Siz danışın Google yazsın… – VİDEO
SƏSİNLƏ YAZI YAZ – GOOGLE DOKÜMANLARLA SƏS İLƏ YAZMAQ
Bildiyimiz kimi Google dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən transmilli şirkətdir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini AdWords proqramı ilə reklamlardan əldə edir. Şirkət Larri Peyc ve Sergey Brin tərəfindən, Stanford Universitetində doktorantura tələbəsi olduqları vaxt qurulmuşdur.Bu ikili tez-tez Google Guys kimi adlandırılır.
Xeberciniz.biz Google-un birçoxunun işinə yarayan xidməti haqqında sizlərə xəbər verir. Beləki, xeyli vaxtdır sənədlərdə istifadə edilə bilən səs əmrini verərək yazmaq xüsusiyyətini istifadəyə verib. Bu yaxşılaşdırma ilə klaviaturaya ehtiyac olmadan Google Diskdəki sənədinizdə dəyişiklik edə biləcəksiniz, eyni zamanda bu xidmət yazı yazmaqda çətinlik çəkənlər üçün də çox faydalıdır.
Google Sənədlərə əlavə olunan səs əmr xüsusiyyətinin ən diqqətəlayiq xüsusiyyəti, bütün sənədi klaviatura olmadan idarə etməyə imkan verməsidir. Google Sənədlər menyusundakı “Alətlər” bölməsində “Səslə yazma” xüsusiyyətini aktivləşdirdikdən sonra söhbətləriniz avtomatik olaraq sənədə köçürülür. Eyni zamanda, “Mərkəz paraqrafı”, “Kopyala”, “Yapıştır” kimi əmrləriniz səslə qavranılır və sənədə tətbiq olunur.
Türkcə də səs yazma xüsusiyyəti ilə dəstəklənən dillər arasındadır. Axtarış motorları inteqrasiyasını əldə edən Google Sənədlər, səs axtarışı xüsusiyyəti ilə daha praktik oldu. Dərhal Google Sənədlər – Alətlər – Səslə Yazaraq aşağıdakı səs sənədlərini Google Sənədlərdə istifadə etməyə başlaya bilərsiniz.
DAHA ƏTARAFLI BU 𐱅𐰃 YOUTUBE KANALINDAKI VİDEODAN ÖYRƏNƏNƏ BİLƏRSİNİZ.