EKSPERT EMİN MİRZƏLİ, LARTİ-NİN YENİ RƏHBƏRİ BƏHRUZ MEHDİYEV BARƏDƏ PROQNOZ VERDİ!

1
0

Astara və cənub təhsilində maraqlı tendensiyalar davam edir. Belə ki, payızda, dərs ilinin ortasında Astara təhsil sektoru müdiri və Lənkəran-Astara regional idarə müdiri istefa verib getdikdən sonra, rayonun və bölgənin təhsili aylarca başsız qaldı. Yalnız dekabr ayında LARTİ rəhbəri vəzifəsinə nəhayət ki, təyinat həyata keçdi. Şəki-Zaqatala regional müdirliyindən azad edilən Bəhruz Mehdiyev ucqarda yerləşən cənub regionuna rəhbər təyin olundu. Onun artıq bəzi dəyişikliklərə getməsi barədə cənub bölgəsindən məlumatlar gəlir. Astara və cənub təhsilində son baş verən dəyişikliklərlə bağlı tanınmış ekspert, astaranın gənc alimlərindən olan Emin Mirzəlinin fikirlərini öyrəndik.

-Emin bəy, sonuncu dəfə iyul ayında mediaya verdiyiniz intervyuda çox iddialı açıqlamalar və şok proqnozlar vermişdiz. Astara və region təhsili ilə bağlı demişdiz ki, LARTİ rəhbəri Elxan Nəcəfov çox qala bilməyəcək. Bu proqnozdan cəmi bir neçə həftə sonra olduqca qəribə olaylar baş verdi; avqust ayında Elxan bəy müdirlikdən vəkalətən ayrıldı, rəsmi sənədlərdə LARTİ adından verilən cavablarda “müdir müavini Rəhimli Rəhimov” imzası peyda olmağa başladı. Sonra isə oktyabr ayında Elxan Nəcəfovun işdən getdiyi barədə məlumat verildi…
Sizcə bu, nə demək idi? Elxan Nəcəfov necə oldu ki, cəmi 1 il sonra və üstəlik də dərs ilinin ortasında “getdi”?

Elxan Nəcəfov, fikrimcə, burda “taktika” işlətdi; avqust ayında artıq o faktiki vəzifədən getmişdi, sadəcə olaraq, özünə yeni vəzifə hələ tapa bilməmişdi deyə, istefasını açıqlaya bilmirdi ki, “qovulması” təəssüratı yaranmasın. Görünür ki, imici çox korlandığı üçün Elm və Təhsil Nazirliyində hansısa bir vəzifə tapa bilmədi və uzaq Naxçıvana üz tutdu.
Getməsinin səbəbinə gəlincə; biz keçən ilin əvvəlindən bəri, onun qarşısında, Astara təhsilinin xroniki problemlərini, konkretləşdirərək gündəmə gətirdik. İlkin olaraq, 3 məsələnin həllini tələb etdik: 1)Burzubənd məktəbinin “məşhur” mafioz direktorunu qovmaq. 2)Şəhər 6 saylı məktəbin “ataman” direktoru Ülviyyə Bayramovanı cəzalandırmaq. 3)Astara sektorunun işçisi, ləyaqətsizliyi ilə məşhur olan Elçin Mirzəzadəni qovmaq.
Lakin, biz sözügedən məsələləri gündəmə gətirəndən sonra, məlum oldu ki, Elxan Nəcəfov bu faktlardan, təhsilin “virusu”na çevrilmiş bu şəxslərdən, BAŞQA CÜR istifadə edib! Eynilə pandemiya dövründə, virusu, bir qazanc kimi görən dəllallar kimi…
Rayonda ciddi narazılıqlara səbəb olan bu şəxslərə, ən azından xəbərdarlıq belə, etməməsi, zatən bir göstəricidir!
Buna görə biz “Gənc Alimlər” adından verdiyimiz iyuldakı müsahibədə, artıq Elxan bəyə sonuncu dəfə xəbərdarlıq etdik və onu ya dərhal tədbir görməyə ya da istefa verməyə çağırdıq. Görünür ki, həmin şəxslər qarşısında niyəsə “gözükölgəli” olduğu üçün, istefanı seçdi. Və vəzifədən getməsini də çox gec açıqladı.

-Emin bəy, Astara sektoruna hazırda yeni rəhbər gəlibmi?

LARTİ-də indiyəqədər, Tədrisin keyfiyyəti üzrə sektor müdiri olan, amma gördüyü işlər, keyfiyyətsiz olan Elnur Quliyevi sektor müdiri qoyublar.

-Yeri gəlmişkən, Regional Təhsil İdarələri ilə bərabər yaranan Təhsil Sektoru qurumu barədə nə düşünürsüz, ümumiyyətlə, bu institutun səlahiyyəti, vəzifə dairəsi nədir?

Mən bu qurumu, mənasız və yersiz bir institut hesab edirəm. Yəni, əgər məsələn, işçini işə götürmək funksiyasını direktor həll edirsə, yaxud da “Regional” təqdimat edirsə, onda “sektor”un burda funksiyası, vəzifəsi nədir? Yaxud da məktəbdə olan bir problem barədə, deyək ki, direktorun özbaşınalığı barədə “sektor”, hansısa tədbir görə bilmirsə, buna səlahiyyəti çatmırsa, onda bu qurum nə işə baxır?
Sözün həqiqi mənasında, boş, amorf bir təsisatdır.
Fikrimcə, nazir Emin Əmrullayev, “regionallar” barədə ilk dəfə qərar verərkən, “sektor” adlı bir qurum nəzərdə tutmamışdı. Sadəcə olaraq, keçmiş təhsil şöbəsi işçilərinin timsalında, işsiz ordusu yaranmaması, yəni məşğulluq üçün, qərarda dəyişiklik edildi. Zatən mediaya ilk verilən xəbər də bu cür idi: təhsil şöbələri ləğv olunur.
İstənilən halda, bu, qeyri-ciddidir və ETN rəhbərliyinin səriştəsizliyini göstərir.

-Qayıdaq cənub təhsilinə. Emin bəy, bəs LARTİ-yə gələn yeni müdir barədə nə düşünürsüz, ondan gözləntiləriniz nədir?

Yadınızdadırsa, iyuldakı müsahibədə demişdim ki, əvvəlki rəhbərlərin bərbad günə qoyduğu Astara və cənub təhsilindəki bu “bataqlığa”, düşüncəli, uzaqgörən birisinin “bulaşacağına” inanmıram.
Yeni gələn Bəhruz Mehdiyevin kimliyinə baxaq; 2022-ci ildə Şəki-Zaqatala “regional”ına rəhbər gəlib. Müdirliyi, cəmi 1,6 il çəkib. Üstəlik də, dərs ilinin ortasında işini tərk edib.
Sual olunur; bir müdir nəyə görə dərs ilinin ortasında, hər şeyi yarımçıq qoyaraq, vəzifəsini tərk etməli olur? Guya LARTİ, onun əvvəlki iş yerindən dahamı böyük vəzifədir?

-Emin bəy, amma gələn məlumatlara görə, Bəhruz Mehdiyev artıq cənub zonasında bəzi islahatlara gedib. Konkret desək, elə bayaq dediyiniz “təhsil virus”larından birini “kəsib atıb”; Elçin Mirzəzadə işdən qovulub. Yəni, sizin, “Astaralı Gənc Alimlər”in LARTİ qarşısında qaldırdığı 3 proritet məsələdən biri həll olunub…

Bəli, Elxan Nəcəfovun getməsi ilə, onun “bəlasına” çevrilmiş Mirzəzadənin də gedişi qaçılmaz oldu və bu, özlüyündə təbii ki, müsbət hadisədir. Lakin, bu addımların, islahat fazasına keçməsinə hələ çox var. Cənab yeni müdir, əgər 6 saylı məktəbdə, kargüzar Validə Məmmədovaya zülüm edən Ülviyyə Bayramovanı çıxarmayacaqsa, Burzubənddə, məktəbdən, “mafiya dərnəyi” düzəldən Turan Rəfiyevi qovmayacaqsa, onda heç bir real dəyişiklikdən söz açmaq olmaz!
Əgər Bəhruz bəyə, tədbir görmək üçün dəlil, sübut lazımdırsa, biz N qədər dəlili təqdim edə bilərik. Hətta, indi sizin yaratdığınız fürsətdən istifadə edib, əvvəlki müdirlərə etdiyimiz təklifi ona da edirik: cənab müdir, zəhmət olmasa, bizi, rayonun gənc alimlərini LARTİ-yə dəvət edin; oturub, konstruktiv şəkildə müzakirə aparaq və Astaranın təhsil problemlərinə çözüm düşünək!

-Bu arada Astaradan sizin gənc alim-Daşqın Əliyev barəsində də həyəcanlı xəbərlər gəlməkdədir. Medianın yazdığına görə o, 3-cü dəfə işdən çıxarılıb. Direktor Rəna Hüseynova ondan nə istəyir?

Bəli, Daşqın bəy Astara şəhər 4 saylı tam orta məktəbdən 3-cü dəfə, ümumilikdə isə Astara təhsilindən 4-cü dəfə uzaqlaşdırılır. Yeri gəlmişkən, onu, ilk dəfə məhz bədnam Elçin Mirzazadə, 6 saylı məktəbin direktoru olarkən işdən çıxartmışdı. Bilirsiz ki, biz o zaman, “Astaranın Gənc Alimləri” olaraq, ciddi mübarizə apardıq və nəticədə E. Mirzəzadə direktorluqdan çıxarıldı, lakin biabırçı müdir Rəşad Həsənov onu təhsil şöbəsinə gətirdi. Sonrasını da bilirsiz: Həsənov özü işdən qovuldu. Və indi “qardaşı” da getməli oldu…
Daşqın bəyin durumuna qayıtsaq; hazırda onun işdən haqsız çıxarılması və qayıtması ilə bağlı, ali hüquqi orqanın-Əmək Müfəttişliyinin sanksiyası və qərarı var. Lakin, deyəsən, direktor Rəna Hüseynova çox “pulludur”: belə ki, o, ağır cəriməni ödəyib, qərarın icrasını yubatmaq istəyir.

-Maraqlıdır, siz bayaq Astara təhsilinin problemli şəxslərini sadalayarkən, nədənsə 4 saylı məktəbin direktorunu qeyd etmədiz…

Çünki zatən dövlət orqanı, onu bu ilin yanvarında 3-cü dəfə cəzalandırıb. Hər halda, haqqında məhkəmə və müfəttişlik qərarı var. Yəqin ki, məhkəmənin yeni qərarı da yaxında çıxacaq. Düşünmürəm ki, bu qədər biabırçılıqdan sonra onu vəzifədə saxlasınlar…Və eyni zamanda, əminəm ki, Daşqın bəy 4-cü dəfə psixoloq işinə qayıdacaq. Çünki, məktəbdə gənc alimə çox ehtiyac var.
Hər halda bu proqnozun da doğrulacağını yaxın zamanda görəcəksiz.

-Emin bəy, sonda yeni müdir Bəhruz Mehdiyev barədə də təxmininizi bilmək maraqlı olardı…

Fikrimcə o, bəzi önəmli addımlar atsa da, bir neçə ay sonra kreslosunu “möhkəmlətdiyini” düşünüb, özünə arxayınlaşacaq və ciddi islahatdan yayınacaq. Və bu da, onun sonunu gətirəcək. Yəni, o da, çox qala bilməyəcək.
Hər halda biz “Gənc Alimlər” olaraq imkan vermərik ki, Astara təhsilini daha da “aşağı çəkənlər”, ziyan verənlər, vəzifədə qalsın. Bizim, kimisə vəzifəyə gətirmək imkanlarımız olmasa da, vəzifədən uzaqlaşdırmaq imkanlarımız var. Bunu indiyəqədər sübut etmişik.
Yaxın zamanda siz görəcəksiz ki, hər kəs, Astara və cənub təhsilindən danışır!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir