Əlilliyin müəyyən olunması meyarları DƏYİŞDİ
Nazirlər Kabineti əlilliyin müəyyən olunması meyarlarında dəyişiklik etdi
Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edib.
Trend xəbər verir ki, əlilliyin qiymətləndirilməsi zamanı yaranmış boşluqların aradan qaldırılması, həmçinin əlilliyin müəyyən edilməsi üçün meyarların təkmilləşdirilməsi məqsədilə “Əlilliyin müəyyən olunması meyarları”na əlavələr, “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə dəyişikliklər edilib.
Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri sütununa bir sıra yeni xəstəliklərin adları əlavə edilib.
Eyni zamanda əlavə edilmiş xəstəliklərin, habelə mövcud olan bir sıra xəstəliklərin ağırlıq dərəcələrinin, orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi zamanı əsas götürülmüş meyarlar təkmilləşdirilib.
Əlilliyə əsas verən meyarların sayı artırıldı
Əlilliyə əsas verən meyarların sayı artırılaraq 563-dən 590-a çatdırılıb.
Trend xəbər verir ki, bununla bağlı “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilib.
Dəyişikliklə bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizi artırılıb, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması müddəti artırılıb və ya “müddətsiz” olaraq qeyd olunub.
Həmçinin 18 yaşadək birinci tip şəkər xəstəsi uşaqlarda ağırlaşmalarla bağlı tələb, əqli geriliyi olan 8 yaşadək uşaqlarda IQ test tələbi aradan qaldırılıb.
Xromosom anomaliyalı xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulma faizinin minimum həddi artırılaraq 65% və daha yüksək olaraq müəyyənləşdirilib.
Modern.az–ın məlumatına görə, əlilliyin qiymətləndirilməsi zamanı yaranmış boşluqların aradan qaldırılması, həmçinin əlilliyin müəyyən edilməsi üçün meyarların təkmilləşdirilməsi məqsədilə “Əlilliyin müəyyən olunması meyarları”na əlavələr, “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə dəyişikliklər edilib.
Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri sütununa bir sıra yeni xəstəliklərin adları əlavə edilib.
Eyni zamanda əlavə edilmiş xəstəliklərin, habelə mövcud olan bir sıra xəstəliklərin ağırlıq dərəcələrinin, orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi zamanı əsas götürülmüş meyarlar təkmilləşdirilib.
Bu şəxslərə müddətsiz əlillik təyin olunacaq – QƏRAR
Ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək və müddətsiz əlillik təyin ediləcək.
Musavat.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilən yeni yarımbəndlərdə əksini tapıb.
Əlilliyin müəyyən olunması meyarlarına ürəklə əlaqədar yeni əlavə edilən xəstəliklər aşağıdakılardır:
– ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda -orqanizm funksiyasının 50 % pozulması kimi qiymətləndirilərək müddətsiz əllik təyin ediləcək;
-miokardda yad cismin olması -orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək və müddətsiz əlillik təyin ediləcək;
-18 yaşınadək şəxslərdə XÜÇ I mərhələ və ya cüzi hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar- orqanizm funksiyasının 50 % pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək;
-18 yaşınadək şəxslərdə XÜÇ II mərhələ və ya nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar- orqanizm funksiyasının 70 % pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək;
-18 yaşınadək şəxslərdə XÜÇ III mərhələ və ya əhəmiyyətli dərəcədə nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar-orqanizm funksiyasının 90% pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək.