😄📌ZORAKİ MAARİFÇİ: ETİBAR ƏLİYEV

0
0

✍️Cəmiyyətdə bəzi şəxslər var ki, onlar, çox kitab oxumaları ilə, savadları ilə, sanki camaatı “döyməyə” çalışırlar. Bu binəvalar, elə zənn edirlər ki, məsələn 100 kitab oxumaqla, ağılları 100 qram artır, 200 kitab oxumaqla, 200 qram artır, 10 min kitab oxuyanda isə ümumiyyətlə camaatı təhqir etmək hüququna sahib olurlar.

Etibar Əliyev adlı “ziyalı”, çox kitab oxumasını, bilikli olmasını, uşaq kimi gözə soxmağa çalışır, beyni çönəndə isə savadını dəyənəyə çevirib, camaatı kötəkləməklə məşğul olur…
Özünü, dahi hesab edən bu adam, elə zənn edir ki, savadlı olmağı, kitab oxumağı reklam eləyir, amma əksinə, “çox oxumaqdan yəqin başı xarab olub” kimi bir təəssüratın yaranmasına səbəb olur.
Əslində çox kitab oxumaqla, baş, xarab olmur, sadəcə xarab baş, çox kitab oxuyanda, daha da xarablaşır.

Məsələn, günlərin birində, Etibar müəllim, feysbukda, növbəti bir dramatik çağırış etdi. Hədə dolu bu statusun məzmunu, təxminən belə idi: mən elmdən, təhsildən, ciddi şeylərdən danışacam, ona görə də dostluğumu tərk edin!…

Necəsə fəlsəfə doktoru adını almış bu məntiq dağarcığı, özü də etiraf etmiş olurdu ki, o vaxta qədər, qeyri-ciddi şeylərdən danışıb.
Yəni adamdakı rahatlığa baxın: camaat, işini-gücünü atıb, bunun statuslarını bir-bir oxumalı, üstəlik də oxuduğunu sübut etmək üçün fikir bildirməli, layk etməlidir.
Əlində səlahiyyət olsaydı, paylaşımlarına reaksiya verməyənləri yəqin ki, sıraya düzüb qamçılayardı….
Ya da xüsusi cəza növü təyin edərdi: kim, il ərzində onun məsələn 100 kitab tövsiyyəsinin minium yarısını oxumasa, 100 dənə qaz yerişi yerisin.
Bir sözlə, zoraki maarifçilik… Məcburi mütaliə…

Bu, hələ harasıdır. Müdrik ziyalımız, günlərin bir günü, deputat olarkən, milli məclisdə elə bir nitq söylədi ki, heç bir insan övladı anlamadı. Deputatın məqsədi, bəlkə də yanıltmac demək idi, amma belə bir yanıltmac olmur, bu, nəsə yeni bir kəşfdir. Heç cür anlamaq mümkün deyil ki, üzündən oxuduğun halda, necə bu qədər çaşmaq olar….

Deyəsən, ziyalımızın beyni, maarifçilik qayğısından, cahillərin dərdindən öz funksiyasını tamam itirib…

Sujeti təqdim edirik, izləyin, gülün:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir