SURİYADA NƏ OLACAQ? 3 EHTİMAL!

0
0

Suriyada nə baş verə bilər; Üç mümkün senari!

Xeberciniz.biz məlumat verir ki, Suriyada, Əsəd ailəsinin 53 illik xanədanlığının, bir neçə günə yıxılması ilə, bütün dünyada, yeni reallıqlar yarandı. Lakin, hakimiyyət taxtını əlinə olan Heyət Təhrir əş-Şam təşkilatının radikallığı, ölkənin etnik və siyasi fərqliliyi, həmçinin xarici maraqların toqquşması səbəbindən, ölkənin gələcəyi ilə bağlı böyük sual işarələri mövcuddur.

Doğrudur, ipi əlinə alan HTŞ lideri Əbu Məhəmməd Colani, Suriyanı birləşdirəcəyini vəd edir, amma bu təşkilatın indiyəqədər idarə etdiyi İdlib vilayətindəki despot idarəçiliyi, ciddi şübhə yaradır.

Vəziyyət, sürətlə dəyişdiyindən, Suriyanın gələcəyini proqnozlaşdırmaq çox çətindir. Britaniyanın BBC kanalına açıqlama verən ekspertlər, ölkənin gələcəyi ilə bağlı üç mümkün senariyə işarə edirlər.

1.Vahid Suriya senarisi-ən yaxşı ehtimal
2 HTŞ-nin avtoritar və birtərəfli hakimiyyəti senarisi
3. Hərtərəfli vətəndaş müharibəsi senarisi-ən pis ehtimal

Gəlin bu senariləri gözdən keçirək.

Vahid Suriya senarisi, o halda real olardı ki, HTŞ, azadlıqlara meydan versin və
intiqam ruhiyyəsini tərk edib, milli barışıq elan etsin.
Yaxın Şərq üzrə ekspert Kristofer Filips deyir: “Hazırda naməlumun ortasındayıq. HTŞ, sülh yolu ilə keçid prosesi haqqında bəyanatlar verir, lakin vəziyyət, son dərəcə xaotikdir. Cənubda Əsəd ailəsinin hakimiyyətini tarixən tanımayan tayfalar, çətin ki, Dəməşqdəki yeni administrasiyaya qulaq assınlar. Şərqdə isə, İŞİD-in qalıqları, Amerikanın hava hücumlarına əsas verə bilər. ABŞ-nin dəstəklədiyi kürdlərin rəhbərlik etdiyi qruplar isə, ölkənin şimal-şərqinin bəzi hissələrinə nəzarət edir. Bu təşkilatlar, illərdir ki, Suriyanın şimalında Türkiyənin dəstəklədiyi müxalif qruplarla mübarizə aparır. Həmçinin, 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyadan kənarda yaranmış çoxsaylı müxalifət qrupları və siyasi bloklar da var. Bütün bu qrupların, Suriyaya qayıdıb, siyasi keçid prosesinin parçası olub-olmayacağı, hələ də bəlli deyil.

İsveçrənin Lozan Universitetindən professor Cozef Daher, vahid hökumətin mümkünlüyünün qeyri-müəyyən olduğunu düşünür. Sitat: “Ən yaxşı ssenaridə, azad seçkilər keçirilir, hakimiyyət bölüşdürülür və mərkəzsizləşdirmə əldə edilir, nəticədə daha əhatəli idarəetmə yaranır. Bu isə inandırıcı deyil”. Ekspert, HTŞ liderinin ilkin bəyanatındakı bir ziddiyyətə işarə edir: “Colani, əvvəlcə, köhnə rejimin baş nazirinin, keçid prosesinə rəhbərlik edəcəyini açıqladı. Daha sonra isə, İdlibdəki öz yerli hökumətinin baş naziri Məhəmməd Bəşirin namizədliyini təqdim etdi”.

Gəlin, ikinci ehtimalı nəzərdən keçirək.
2)HTŞ-nin avtoritar və birtərəfli hakimiyyəti senarisi

HTŞ-nin, Əsəd ailəsi kimi, avtoritar üsullarla, hakimiyyəti təmərküzləşdirəcəyi ilə bağlı narahatlıqlar var. Ekspert Cozef Daher deyir: “HTŞ, İdlibdə hakim olarkən, bütün müxalif silahlı qrupları prosesə cəlb etməklə, hakimiyyəti cəmləsə də, idarəçiliyini, əsasən repressiya yolu ilə möhkəmləndirdi”. Lakin, ekspert əlavə edir ki, təşkilat, bütün bölgələri idarə etmək üçün hərbi və insan resurslarına malik olmadığına görə, avtoritar idarəçilik qurmaqda çətinlik çəkəcək.

İndisə, 3-cü və ən qorxulu ehtimal barədə danışaq.

  1. Hərtərəfli vətəndaş müharibəsi senarisi

Ən pis ehtimal odur ki, Suriya da, “ərəb baharı” prosesinin sonunda xaosa düşən bəzi ölkələr kimi olacaq. Liviyada Müəmmər Qəddafi və İraqda Səddam Hüseyn, əvəzedicisi olmadan devrildi və xarici müdaxilələr, hər iki ölkədə dəhşətli nəticələr verdi. Avtoritar hökumətlərin buraxdığı hakimiyyət boşluğu, talan, qisas hücumları və vətəndaş müharibəsi ilə doldu.
Suriyada müxtəlif silahlı təşkilatlar arasındakı rəqabət, genişmiqyaslı zorakılığa gətirib çıxara bilər və təkcə Suriyada deyil, regionda sabitliyi daha da poza bilər.
BBC Ərəbcə müxbiri Feras Kilani deyir ki, HTŞ-nin keçid hökümətinin baş naziri Bəşirin ilk çıxışı, yeni hökumətin gedəcəyi yol haqqında mümkün ipucları verir. Sitat: “Yeni baş nazir, iki bayraqla poz verdi: biri “inqilab bayrağı”, digəri isə “Taliban”ınkına bənzər bayraq. Bu, hökumətin, Taliban modelini izləyə biləcəyini və radikal dövlət qura biləcəyini göstərir. “Bu isə, ölkədəki müxtəlif azlıqların və vətəndaş qruplarının gələcəyi ilə bağlı yeni suallar doğurur”.

Qeyd etmək lazımdır ki, Suriyanın gələcəyinə təsir edəcək ən önəmli faktorlardan biri də, xarici güclər və onların balansıdır.
Bəşər Əsəd, illər boyu İran və Rusiyanın dəstəyindən asılı idi.
Digər tərəfdən də, Türkiyə, Qərb və Körfəz ölkələri, çeşidli müxalif qruplara dəstək veribdir.
İsrail isə, Suriyanın hərbi infrastrukturunu hədəf alıb və bu bədbəxt ölkənin cənubunun artıq xeyli hissəsini işğal edib. Bu isə, İsrailin, Əsədin devrilməsindən faydalanmağa çalışdığını açıqca göstərir. İngilis ekspert Filips xəbərdarlıq edir ki, İsrailin hərəkətləri, hökuməti zəiflədərək və sərt xətt tərəfdarlarını cəsarətləndirərək, Suriyada sabitliyi çıxılmazlığa sürükləyə bilər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir