ASTARADA “4 SAYLI”DA TRİLLER YAŞANIR
Direktor Rəna Hüseynova Bu Dəfə Psixoloqa Hücum Edib!
Bir neçə gün öncə şagirdə qarşı vəhşiliklə gündəmə gələn Astara şəhər 4 saylı tam orta məktəbin direktoru Rəna Hüseynova bu dəfə inanılmaz bir şeylə diqqət mərkəzinə gəlib! O, bəlkə də, şagirdləri döyməyə, “əsəbiydim deyə özümü saxlaya bilmədim” bəhanəsini gətirə bilər, lakin bu dəfə, heç bir bəhanəsi ola bilməz!
Belə ki, o, bu dəfə, şagirdləri müdafiə edən psixoloqun özünü zorakılığa məruz qoyub!
Bəli, bəli! Qadın direktor, kişi psixoloqa, fiziki hücum edib!
Necə deyərlər, sözün bitdiyi yerdəyik! Bir qadın, özü də yaşlı qadın, kişi xeylağına əl qaldırırsa, hücum edirsə, bunun anlamı, tamam başqa bir şeydir! Bu, artıq bütün sərhədlərin tapdanması, ağlasığmazlığın nəhayətidir!
Qadınkən, kişiyə əl qaldırırsa, deməli kişi olsaydı, yəqin ki, psixoloq indiyə şəhid olmuşdu!
Məsələnin digər aspekti isə budur: bu, necə bir məktəbdir ki, şagird də döyülür, psixoloq da?!… Əgər psixoloq şagirdi qoruyursa, bəs psixoloqun özünü kim qoruyacaq?..
Şagirdi döyülən məktəbə çarə var, amma psixoloqu döyülən məktəb isə artıq bitibdir, yoxdur!
Xüsusən də, əgər döyən, direktordusa…
Direktorun məşuç əməllərinə, nəhayətsiz davranışlara nə ad verək: özbaşınalıq, qanunsuzluq, “fironlaşma”, ya “arxayınçılıq”?
Şərh sizindir…
Əsas məsələyə gələk: Lənkəran-Astara Regional Təhsil İdarəsindən hələ də səs-səmir yoxdu! 1 həftədir ki, şagirdlərin, direktor və müavini tərəfindən bullinqi gündəmə gəlib, amma heç “tık” da yoxdu! Nəinki direktoru və “zavuç”u işdən çıxartmaq!
Elə ona görə də direktor, əməllərinin cəzasız qalacağına arxayındır, çünki cəzasızlıq, suç gətirir.
Beləcə-beləcə, sıra gəldi psixoloqun özünə çatdı..
Lakin, psixoloq Yunis Dürüst də, sakit dayanmır və ciddi müqavimət göstərir, mediaya və sosial mediaya ciddi kompromatlar göndərməklə, sözün həqiqi mənasında, təhsil başbilənlərinin başını ağrıdır. Hər halda, gec-tez ya LARTİ ya da elə nazir Əmrullayev, kəskin qərarı vermək məcburiyyətində qalacaq! R. Hüseynovayla hansı əlaqələr qurmalarından asılı olmayaraq, bu qədər nüfuz itkisinin məqbul olmadığını anlayacaqlar….