətrafda hərəkətsizlik və yaxud kəskin hərəkət məhdud-luğu istisna olmaqla) aşağıdakı tibbi göstərişlər olduqda təyin edilir:1. III dərəcəli xroniki qan dövranı çatışmazlığı;2. III dərəcəli ağciyər-ürək çatış-mazlığı;3. hemiplegiya, nəzərəçarpan hemiparez, aşağı paraplegiya, nəzərəçarpan aşağı paraparez;4. bir aşağı ətrafın güdülü və digər aşağı ətrafın funksional yararsız vəziyyətdə olması;5. hər iki aşağı ətrafın müxtəlif səviyyədə güdülü, protezləşməyə yararlı olmasından asılı olma-yaraq;6. hər iki ayaq pəncəsinin Şopar oynağı səviyyəsində amputasion güdülü;7. aşağı ətrafın oynaqlarının endoprotezləşməsindən sonrakı ağırlaşmalar olduğu halda;8. bədxassəli şişlər, lV klinik qrup;9. lll-lV dərəcəli böyrək çatışmazlığı;10. qaraciyər çatışmazlığı,lll dərəcə.Portal hipertenziya, assit;11. xroniki arterial çatışmazlığı, lll mərhələ;12. xroniki venoz çatışmazlığı, lll dərəcə | 1 ədəd | 3 il | 3 ay | dəyişdirilmə müddəti10 iş günü;təmir müddəti1 ay | ||
55. | Mühərrikli təkərli oturacaq | yuxarı və aşağı ətrafda hərə-kətin kəskin məhdudlaşması ilə əlaqədar aşağıdakı tibbi göstərişlər olduqda təyin edilir:1. hemiplegiya, nəzərəçarpan hemiparez, aşağı paraplegiya, nəzərəçarpan aşağı para-parez;2. bir aşağı ətrafın güdülü və digər aşağı ətrafın funksional yararsız vəziyyətdə olması;3. hər iki aşağı ətrafın müxtəlif səviyyədə güdülü, protezləş-məyə yararlı olmasından asılı olmayaraq;4. hər iki ayaq pəncəsinin Şopar oynağı səviyyəsində amputasion güdülü;5. aşağı ətraf oynaqlarının endoprotezləşməsindən son-rakı ağırlaşmalar olduğu halda;6. xroniki arterial çatışmazlığı, lll mərhələ;7. xroniki venoz çatışmazlığı, lll dərəcə.Əlilliyi olan şəxslərdə yuxarıda qeyd edilən tibbi göstərişlər aşağıda qeyd olunmuş yuxarı ətrafın patologiyaları ilə birlikdə olduğu hallarda təyin edilir:1. hər iki yuxarı ətrafın hərəkətsizliyi;2. hər iki yuxarı ətrafda hərəkətin kəskin məhdudlaş-ması, çiyin və dirsək oynaq-larında aktiv hərəkətin amplitudası, 13-20 dərəcə, biləkdə 9-14 dərəcədən aşağı olduqda, kontraktura nəticə-sində barmaqlar ovucdan 3-4 sm aralı qalarsa, xırda əşyaları tutmağın və iri əşyaları uzun müddət ərzində saxlamağın imkansızlığı, yuxarı ətrafın əzələ gücünün 2 (iki) bala qədər enməsi və hər iki yuxarı ətrafda çiyin əzələlərinin 6,0-6,5 sm-ə qədər, bazunun ön əzələlərinin isə 3,5-4,0 sm atrofiyası nəticəsində yaranan əhəmiyyətli funksiya pozuntusu | 1. ağır və dərin əqli çatışmazlıq, demensiyalı ruhi pozuntular;2. epileptik sindrom;3. əhəmiyyətli görmə məhdudiyyəti (əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi5 (beş) dərəcədən aşağı olduqda);4. stenokardiya,lV funksional sinif;5. statika və hərəkət koordinasi-yalarının əhəmiyyətli ciddi pozuntuları;6. yuxarı ətrafda və gövdənin yuxarı hissəsində tam hərəkətsizlik;7. xroniki ürək çatışmazlığı,lll dərəcəli;8. tənəffüs çatışmazlığı,lll dərəcəli;9. həzm orqanı xəstəlikləri(lll dərəcəli bədən kütləsi defisiti, qaraciyər sirrozu assitlə, mütəmadi qanaxmalarla ağırlaşan qida borusunun və mədəninlll dərəcəli damar genişlənməsi);10. genital-urinar sistemi xəstəlikləri, lll dərəcəli xroniki böyrək çatışmazlığı və sistemli hemodializə əks göstəriş olduqda;11. bədxassəli törəmələr,lV kliniki qrup;12. narkomaniya, ll-lll dərəcəli xroniki alkoqolizm | 1 ədəd | 5 il | 6 ay | təmir müddəti30 iş günü | |
56. | Sanitar-təchizatlı təkərli oturacaq | təkərli oturacaq təyin edilmiş xəstələrdə sidiyin və nəcisin ifrazı qeyri-iradi olduqda təyin edilir | 1 ədəd | 2 il | 3 ay | dəyişdirilmə müddəti10 iş günü;təmir müd-dəti 1 ay | ||
57. | Minik avtomobili | aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:1. ikinci (II B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;2. ağciyər çatışmazlığı, II dərəcəli;3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;4. hemiplegiya, nəzərəçarpan hemiparez;5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom;6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, II dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda II-III dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;7. hər iki aşağı ətrafın fillik xəstəliyi;8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;10. hər iki bud-çanaq oyna-ğının ankilozu;11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları.Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan III-IV dərəcəli əyilmələr;12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə);13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda | 1 ədəd | istifadə müddəti müəyyən edilmədən |
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi’de mətbuat katibi Gülnar R. Əzizova öz fb profilində bunu yazıb: Mühərrikli təkərli oturacaqla təmin olunmaq üçün tibbi göstərişlərlə bu linkə daxil olaraq tanış ola bilərsiniz.