ABIRSIZ DİREKTOR RƏNA HÜSEYNOVA QAÇDI!
Astara təhsilində, heç bir serialda olmayacaq qədər dramatik və ibrətli olaylar davam edir! Belə ki, Astara şəhər 4 saylı məktəblə bağlı, cəmi 1 il öncə heç kəsin inanmadığı, lakin rayon “Gənc Alimləri”nin proqnozlaşdırdığı şok HADİSƏ gerçəkləşdii!
________
Məktəbi, şəxsi mülkünə çevirən və hətta öz tüfeyli oğlunu belə, işçi kimi yazdıran Rəna Hüseynova, ölənə qədər “kupça”nı əldən verməyi düşünmürdü. Bu abırsız qadın, onu ifşa edən nümunəvi psixoloq Daşqın Əliyevi 5 DƏFƏ işdən çıxartmaqdan belə, çəkinməmişdi.
Və özü də etiraf etmişdi ki, “arxası”nda “yuxarılar” var, yəni Astara-Lənkəran Regional müdiri Bəhruz Mehdiyev.
Hətta, sonradan birbaşa Emin Əmrullayevin işin içində olduğu aşkara çıxdı! Belə ki, Əmrullayev, Daşqın Əliyevə biabırçı bir cavab göndərərək, direktorun arxasında dayandığını etiraf etmişdi!
Təsəvvür edirsizmi? Nazir, uğursuz direktoru işdən çıxarmaq istəmədiyini bildirməkdən çəkinmir!
Bir sözlə, 10 ilin “kök salmış” və kresloya “yapışmış” direktorunu yerindən tərpətmək mümkün görünmürdü. Lakin, “Gənc Alimlər” təşkilatı, məsələyə birbaşa müdaxil etdi və müstəqil təhsil qurumu olan Təhsil Araşdırmaları Mərkəzi biabırçılıqların bir qismini gündəmə gətirdi.
Pul üçün hər şeyini verməyə hazır olan Bəhruz Mehdiyev, çox sərt dirəniş göstərdi və heç bir şəkildə direktoru işdən uzaqlaşdırmaq istəmədi. Əksinə, psixoloqu məktəbdən uzaqlaşdırdı. Mehdiyev, yəqin, düşünürdü ki, hər zamankı kimi “zibili xalının altına sürpürmək” effekt verəcək.
Lakin arzusu baş tutmadı və əxlaqsız direktor Rəna Hüseynovanın murdar əməlləri, gündəmdə qalmağa davam etdi!
Ən son psixoloq Daşqın Əliyev, bu yay yenidən məhkəmə qərarıyla işə qayıdanda və direktora qarşı külli miqdarda kompensasiya tələbi, qəbul olunandan sonra, “ləyaqətsiz cəbhə” çökdü!
Bəhruz Mehdiyev adlı çoban, gec də olsa, direktoru 4 saylı məktəbdən uzaqlaşdırmağa məcbur qaldı. Əlbəttə, aldığı rüşvətin qarşılığı olaraq, R. Hüseynovanı başqa məktəbə göndərməliydi və belə də oldu.
_________
P.S. Belə… Astarada daha bir film, biabırçı sonluqla bitdi. Renat Fərzəliyev, Rəşad Həsənov, Elçin Mirzəzadə, Ülviyyə Bayramova və nəhayət Rəna Hüseynova… Bu məşum adları, bir kəlimə birləşdirir; İFŞA! Lakin, görünür ki, siyahıda bir nəfər əksikdir: B. Mehdiyev.
Lakin, hər halda artıq media, bundan sonra onun yaxasından bərk yapışacaqdır. Onu, heç kim xilas edə bilməyəcək, bu, dəqiqdir.