“SÜRƏT KARQO” SAXTAKARLIQDA ÇOX SÜRƏTLİDİR!
Adı son zamanlarda saxtakarlıqlarla anılan Sürət” karqonun etdiyi qanunsuzluqlar, bu dəfə qat-qat çox və ziyanvermə radiusu da qat-qat genişdir!
Belə ki, sözügedən daşınma şirkəti, növbəti dəfə saxtakarlığa yol vermiş və müştəri haqlarını yenə aşkar tapdalamışdır. Daha doğrusu, mövzubəhsi olan, bir yox, bir neçə, silsilə maxinasiyalardır!
Deməli şirkət, öncə dekabrın ortalarında, “baglama başına 3.5 azn” kampaniyası elan edib və dekabrın 15-nə qədər müddət qoyub. Buraya qədər hər şey normaldır.
Lakin, sonradan isə şirkət, kampaniyanın müddətini uzadıb və bitmə vaxtını bu dəfə bildirməyib, verilən bütün suallara isə “kampaniyada vaxt müəyyən edilməmişdir” deyə cavab verib.

Amma və lakin… yanvarın 28-də, karqo, instaqram səhifəsində anidən elan edib ki, kampaniyanın müddəti 1 fevralda bitir!

Beləliklə, ortaya, belə bir pozuntu və problem çıxdı:
Bir kampaniyada, konkret müddət təyin olunmursa və sonradan müddət qoyulursa, bu müddət, 3 gün kimi qısa bir interval ola bilməz. Çünki;
- Anbarı Iğdırda, yəni Türkiyənin ən şərqində yerləşən və İstanbuldan 1500 km-ə qədər uzaqda olan bir əraziyə, bağlamanın çatdırılması, 3 gün ərzində baş tutmaya bilər.
- Xüsusən də indiki qış mövsumünü-kəskin hava şəraitini və yüksək dağlıq relyefini nəzərə alanda, çatdırılma vaxtı, hətta 5-6 günə qədər uzana bilir.
Deməli: karqonun, bağlamanın çatması üçün verdiyi müddət-3 gün, yetərsizdir və müştəri haqlarının pozulmasıdır!
Qeyd edək ki, karqonun fevralın 1-dən elan etdiyi tariflər, bütün çəkilər üzrə daha bahadır. Məsələn baglama başına olan 3.5 azn haqq, yeni tariflə 6 azn-dir.
______________________________________
Nəticə: “Sürət karqo”, müştərilərə, zəruri olan-ən az 6 günlük zaman intervalı yerinə, cəmi 3 gün interval tanımaqla, açıq-aşkar istehlakçı hüquqlarını pozmuşdur.
Bununla bağlı ona edilən etirazlara da saymazyanalıq etmişdir, baxmayaraq ki instaqramda kütləvi şəkildə karqonun səhifəsinə etiraz şərhləri yazılmışdır.
Məsələnin digər absurd yönü: Problem həm də ondadır ki, “Sürət” karqo, nə kampaniyanın bitdiyini elan etdiyi gün, nə də ondan sonrakı günlərdə, bu barədə SAYTINDA HEÇ BİR MƏLUMAT YERLƏŞDİRMƏDİ VƏ YENİLƏNMƏ ETMƏDİ!
Yəni köhnə kampaniyanın bitməsi məlumat, rəsmi saytda verilməyib.
Bir karqo üçün vacib olan, rəsmi olan element, məhz saytıdır və saytında da bu məlumat, elan edilməyib!
______________
_______________
Gələk digər qanunsuzluğa;
Kampaniyanın zaman intervalını 3 gün tutmaqla, üstəlik də bunu saytında elan etməməklə, müştəri hüquqlarını ikiqat pozan şirkət, hətta vəd etdiyinə də RİAYƏT ETMƏMİŞDİR! Bəli, nə qədər qəribə olsa da, bağlaması ayın 31-də təhvil verilən müştərilərin bağlamasını da yeni tariflə hesablamışdır! Qanunu pozaraq, kampaniyanın bitmə tarixini, 4 ya da 5 fevral etməyərək, 1 fevral edən karqo, hətta 1 fevrala da əməl etməyib!
Konkret olaraq, məsələn, yanvarın 31-də təhvil verilən Loğman Hüseynovun bağlamasını məhz bu cür hesablamışdır. Şirkətə dəfələrlə edilən etirazlara, açılan sorğulara, fərqli əməkdaşlarına bildirilən etirazlara baxmayaraq, hesablanma qaydası dəyişməmişdir və baglama, 31 yanvarda keçərli olan tariflə yəni 3.5 aznlə yox, 6 aznlə hesablanmışdır.



Qeyd edək ki, karqonun qanun pozuntusu, bununla da yekunlaşmamışdır!
Karqo, saytında elan etdiyi 250 qrama qədər olan çəkilər üzrə olan hesablanma qaydasına da əməl etməmişdir. Belə ki saytında 100 qrama qədər çəki üzrə 0.69 azn vəd etsə də, praktikada 0.69 dollar hesablamışdır! Və 250 qrama qədər olan çəki üzrə də 1 azn vəd etsə də, praktikada 1 dollar hesablamışdır. Bununla bağlı edilən etirazlara isə, “saytda texniki xəta gedib” deyə cavab verilmişdir!
________________
________________
Xeberciniz.biz olaraq, bildiririk ki, sözgedən açıq və danılmaz sübutlar, karqonun müştərisi Loğman Hüseynov tərəfindən rəsmi məktubla “Antiinhisar” xidmətinə göndərilsə də, qurumun rəhbəri Məmməd Abbasbəyli inkarolunmaz faktlar qarşısında heç bir tədbir görməmişdir! Sadəcə olaraq, vətəndaş Loğman Hüseynovla əlaqə yaradılaraq, onun şikayətinin mümkün qədər “passivləşdirilməsinə” çalışılmışdır! Qeyd edək, vətəndaş, həmin danışığı yazmış və audio-sübut olaraq bizə təqdim etmişdir. Bəzi səbəblərdən hələki yayımlamadığımız həmin biabırçı və qeyri-adekvat söhbəti, qurumun növbəti “oyunları” zamanı, ictimaiyyətə təqdim etməyi düşünürük!
Yeri gəlmişkən, qurum, bu aralar mediaya təzyiq etməyə çalışır (konkret olaraq, “Tezadlar” saytının rəhbərinin dediyinə görə, ona zəng olunaraq, tənqidi məqalənin silinməsi istənilmişdir), lakin cənab Məmməd Abbasbəyli unutmasın ki, hər media da EYNİ DEYİL VƏ BİZ HAQLI MÖVQEYİMİZDƏN GERİ ÇƏKİLMƏYƏCƏYİK! MEDİAYA TƏZYİQ ETMƏKDƏNSƏ, ZƏHMƏT OLMASA KARQOLARLA BAĞLI NƏHAYƏT DÜZGÜN ÖLÇÜ GÖTÜRÜLMƏSİNİ TƏMİN ETSİN!
Hər halda, “Sürət karqo” adlı fırıldaqçı olduğu aşkar olan karqonun özbaşınanlıqları barədə “Antiinhisar”ın heç bir tədbir görməməsi, onu sübut edir ki, bu qurumun, saxtakar karqolarla hansısa “işbirliyi” mövcuddur! Bəli, vətəndaş əleyhinə işbirliyi! Bu işbirliyinin dəyəri, maliyyəsi, qarşılığı barədə isə hələki danışmırıq! Amma, belə bir əcaib işbirliyinin olması, çox aşkar və aydındır!