GİNKO BİLOBA MÖCÜZƏSİ
Filosof Yohan Hötenin dünyayla tanışdırdığı əsrarəngiz bitki
Haqqında danışacağımız Ginko Biloba bitkisi, tamamilə unikal ağacdır, bu gün heç bir yaxın növü və ya analoqu qalmamışdır.
Orta və böyük yarpaqlıdır, hündürlüyü 20-35 metrə çatır (Çində bəzi Ginkoların hündürlüyü 50 metri keçə bilər). Yarpaqları uzun və səpələnmişdir. Kökü adətən dərinləşir və külək və qarın yaratdığı zədələrə davamlıdır.
Müdhiş dözümlü bitki
Ümumiyyətlə, Ginko Biloba, bitki xəstəliklərinə müstəsna dərəcədə davamlıdır, gövdəsi, həşəratlara çox yaxşı müqavimət göstərə bilir və səthdə əlavə köklər və qönçələr əmələ gətirərək ağacın çox uzunömürlü olmasına imkan verir. Qeyd edək ki, bəzi ağacların yaşı 2500 ilə çata bilər.
Ginkoların davamlılığının ifrat nümunələri Xirosimada görülmüşdür. Atom bombasının partladığı yerdən 1-2 kilometr aralıda yerləşən dörd Ginko ağacı, bu ərazidə partlayışdan sağ çıxan və bu gün də yaşayan yeganə canlılar idi.
Milyonlarca yaşı olan bu ağacın vətəni, Uzaq Şərq-Yaponiya, Çin, Koreyadır. Onun yarpağı, yaddaşsızlıq və diqqətsizlik, həmçinin stressə qarşı əvəzolunmaz bir vasitədir! Görmə və eşitmə zəifliyinə, qulaqda cingiltiyə, yaşlanmaya, zəifliklərə qarşıdır və güclü hüceyrə yeniləyicidir. “Bu, hətta məşhur Jenşen bitkisindən daha güclü bitkidir” desək, yəqin ki inanmayacaqsız. Düşünün, atom bombasının təsirinə dözə bilən bitki, daha necə olar ki!
Bəli, çox heyrətamizdir.
Bu ağacın yarpağının çayını içməklə ya da həbini qəbul etməklə siz, ümumilikdə 20-dən çox faydadan yararlanmış olacaqsız.
Demək olar ki, yeganə əks təsiri, bəzi həssas insanlarda yuxunu qaçıra bilməsidir.
Qeyd edək ki, bu bitki, Azərbaycanda hələki məşhur olmadığı üçün, çox az sayda mağazada satılır. Deyəsən, 1-2 onlayn mağazada, satış mövcuddur.
İndisə gələk, Ginko Bilobanın faydalarına;
-Yaddaş pozğunluğuna qarşı effektivdir.
-Astma və bronxit xəstəliklərinə yaxşı gəlir.
-Qan dövranını yaxşılaşdırır.
-İnfeksiya ilə mübarizə aparır.
-Depressiyaya yaxşı gəlir.
-Miqrenlə mübarizə aparır.
-Dərinin sağlamlığını qorumağa kömək edir.
-İnsult riskini azaldır.
-Antioksidandır.
-Göz Sağlamlığını qorumağa kömək edir.
-Hemoroidin sağalmasına kömək edir.
-Yaxşı bir günəş kremidir.
-Qulaq sağlamlığını qorumağa kömək edir.
-Cinsi istəksizlik probleminin çözülməsində effektivdir.
-Saç tökülməsinin qarşısını almağa kömək edir.
-Ürək-damar problemlərini aradan qaldırmağa yardımçıdır.
-Enerji verir.
-Bəzi Xərçəng növlərinə qarşı təsirlidir.
-Menstrual öncəsi sindromu azaldır.
-Hiperaktivliyi və diqqət çatışmazlığını azaldır.
-Revmatizmə və ağrılarla mübarizəyə kömək edir.
_______________
Sonda: heç təsəvvür edirsiz ki, məşhur alman filosofu və şairi Yohan Höte, Ginkgo Bilobaya şeir həsr edib? Bəli, bu ağacı, ilk dəfə Almaniyaya məhz o gətiribdir və ondan sonra, bütün Drezden şəhəri, Ginko Biloba yurduna çevrilibdir. İndi bütün Avropada bu bitkidən hazırlanmış müxtəlif vasitələr, qida əlavələri və dərmanlar geniş istifadə olunur.
Qeyd edək ki, Azərbaycanda da apteklərdə Ginko tərkibli dərmanlar mövcuddur. Lakin, onların keyfiyyətlisini tapmaq lazımdır.