😄📌NİGAR FƏRHAD-YENİ QORXULUQ
✍️Hər şey bir yana, bu boyda dodağın mənası, faydası, önəmi nədir? Hər halda, bu, anadangəlmə deyil, sünidir, şişirdilmədir. Elə isə sual olunur: dodağını, fantastik dərəcədə böyütməklə, barıtı çox qoymaqla, Nigar Fərhad hansı mesajı verir? Məqsəd, ümumbəşəridirmi-zəncilərlə həmrəylikdirmi, yoxsa sadəcə qorxulu imic yaratmaqdır?…
Yəni, bəzi fantastik hollivud filmlərində, ultra-güclü qadın qəhrəmanlar, birdən göyə uçub, hər şeyi ram edirlər, ya da düşmənə öldürücü şüa buraxırlar. Olmaya, Nigar xanımın da məqsədi, düşmənləri neytrallaşdırmaq, ya da heç olmasa, gözlərini qorxutmaqdır?… Bu da olmasa, ən azından, öz xəyalında, qorxulu qadın obrazı yaratmaq istəyir?…
Yoxsa, bəlkə, yeni qadın tanrısı olmaq istəyir, məsələn Şiva kimi?…
Həəə, bəlkə də, sadəcə dominant qadın olmaq istəyir, yaxud qədim türk ənənəsi olan anaxaqanlığı (matriarxatlıq) yaşatmaq istəyir!
Yaxud da, sadəcə olaraq, “Mənim dodağım, hamının dodağını döyər, özünüzü yaxşı aparın!” demək istəyir!
___________
___________
Amma, məqsədiniz, hər nədirsə də, bu boyda dodaq, heç də yaxşı görünmür, Nigar anaxaqan! Unutmayın ki, tv-yə uşaqlar, həmçinin, ürəyi zəif olanlar da baxa bilər! Əgər ictimaiyyət qarşısına çıxırsızsa, unutmayın ki, bunun məsuliyyəti, konkret şərtləri var, hər ağlınıza gələn imici tətbiq edə bilməzsiz! Evinizdə, dodağınızı, lap başınız boyda üfürüb, evdəkilərin ürəyini partlada bilərsiz, (bu, sırf hüquq-mühafizə orqanları ilə bağlı məsələdir) amma efirə bu cür çıxmaq olmaz! Düzdür, məsələn, Elza Seyidcahan, ağlına gələn hər imiclə ictimaiyyət önünə çıxır; bitki, quş yuvası, kol-kos…. Başında, bircə ağac əkməsi qalıb ki, o da hər halda mümkün olmadığına görə edə bilmir.
Amma birincisi, onun başının imici, sülhpərvərdir, yəni daha çox təbiətlə bağlıdır.
İkincisi də, ona zatən camaatımız öyrəşib: bilir ki, debilin biridir. Zatən danışığı da qeyri-ciddidir, dəngülüş tiplidir, yəni təhdidvari deyil.
Odur ki, elə də qorxusu yoxdur.
_______
_______
P.S. Ciddiyən maraqlıdır: dodaqlarını üfürüb, meqa-dodaq edənlər, necə danışa bilirlər, əziyyət çəkmirlərmi?…