ƏDV-nin 15 faiz deyil, 17.5 faizi geri qaytarılacaq
Plastik kartla alış-veriş et, daha çox ƏDV geri al – Yeni qayda qüvvəyə mindi
Yanvar ayının 1-dən “Vergi Məcəlləsi”ində yeni dəyişikliklər qüvvəyə minib.
Redaktor.az xəbər verir ki, dəyişikliklərdən biri də əlavə dəyər vergisini (ƏDV) geri almaq qaydaları ilə bağlıdır.
Artıq bu aydan etibarən plastik kartadan istifadə edərək alış-veriş edən vətəndaşlar üçün ƏDV-nin 15 faiz deyil, 17.5 faizi geri qaytarılacaq. Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10 faiz deyil, 5 faizini geri ala biləcəklər.
İşğaldan azad olunan ərazilərdə nağdsız ödəniş edən vətəndaşlar üçün isə ƏDV-nin 30 faizi geri qaytarılacaq.
Beləliklə, plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlara bu ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan nağdlı deyil, nağdsiz ödəniş daha məqsədəuyğundur.
ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılmasıdır.
XƏBƏRİ SƏSLİ DİNLƏMƏK ÜÇÜN VİDEOLU QAYDANI İZLƏ!