ƏMRULLAYEV MAFİOZ DİREKTORU NECƏ “TƏLTİF ETDİ!”

0
0

Təhsilimiz, deyəsən, artıq tamamilə kriminallaşmaqdadır! Belə ki, son aylarda məsul vəzifələrə təyin olunanlara baxanda, bu qənaət hasil olur. Sanki ölkənin harasında bir quldur direktor ya da mafioz təhsil məmuru varsa, nazir Emin Əmrullayev onu “lupa” ilə axtarıb tapmaqda və vəzifə verməkdədir.

Son günlərdə mediaya təqdim olunan məlumatdan görünür ki, mətbuatda qərb bölgəsinin “kriminal ulduzu” kimi təsbit olunan Təranə Cəbrayılova da vəzifə alanlar arasındadır.

Xatırladaq ki, o, Goranboy rayon Hazırəhmədli kəndində direktor olarkən verdiyi hoqqalara görə gec də olsa, vəzifədən çıxarılmışdı. Lakin, nə qədər gülməli olsa da, nazir onu başqa məktəbə təyin edərək, “gəl, indi də bu məktəbin işini bitir” deyib….

Qeyd: Son zamanların “təhsil ulduz”u Təranə Cəbrayılova barədə kiçik bir araşdırma etdik. Məlum oldu ki, bu qadın, sözün həqiqi mənasında, qərb zonasının ən ataman, ən “bərkgedən” direktorlarındandır. Saytlarda gedən (təkcə elə tehsil.media saytında onun maxinasiyalarını əks etdirən 3 yazı gedib) bu iddialar, yetərincə məntiqli və inandırıcıdır, buna görə də o, cavab verməyi deyil, gizlənməyi seçib (Niyəsə onun fb profili belə yoxdur).

Belə ki, yeni vəzifəyə təyin olunmazdan əvvəl, yəni Goranboy rayonunun Hazırəhmədli kənd orta məktəbinin direktoru olarkən,o, konkret cinayət və maxinasiya faktı üzrə ifşa olunub! Daha dəqiq desək, işə götürmək adı ilə müavini vasitəsilə vətəndaşdan tam 9 min azn (!) rüşvət alıb, lakin vədini yerinə yetirməyib. Şikayətçi tərəf, hüquq-mühafizə orqanlarına müraciət edib və istintaq zamanı, müavin rüşvəti də etiraf edib, onu direktora verdiyini də etiraf edib, lakin nə sirdisə, fakt lazımı hüquqi qiymətini almayıb(!). Beləcə işin “üstü örtülüb”

Əlbəttə, Elm və təhsil Nazirliyinin bu məlumatlar qətiyyən vecinə deyil!

Çox gülməlidir və sanki yeni bir Şurik filminin içindəyik: media açıq şəkildə deyir ki, direktor, vətəndaşı işə düzəltmək adı ilə aldadıb, düz 9 min manatını ələ keçirir. Buna görə adekvat qanuni tədbir görmək əvəzinə, “Sən nümunəvi direktorsan, bizə lazımsan!” deyib, onu yeni vəzifələrə təyin edirlər!

Bu gedişlə bu “biznes leydi” yəqin ki, çox keçmədən nazirliyin aparatına, MÜDTA-ya filan da gəlib çıxar!

Nə deyək, Emin Əmrullayevi media olaraq, “Təhsil adamlarının əvəzinə, biznes adamlarını niyə gətirirsiniz?” deyə tənqid edərkən, bilsəydik ki, o tənqidlərdən sonra bu səfər mafiozları iş başına gətirəcək, onda heç tənqid etməzdik!

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Bəli, nə qədər əcaib olsa da, T.Cəbrayılova ən azı təhsildən qovulmaq əvəzinə, başqa məktəbə direktor təyin edilib!

Qeyd olunan hadisə, təbii ki, sözügedən qadının, yaramaz əməllərindən sadəcə biridir, hansı ki, qarşı tərəf özündə cəsarət taparaq, məsələni ictimailəşdirə bilib.

Qeyd: mediada aylar öncə gedən bu məlumatların, T. Cəbrayılovanın təyinatından sonra yenidən yayılması, sözsüz ki, təbii bir haldır. Lakin, anormal olan odur ki, bu dəfə onun çevrəsi tərəfindən sosial şəbəkələrdə qeyri-adekvat münasibət, aqressiya müşahidə olunur!

Sual olunur: xanım direktor, görəsən, indimi ayılıb? Aylar öncə onlarca saytda gedən dələduzluq barədə iddia və inandırıcı sübutları, yoxsa yenimi görüb?…

Hər halda, açıq və aşkar olan budur ki, Əmrullayevin “nümunəvi kadrları”, ümumiyyətlə, mediadan elementar bir anlayışa sahib deyillər!

Mənbə: https://tehsil.media/index.php?newsid=12616&fbclid=IwY2xjawPzCkRleHRuA2FlbQIxMABicmlkETFYd0lDY0hYZzdaeXhTdjA1c3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHvFTj7lMGd1oye9R7fBJ_50r5MKxrg17-mCCCQwd57xmGSY-R5DJ9UgHc2Ug_aem_WDNLhYPUBiz87PmI_q_FAQ

XEBERCİNİZ.BİZ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir