NASA helikopterinin Marsa ilk uçuşu barədə açıqlama yayıb

Getting your Trinity Audio player ready...
0
0

“Ingenuity” helikopterinin Marsa birinci sınaq uçuşu bazar günündən tez olmayacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsinin (NASA) mətbuat xidməti bildirib.

Daha əvvəl məlumat verilib ki, “Ingenuity” ilk uçuşunu təxminən aprelin 8-də edəcək. Lakin NASA dəqiqləşdirib ki, bu, bir neçə gün sonra olacaq, ancaq bununla belə, agentlik uçuşun təxirə salınmasının səbəblərini açıqlamayıb.

Helikopterin, təxminən, üç metr hündürlükdə olacaq uçuşu uğurlu olacağı halda gələcəkdə təxminən 5 metr yüksəklikdə reallaşacaq. NASA vurğulayıb ki, bu, aparatın başqa bir planetin səthindəki “ilk ötürücü və idarə olunan uçuşu” olacaq.

Yeniliklərdən xəbərdar olmaq üçün kanallarımıza qoşulun!

Dəstəyiniz bizim üçün vacibdir. Aşağıdakı keçidlərdən bizi izləyə və abunə ola bilərsiniz:

🔴 YouTube-da Abunə Ol 🔵 Facebook 📸 Instagram ⚫ X (Twitter)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir