2020-ci ilin Ən Yaxşı Kitabı: “Haradan Başlamalı”, Hacı Şahin Həsənli
Hacı Şahinin ilk kitabı.[1]
Kitab həyatdan usanmış müasir insana yeni və pozitiv yanaşmalar təqdim edir. Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan Şərq, nə də maddi rifaha köklənmiş Qərb cəmiyyətlərində insan xoşbəxt deyil. Bəs bu böhrandan necə qurtulmalı? Haradan başlamalı? Kitabda bu suallara cavab axtarılır.[2]
“Təhsil Araşdırmalar Mərkəzi”nin dəyərləndirməsinə əsasən, 2020-ci ilin ən yaxşı kitabı seçilib.[3]

Annotasiya: Müasir insan, nəzəri müzakirələrdən, diktəedici tonla yazılan və deyilən əxlaqi göstərişlərdən yorulub. Ona, daha praktik, sadə və konkret yol lazımdır. Bu problemi həll etməyi özünə prioritet vəzifə hesab edən Hacı Şahinin qələmə aldığı bu kitabda, usanmış insana, həyatla bağlı yeni və pozitiv yanaşmalar təqdim edir. Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan Şərq, nə də maddi rifaha köklənmiş Qərb cəmiyyətlərində, nə qədər populist səslənsə də, insan xoşbəxt deyil. Bəs bu böhrandan necə qurtulmalı? Haradan başlamalı?
Kitabda, bu suallara cavab axtarılır. Həmçinin “günah”, “cəhənnəm”, “kafir” kimi neqativ anlayışlara, yeni, çağdaş insanın dərdinə dəyəcək mənalar verilir, mənəvi mövzuların praktik həyatda canlı qalması üçün dərin təhlillər aparılır.
Kitab barədə hazırlanmış klipi təqdim edirik: