Qüdsdə tarixi dəyişən tapıntı: Ədərbəycan 74-cü ildə…
Uzun illərdir ermənilər tarix elmində manipulyasia edərək guya “ilk xristian xalq” imici yaradırlar. Tarixi qaynaqlara çıxışı olan dünya alimləri bilirlər ki, hay-boşa tayfası, makiavellist bir yanaşma ilə bir sıra siyasi hesablardan ötəri albanların mirasına sahiblənməyə çalışıblar. Xüsusilə erməni tarixçilərin; ermənilərin tarixin ilk xristian dövləti olduğunu vurğulaması xristian dünyasından dəstək ala bilmək üçün tətbiq olunan bir strategiyadır. Özünə “hay” deyən, “Hayk/Haik” adlı bir atadan törədikləri əfsanəsini yaşadan və bu gün dünyanın “erməni” adlandırdığı millətin tarixdə coğrafi bir termin olaraq istifadə olunan Ermənistan/Armenia adı ilə heç bir əlaqəsi yoxdur.
Bölgədə uzun illər hakimiyyət quran Assuriya, Midiya, Fars, Part yazıları ilə Ksenofonun “Anabasi”si və Strabonun “Coğrafyası”nda “hay”dan və yüksək ölkə mənasını verən “Hayastan”dan bəhs edilməməkdədir. (Bax: Erdal İlter, “Ermenistan adı, menşei ve bazı ermeni iddiaları üzerine”, Ermeni Araştırmaları, sayı 6, yaz 2002).
Ermənilər bütün dünyaya albanlara məxsus monastırları öz kilsələri kimi təqdim edirlər. Bu kimi onlarla erməniləşdirilmiş kilsə və monastır göstərmək olar. Mila Avraam “İnternational Society Projects”də yazır ki, gürcü kilsəsindən fərqli olaraq, alban kilsəsi Qafqaz Albaniyasında “eyni dindənik” deyərək albanları erməniləşdirməyə çalışan erməni keşişlərin tələsinə düşüb.
1917-ci ildə “Rus-Çin lüğəti” adlı kitab nəşr edilir. Bu kitabda bizi maraqlandıran bir məqam var. Rus dilindən Çin dilinə tərcümədə “Alban” sözünü “Azərbaycan” deyə tərcümə edirlər. Bu barədə Oljas Süleymenov da öz əsərində qeyd edir. (Bax: Олжас Сулейменов. «Литература – это жизнь: о литературе и литераторах», Издательский дом «Библиотека Олжаса», Алматы, 2011 г).
Fransız şərqşünası Ejen Bore bu sahədə tədqiqatlarını Qafqazda aparıb və bu günə qədər öz sənədlərini üzə çıxarmayan ermənilərin məşhur Matedaran arxivində çalışandan sonra etiraf etmişdir ki, onu məcbur edirdilər ki, alban dilini erməni dili kimi tədqiq etsin, lakin o bunu etməyib. 1838–ci ildə Fransa Elmlər Akademiyasına ünvanladığı bir məruzəsində bildirirdi ki, əlyazmaların birində o, alban əlifbasını aşkara çıxarıb. Onun yazdığına görə, bu əlifbanın erməni əlifbası ilə heç bir əlaqəsi yoxdur.
Bu yazıda əsas hədəfimiz budur: İlk xristianlıq harda yayılıb və hansı xalq onu qəbul edib?
Bu sualın cavabına keçməzdən öncə qısa haşiyə çıxaq ki, xristianlıq Şərq dinidir. Yerusəlimdə İsa Məsihlə başlayan hərəkat həvariləri ilə genişlənmə prosesinə qədəm qoyub.
Bizim sualını cavabını isə nə AMEA, nə bizim tarixçilər, nə də din üzrə ekspertlər yox, 2022-ci ilin dekabrında köhnə Qüds şəhərinin yaxınlığında eramızın I əsrinə aid əlyazma aşkar edərək, onu tədqiq edən alman arxeoloqu Harald Lyubke, fransız tədqiqatçı Savari Pier Etyen və italyan tarixçisi Akkolti Mariani Benedetto verir.
(Şəkildə Harald Lubke, Kristian Monet, Savari Pierre Etienne və Akkolti Mariani Benedetto qazıntılar zamanı. Dekabr 2022).
Harald Lyubkenin tərcümə etdiyi əlyazmada yazılır:
“Orada Araks çayının cənubunda və müasir Qərbi İran ərazisində yerləşən Aderbeican dövləti var. Söhbət elə bir dövlətdən gedir ki, qonşuları – bütpərəst İran, o zamanlar Yaxın Şərqin mühüm ərazilərinə sahib olan Roma İmperiyasının düşmənçiliyinə və basqısına baxmayaraq, xristianlığı satrapları ilə birgə əsas dini elan etmişdi“.
Mətninin tərcüməsini olduğu kimi yazıram:
“Araks çayının cənubunda,
Böyük Ədərbəycan şahı Mülbək Finar-oyqulu (oğlu),
Banoi-R ayında bir yay günündə (74-cü ildə)
Xristianlığı bütün Katamera’nın dini olaraq elan etdi”.
Əlyazmadan tərcümədən bəli olur ki, Ədərbəycan dövləti xristianlığı, “bütün katameranın dini” kimi eramızın 74-cü ildə dövlət dini elan edib.
Arxeoloq Savari Pyer Etyenin fikrincə, söhbət “İranın” indiki şimal-qərb hissəsinin müasir Cənubi Qafqaz Azərbaycan dövlətindən gedir.
O, həmçinin qeyd edib ki, müasir Azərbaycan birbaşa Ədərbəycan dövlətinin nəslindəndir və alman və fransız mütəxəssislərinin sonrakı araşdırmaları zamanı ilk dəfə xristianlığı dövlət dini kimi qəbul etmiş qədim Azərbaycan dövləti haqqında yeni fikirlər kəşf edilir.
Qısa olaraq qeyd etmək lazımdır ki, xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimindən (Qüdsdən) yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar, İsanın Məsih olduğu haqqında müjdəni yayırdılar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır.
Albaniyada xristianlığın yayılması həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən biri olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Alban Apostol kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimlə, Yerusəlimin kilsəsi ilə, sonralar isə Yerusəlimin patriarxlığı ilə bağlı olub.
Qafqaz Albaniyası haqqında yazılmış tədqiqatlara görə, V–VIII əsrlərdə bu ərazilərdə 12 yepiskopluq fəaliyyət göstərir: Kabalaka (Qəbələ), Qaşua, Yeuta, Amaras, Tsri, Balasakan (Şəki), Girdiman, Mets-Koqmank, Mets-İrank, Haband, Partav (Bərdə) və Gəncəsər (Kəlbəcər). 552-ci ildə Alban kilsəsinin başçısı Müqəddəs Ata Abbas iqamətgahını Çoladan Bərdəyə köçürdükdən sonra Bərdə kilsəsi böyük monastıra çevrilir.