ŞƏHİDLƏR ŞƏHİDİ-TEYMUR RƏSULOV

0
0

Xəbərçiniz.biz məlumat verir ki, qəlbi vətən və xalq atəşi ilə qovrulan, ən dəyərli şeyi olan canından keçməyə hazır olan igidlərimizdən biri də, Teymur Rəsulov adlı gənc idi. Bəlkə də çoxlarından fərqli olaraq, yüksək intellekti, yaxşı imkanı, perspektivli işi, gözqamaşdırıcı karyerası olan bu cavan üçün, ilk baxışda, həyat, çox dəyərli olmalı idi və ölmək üçün, heç bir səbəb olmamalı idi. Lakin, ölüm, elə onda dəyərli olur ki, qurban verəcəyin, itirəcəyin ÇOX ŞEYLƏRİN VAR!

Digərlərindən fərqli olaraq, sıradan və adi həyatın sərhədlərindən kənara çıxa bilən şəhid Teymur Rəsulov, özünü fərqləndirmək üçün və ya şüacətini sübut etmək üçün deyil, haqqı fərqləndirmək üçün, Allah üçün döyüşüb!

2-ci Vətən Müharibəsi başladıqdan sonra Teymur, uzun cəhdlərdən sonra istəyinə çatır və Vətənin müdafiəsinə qoşula bilir. Beləliklə, həftələr boyunca Cəbrayıl, Füzuli, Xocavənd uğrunda böyük rəşadətlə vuruşan igidimiz, oktyabrın 18-də Şuşa-Hadrut döyüşlərində vüsala qovuşur!

İxtisasca peşəkar mühandis olan, eyni vaxtda da publisist və şair kimi məziyyətlərə sahib, intellektual igidimizin yazdığı əsərlər, ölümündən sonra nəşr olunan “Qürub Vaxtı” adlı kitabda toplanıb. Onun şəhid ruhunu böyük ehtiramla anırıq və qarşısında baş əyirik!

Uca şəhidin sağlığında çəkilən kadrları təqdim edirik:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir