Astaranın “Əjdaha” Direktoru və Müavini
(Sarkastik məqalə)
“Astara 4 saylı”dan gələn xəbərlərdən belə anlamaq olar ki, məktəbi, əcaib canlılar, “əjdahalar” idarə edir. Təcili, tədbir görülməsə, məktəbin kontingentini təhlükə gözləyir!
Yox, zarafat etmirik. Nağıllarda əjdahalar suyun yolunu kəsdikləri kimi, məktəbin direktoru və “zavuç”u da, yolkəsənliklə məşğuldurlar!
Belə ki, məktəbin psixoloqunun mediaya ötürdüyü faktlar, deməyə əsas verir ki, bura, bir təhsil ocağından çox, qorxulu film setinə oxşayır: direktor və zavuç, qışqırırlar, döyürlər, atlanıb-düşərək qorxu saçırlar….
Onlar, psixoloqun kamerasını görüb, deyəsən, özlərini doğrudan da, film setində zənn edir və psixoloqu isə operator bilirlər…
Bəlkə də, heç dərinə getməyə ehtiyac yoxdur. Ola bilsin, Rəna və Nigar “bacılar”ı, nağılları çox sevirlər və nağıllarda gördükləri əcaib canlıların vahiməsindən çox təsirləniblər, buna görə də əjdaha olmaq istəyirlər. Hər halda, əjdahalar suyun qabağını kəsdiyi kimi, bunlar da, nəinki suyun, ümumiyyətlə, hər şeyin qabağını kəsiblər….
Məktəbdə, az qala hər şey darmadağın vəziyyətdədir; işıqlar xarab, pəncərə qırıq, ayaqyolunda bəzən su belə, gəlmir; lakin heç, görün, veclərinədir?…
Sabah, Allah eləməmiş, bir zəlzələ baş versə və məktəb çöksə, dağıntıların arasında axtaracaqları ilk şey, yəqin ki, məktəbin açarı olar…
___________
Amma, gəlin, pozitivlik üzrə nazirimiz Emin Əmrullayev kimi, hər şeyə optimist baxaq: məktəbin görünüşü, işıqların bərq vurması, pəncərələrin fərqli quruluşu, lap elə suyun gəlməməsi, çox ekzotik görünür və insana nostaljik duyğular yaşadır!
Həəə, bəlkə də, Əmrullayev haqlıdır. Ola bilsin ki, bu kreativ xanımlar, məqsədli olaraq, məktəbi, qədim dövrə, texnikanın olmadığı keçmişə aparmaq istəyirlər, “Sehrli Xalat” filmindəki kimi….
Onlar, şagirdlərin diqqətini cəlb etmək və əyləndirmək üçün, “Sehrli Xalat” filmini, reallıqda yaşatmaq qərarına gəliblər! Sadəcə, filmdən bir fərq var ki, bunlar, keçmişə getsələr də, hələ də ordan qayıtmayıblar…
Amma, eyb etməz. Əsas odur ki, bu işgüzar xanımlar, şagirdlərin və müəllimlərin daha məsuliyyətli olması üçün, necə deyərlər, “dəhşətli dəyişikliklər” ya da “əjdaha islahatlar” həyata keçirmək istəyiblər! Elə məhz bunun üçün də, şagirdləri döyməklə, müəllimləri qorxutmaqla, özlərindən əjdaha obrazı yaradıblar!…
Lakin, hörmətli direktor və zavuça bir vacib məlumatı bildirək ki, əjdaha, real varlıq deyil və tarixdə uzaqbaşı dinozavrlar yaşayıbdır. Ki, onların da indi ancaq sümükləri qalıbdır…
Bir də ki, Əjdaha xanım… Rəna xanım unutmasın ki, əjdaha, cin kimi əcaib varlıqlar, uşaqlarda ancaq və ancaq qorxu və dəhşət hissi yaradır!
_______________________
O ki, qaldı “Sehrli Xalat” filminə; kreativ məktəb rəhbərliyinə xatırlatmaq istərdik ki, orda, təkcə keçmişə yox, gələcəyə səyahət də var… Əgər filmi realda yaşamaq istəyirlərsə, keçmişə yox, gələcəyə səyahəti seçmək, daha məqbuldur… Onsuz da Astara təhsili, elə başdan-ayağa keçmişdə, XX əsrdə qalıb, bundan daha qədimə getməyə ehtiyac yoxdu…
_____________
Qeyd; ola bilər ki, bu çılğın bacılar, regional müdir Bəhruz Mehdiyevə verdikləri töycü müqabilində, kefləri istəyən hər şeyi etməyi təmin ediblər. Hətta, əjdaha olmağı da… Ya da keçmişə səyahət etməyi də…
Lakin… Necə deyərlər, əjdahanın ömrü, nağıl bitənə qədərdir. İctimaiyyət, onların, saxta əjdaha olduğunu biləndə, axıra qədər qovacaq!
Uşaqlar, xanı qovduqları kimi!…
Xeberciniz.biz
Sujeti Təqdim edirik:
