DÜNYANIN ƏN EKZOTİK ÖLKƏSİ
Bu gün sizə, dünyanın ən ekzotik ölkəsi olan barədə danışacağıq-Çili.
Cənubi Amerika materikində yerləşən bu ölkənin xəritədəki görünüşü, şaquli xətt formasındadır. Şimaldan cənuba 6435 km boyunca uzanan bu ölkə, dünyanın ən uzun ölkəsidir. Bu da onu, yay fəsli ilə qış fəslini eyni vaxtda yaşayan ekzotik ölkəyə çevirir. Belə ki, Çilinin şimalı, dünyanın ən quraq bölgəsidir və Atakama səhrası, ilboyu demək olar ki, yağış almır. Cənubu isə, dünyada ən çox yağıntının düşdüyü yerlərdən biridir; orta illik yağıntı hər kvadratmetrə 5000 mm-dir. Çilinin cənub ucunda isə, kəskin soyuq tundra iqlimi var.
Ümumən ölkə ərazisində yeddidən çox iqlim tipi mövcuddur və nəticədə bitki örtüyü, çox zəngindir.
Çili, cənub yarımkürəsində yerləşdiyi üçün, ilin ən soyuq ayı; iyul, ən isti ayı isə; yanvardır.
Çilinin əhalisi 20 milyona yaxındır. Ərazisinin ölçüsü 756,096 km²-dir. Rəsmi dili ispancadır və əhalisinin çoxusu, vaxtilə Avropadan gələnlərdir. Paytaxtı Santiaqodur. Çili, Argentina, Peru və Boliviya ilə həmsərhəddir.
Ölkə, inzibati quruluşuna görə unitardır. İdarəetmə baxımından isə prezidentli respublikadır və ölkə başçısı, hər 4 ildən bir seçilir.
Uzun illər A.Pinoçetin diktaturası altında olan Çili xalqı, böyük zülümlər yaşayıbdır. Hazırda xalq, öz rəhbərini seçə bilir.
Seysmik təhlükəni çıxsaq, Çili, Cənubi Amerikanın ən sabit və rifahlı ölkəsidir.
Çili haqqında 5 dramatik fakt:
1) 1973-cü ildə, ABŞ-in dəstəklədiyi bir hərbi çevrilişlə, qanuni hakimiyyət devrilmiş və ölkə, 17 il sərt hərbi rejimlə idarə olunmuşdur.
2) Tarixdə qeydə alınan ən böyük zəlzələ, 22 may 1960-cı ildə Çilinin Valdivia şəhərində baş verən 9,5 bal gücündəki zəlzələdir. 10 dəqiqə davam etmiş təkanlar, “Böyük Çili Zəlzələsi” kimi məşhurdur.
3) Çili, dünyanın ən böyük mədən rezervləri olan ölkələrindən biridir. Mis ehtiyatları baxımından birinci, litium baxımından isə birincilərdəndir.
4) Dünyada günəş şüalarının ən çox düşdüyü yer, Çilini də əhatə edən Atakama səhrasıdır.
5) Çili dağları, yer kürəsinin ən yüksək dağ silsiləsini təşkil edir. Minlərlə kilometr uzanan And dağlarının 6000 m-dən yuxarı çoxlu zirvələri var. Çilinin ən yüksək dağı (6,880 m) Ojos del Salado, həm də dünyanın ən yüksək vulkanıdır.