İSRAİL-İRAN MÜHARİBƏSİ UZUN ÇƏKƏCƏK!

Qarşılıqlı hücumların dayanmasını və tərəflərin, “müharibə bitdi” açıqlamasını; hamı, ciddiyə alıb, müharibənin bitdiyini zənn edir. Lakin, çox az insan bilir ki, bu müharibə, bəsit bir qarşıdurma, təsadüfi bir olay deyil! Əksinə, labüd bir hesablaşma və sistemlərarası bir toqquşmadır.
Əslində bu savaşı, hər iki tərəf, yetərincə yubatmışdı, təxirə salmışdı, lakin bundan daha artıq yubana bilməzdi.
Bəli, bu savaş, bir neçə günə bitməyəcək qədər böyük və qlobal toqquşmadır! Tərəflərdən biri ya da hər ikisi məhv olana qədər davam edəcək!
İsrail və ABŞ-ın məqsədi, İranın nüvə silahını əngəlləmək yox, sistemini çökdürməkdir. Nüvə silahı, sadəcə bir bəhanədir. Zatən İranın nüvə potensialının guya əngəlləndiyi, nüvə obyektlərinin guya dağıldığı da real görünmür və bunun mümkün olmayacağını, ABŞ və İsrail öncədən də bilirdi!
Sadəcə olaraq, yorulan və yaralanan tərəflər, indilik fasilə verirlər, taym-aut götürürlər, hesab-kitab edib yaralarını sarımaq üçün zaman qazanırlar. İsrail və ABŞ, bunu hesablayır ki, fasilə, həm də İranda, daxildə baş qaldıra biləcək etirazlar, etniklərin üsyanları üçün lazımdır. Çünki müharibə, davam etdikcə, ölkə, xarici düşmənə qarşı birləşdiyi üçün, rejim əleyhinə etirazlar da əngəllənmiş olur.
Bundan sonra, müharibənin xarakteri, fikrimcə daha strateji olacaq və tərəflər, daha mobilizə hücumlara yönələcəklər. İsrail və ABŞ, xüsusən də sistemin rəhbər şəxslərini, başda da dini lideri aradan götürmək üçün əlindən gələni edəcək. Çünki sistemi yıxmaq üçün ən önəmli işin, ən dağıdıcı zərbənin, məhz bu olduğunu düşünürlər. Fikrimcə, elə, ya da belə, Seyid Əli Xamenei, dünyayla tezliklə vidalaşacaq və İranda sistem də çökəcək ya da parçalanacaq.
Lakin, təbii ki, bu, o anlama gəlmir ki, ABŞ-İsrail, bu toqquşmadan qalib çıxmış olur. Xeyr, bu müharibə, İsrailin də labüd çöküşünə səbəb olacaq və qlobal elmi-texnoloji inkişafın, əslində sabun köpüyü, “nəhənglər”in isə, əslində “kağız pələnglər” olduğu aşkara çıxacaq. Bəli, daha ləng olsa da, ABŞ da, çöküş prosesinə girəcəkdir. Artıq ABŞ-ın, birqütblü, hegemonik erası, başa çatmaqdadır.
Dünya, bundan sonra, heç vaxt əvvəlkitək olmayacaq!
Sözsüz ki, Cənubi Azərbaycanda və ümumi dünyada baş verən bu dramatik dəyişiklik dalğası, Azərbaycan Respublikasına da təsirsiz ötüşə bilməz. Bizdə də sistem dəyişikliyi qaçılmaz olacaqdır!