ŞOK: YENİ DÜNYA MÜHARİBƏSİ OLACAQ?
Təhlilçi Azər Məmmədovun fikrincə Koronavirusun dünyaya yayılması ilə dünya əhalisinin alışqanlıqları da dəyişdi. Görünür ki, bu virus hələ davam edəcək. Bu da insanları fərdi həyat tərzinə alışdıracaq. Fərdi həyat tərzi insanları internet vasitəsilə dünyaya çıxışa məcbur edəcək. Bir müddət sonra internetə alışan insanlar öz adət-ənənələrini, milli kimliyini itirəcək. Dünya insanı olacaqlar. Prosesin nə cür irəliləmə ehtimalını deyirəm. Amma bu prosesin uzun çəkməyəcəyindən əminəm. Bu dəyişim tam baş tutmayacaq və dünyada yeni müharibə başlayacaq. Bu müharibə son müharibə olacaq. Bu müharibə millətlər yox, iki qrup təbəqə arasında olacaq. Dünyanı texnologiya ilə idarə etmək istəyənlər və ağıl sahibləri arasında olacaq. Düzdü, bu dediklərim hardasa 7-8 il sonranın məsələləridir. Lakin, prosesi qabaqcadan bilmək lazımdır ki, gələcəkdə mövqeyimizi düzgün seçək.
Ancaq, hər halda Azərbaycan 7-8 il sonra dünyanın mədəni və iqtisadi mərkəzlərindən biri olacaq.
Dünya yeni iqtisadi düzənə girir. Yeni düzənlə kapitalist sistem, yəni dolların dünya üzərində hakimiyyəti, dolayısıyla ABŞ-ın dünya üzərində hegemoniyası itəcək. Yeni düzənin qurulmasında qlobal sərmayə sahibləri, texnologiya lobbisi maraqlıdır. Dövlət olaraq da kapitalizmin çöküşünə, ABŞ-ın dünya üzrə hegemoniyasını itirməsinə Çin Xalq Respublikası maraqlıdır. Çünki, yeni yaranacaq iqtisadi düzəndə Çin variantı idarəetməyə daha yaxındır. Çinin “Bir kəmər, bir yol” layihəsi dünyada yeni iqtisadi düzənin yaranmasına xidmət edir.
Daha ətraflı sujetdə izləyək: