Seda Sayanın verilişində “Xudayar təsnifi” – VİDEO

Getting your Trinity Audio player ready...
0
0

Türkiyəli müğənni Seda Sayanın aparıcılığını etdiyi “Sabahın Sultanı Seda Sayan” verilişində “Xudayar təsnifi” səsləndirilib.

Xeberciniz.biz axşam.az-a istifadən xəbər verir ki, “Star TV”də yayımlanan proqramda qonaq olan saz ifaçısı Sərkar Şəmkirli İkinci Qarabağ müharibəsində adını qəhrəmanlar sırasına yazdıran şəhid Xudayar Yusifzadəni xatırlayaraq, vətən uğrunda canından keçən igidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədovun müəllifi olduğu mahnı daha əvvəl “Vətən yaxşıdır” adlanırdı.

Xatırladaq ki, kompozisiyanın müəllifi Xalq artisti Əlibaba Məmmədovdur. Bu, popular və sevilən ifa olsa da, II Qarabağ müharibəsi zamanı şəhid Xudayar Yusifzadənin ifası ilə daha da məşhurlaşdı.

Xatırladaq ki, Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edərək “gizir” hərbi rütbəsi alıb. X.Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.

Yeniliklərdən xəbərdar olmaq üçün kanallarımıza qoşulun!

Dəstəyiniz bizim üçün vacibdir. Aşağıdakı keçidlərdən bizi izləyə və abunə ola bilərsiniz:

🔴 YouTube-da Abunə Ol 🔵 Facebook 📸 Instagram ⚫ X (Twitter)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir