DÜNYANIN ƏN TƏHLÜKƏSİZ ƏRAZİLƏRİ HANSILARDIR:11 ÖLKƏ!
3-cü dünya müharibəsi çıxarsa, dünyanın ən təhlükəsiz ölkələri hansılardır? İngiltərənin “Daily Mail” qəzeti, mümkün bir müharibə vəziyyətində, dünyanın ən təhlükəsiz yerlərini sıraladı.
Buyurun, dünyanın ən təhlükəsiz 11 ərazisi!
1.ANTARKTİDA
Gözəl mənzərələri və buzlaqları ilə məşhur olsa da, dünyanın ən cənub nöqtəsi olduğu üçün, təhlükəsiz və diqqətdən kənarda qalan bir ərazidir.
2.ARGENTİNA
Cənubi Amerika materikində yerləşən, dünyanın mərkəzindən uzaq olan bu ölkə, taxıl kimi həyati bitkilərin bolluğu sayəsində, daha təhlükəsiz bölgə hesab olunur.
3.BUTAN
Qlobal Sülh İndeksində, tez-tez yüksək yerləri tutan, dağlıq əraziyə sahib Butan Krallığının, III Dünya Müharibəsi zamanı, xüsusilə təhlükəsiz olduğu təxmin edilir.
4.ÇİLİ
Cənubi Amerika materikində yerləşən, şimaldan cənuba xətt kimi uzanan (6,435 km) Çili, seysmikliyi çıxsaq, sakit və rifahlı ölkədir.
5.FİCİ
Cənubi Amerika materikində yerləşən, dünyanın mərkəzindən uzaq olan bu ölkə, taxıl kimi həyati bitkilərin bolluğu sayəsində, daha təhlükəsiz bölgə hesab olunur.
6.QRENLANDİYA
Qrenlandiya, uzaq, dağlıq və siyasi cəhətdən neytraldır, bu da, onu, fövqəladə vəziyyətlərdə, ideal bir sığınacaq halına gətirir.
7.İSLANDİYA
Avropa qitəsində yerləşən bu rifahlı ölkənin, ada olması və neytrallığını qoruması, dünyanın ən sakit və təhlükəsiz yerlərindən biri olmasını təmin etmişdir.
8.İNDONEZİYA
İndoneziyanın da, dünyanın mərkəzindən ucqarda yerləşməsi, tərəfsiz olması və ada olması,
təhlükəsiz olmasını şərtləndirir. Seysmikliyi çıxsaq, sakit və bol bəhrəli bir məkandır.
9.YENİ ZELANDİYA
Qlobal Sülh İndeksində ilk yerlərdə olan, rifah səviyyəsi yüksək Yeni Zelandiya, ucqarda yerləşməsi, ada olması və dağlıq ərazisinə görə, müharibədə, təhlükəsiz bir yerdir.
10.İSVEÇRƏ
Avropanın “göbəyində” yerləşsə də, hələki siyasi tərəfsizliyi, dağlıq olması və rifahlı olması ilə, təhlükəsiz bir ölkə hesab olunur.
11.TUVALU
Sakit okeanda yerləşən mərcan adalarından ibarət olan, çoxlarının xəbərsiz olduğu Tuvalu, dünyanın ən kiçik və sakit ölkələrindən biridir.
Gəlin, sujeti izləyək!