“Rusiya bu həyasızlığa görə izahat verməlidir” – Baş redaktor
“Bütün ermənilərin katolikosu II Qaregin Laçın dəhlizindən keçərək Azərbaycanın Rusiya “sülhməramlıları”nın nəzarətində olan ərazisinə gəlib. O burada, separatçı-terrorçu rejimin tör-töküntülərindən ibarət hərbçilərlə görüşüb. Onlara xeyir-dua verib”.Bu barədə “Türküstan” Media Qrupunun baş redaktoru Aqil Camal bildirib.
![](https://turkustan.info/wp-content/uploads/2020/11/aqil_camal-e1611342941193-600x319.png)
A.Camal qeyd edib ki, humanitar əlaqəni təmin etmək üçün nəzərdə tutulan Laçın dəhlizindən istifadə edərək bölgədə durumu gərginləşdirməyə xidmət edən hərəkətlərin qarşısı alınmalıdır: “Sual olunur, Laçın dəhlizi Qarabağdakı ermənilərlə Ermənistan arasında humanitar əlaqəni təmin etmək üçündürsə, II Qaregin necə bu dəhlizdən keçib Qarabağa gəlir və burda separatçı-terrorçu hərbçilərlərlə görüşür? Bölgədə Ermənistanın mina terroru ilə üz-üzə qaldığımız bir vaxtda ruhani libasına dürünmüş bu iblislərin vəziyyəti gərginləşdirməyə hesablanmış hərəkətlərinin qarşısı niyə alınmır? Bu həyasızlıq Azərbaycan dövləti tərəfindən Rusiyadan sorulmalı və izahatı tələb olunmalı məsələdir”.
![](https://turkustan.info/wp-content/uploads/2021/06/196322084_4355544337812001_4793214239539688918_n-600x400.jpg)
![](https://turkustan.info/wp-content/uploads/2021/06/196363094_4355544167812018_3939911315989641853_n-600x336.jpg)
![](https://xeberciniz.biz/wp-content/uploads/2021/04/reklam-alani3.jpg)