Şəhriyar Məmmədyarov Harri Kasparovu 7 gedişə məğlub etdi – VİDEO
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Croatia Grand Chess Tour”un blits turniri start götürüb.
“Report“un məlumatına görə, iki gün davam edəcək turnirin birinci günündə Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparır.
Belə ki, Şəhriyar Məmmədyarov ilk görüşdə fransalı Maksim Vaşye-Laqrava məğlub olub. Daha sonra rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib.
Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində cəmi yeddi gedişə qələbə qazanıb.
Şəhriyar Məmmədyarov “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin – Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Croatia Grand Chess Tour”un blits turnirində keçirdiyi 6-cı oyunda Bakı şahmat məktəbinin yetirməsi olan keçmiş dünya çempionu, Rusiya təmsilçisi Harri Kasparovla qarşılaşıb. Qarşılaşma Şəhriyar Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Ağ fiqurlarla oynayan Ş.Məmmədyarov 7-ci gedişdə rəqibini məğlub edib.
Xeberciniz.biz sözügedən oyunun gedişlərinin əks olunduğu videonu təqdim edir:
Xatırladaq ki, “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin iştirakçıları məlum olmuşdu.
Chess.az xəbər verir ki, iyulun 7-dən 11-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək “Croatia Grand Chess Tour” adlı rapid turnirində, ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcəkdi. Xatıraldaq ki,, Şəhriyar seriyanın birinci yarışı olmuş “Superbet Chess Classic Romania”-ın qalibi olmuşdur.
Artıq Xorvatiyada üz-üzə gələcək şahmatçıların adları da məlumdur. Beləliklə, Zaqrebdə Məmmədyarovdan başqa, fransız Maksim Vaşye-Laqraf,Niderland təmsilçiləriAniş Giri və Yorden Van Forrest, rusiyalılar Yan Nepomnyaşiy və Aleksandr Qrişyuk, ukraynalı Anton Korobov, polyak Yan-Kşıştof Duda, meydan sahibi, xorvatiyalı İvan Sariç və xüsusi qonaq qismində turnirə dəvət olunan iki eks-dünya çempionu, hindistanlı Vişvanatan Anand və Rusiyanı təmsil edən əslən bakılı Hari Kasparovdur. Qeyd edək ki, turnir çərçivəsində baş tutacaq Məmmədyarov-Kasparov qarşılaşması hər iki şahmatçı üçün karyeralarında bir-birilərinə qarşı oynadığı ilk oyun olacaq. Qrossmeysteürimizi Şəhriyar Məmmədyarov indiyədək heç bir rəsmi oyunda Hari Kasparovla qarşılaşmamışdır.