“ASTARA 4 SAYLI”NIN DİREKTORU RƏNA HÜSEYNOVADAN DƏHŞƏTLİ ƏMƏLLƏR!

3
0

Daha öncə mediada pis mənada hallanan Astara şəhər 4 saylı tam orta məktəbdən gələn xəbərlər, bu dəfə dözülməz dərəcədə dəhşətlidir!
Bəribaşdan qeyd edək ki, əslində, direktor Hüseynovanın zorakılıqları əvvəldən mövcud imiş. Məktəbin yenidən işə qayıdan psixoloqu Yunis Dürüst, bütün sübutları yığaraq, Elm və Təhsil Nazirliyinə və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciətlər edib, lakin təəssüf ki, nəticəsiz qalıb. İndisə, konkret sübutlar aşkara çıxdığı üçün müstəqil QHT olan “Təhsil Araşdırmalar Mərkəzi” məsələyə əl atmalı olub.

Bəli, görüntülər və səslər hər şeyi deyir, əlavə etməyə ehtiyac yoxdur. Aşkar olan budur ki, direktor Rəna Hüseynova və onun müavini Nigar Novruzova ikilisi-özlərini təhsil qabaqcılı kimi yox, mafiya, quldurbaşı kimi hiss edirlər! Hər halda, hətta azyaşlı şagirdlərə belə, rəhm etməyən şəxslərin hansı ləyaqətindən, mənəvi üstünlüklərindən danışmaq olar?!…
Onlar, məktəbin rəhbər işçisi və psixoloqunun qanuni və əsaslı etirazına məhəl qoymurlar, hətta kameradan belə, çəkinmirlər. Kamera qarşısında uşağı döyürlərsə, görün, kamera olmayanda nələr edirlər!

Sual olunur: Yalnız mənfi göstəricilərə sahib olan, özbaşına Rəna Hüseynovanı görəsən 10 ildir ki, kimlər direktor saxlayır? Görəsən, cənab Emin Əmrullayev bu biabırçılıqları, şagirdlərin döyülməsini yenəmi görməzdən gələcək? Axı, deyilir ki, vəziyyətlə bağlı nazir aylar öncədən xəbərdar edilib.
Üstəlik də, görünən budur ki, problem çoxşaxəli və dərindir. Çünki, məsələ təkcə bullinq və şagirdlərə zorakılıq deyil. Rəna Hüseynovanın, ən vacib fənn olan riyaziyyat dərsində uzun-uzadı telefonla danışması, yaxud da ümumiyyətlə, dərsinə girməməsi, onun nəinki direktorluğa, bütövlükdə təhsilə yararlı olmadığını sübut edir.

Hər halda problem artıq ictimaləşdiyinə görə, media olaraq, işin sonuna qədər getmək borcumuzdur.

Qeyd: Dəhşətli vəziyyətlə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən reaksiya almaq cəhdimiz nəticəsiz qaldı.

Xeberciniz.biz

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir