“BAHAR KARQO” ETDİYİ SAXTAKARLIĞA GÖRƏ CƏRİMƏLƏNDİ!

0
0

1Xəbər 1Şərh Tv məlumat verir ki, Azərbaycan tarixində bəlkə də ilk olacaq hadisə yaşanıb! Bir karqo, etdiyi qanunsuzluğa görə rəsmi olaraq cəzalanıb!

Müştərilərdən birinin, hələ bir müddət əvvəl, saytlara göndərilən müraciətində deyilirdi: “Bahar karqo” adlı daşınma şirkəti, vəd etdiyinə əməl etmir. Daha dəqiq desək, saytda bir cür, sosial şəbəkə hesabında isə başqa cür tarif təqdim edib. Müştərinin dəfələrlə etdiyi xəbərdarlıqlara, karqo, belə bir gülməli cavab verib ki, əsas olan, sayt deyil, instaqram səhifəsidir.


Şirkətin mədəniyyətsiz və özbaşına müdirini ağıllandırmaq üçün, işin axırına qədər gedən vətəndaş, öncə, “antiinhisar” dövlət qurumuna müraciət ünvanlayıb. Lakin, müvafiq quruma göndərilən şikayət, həmişə olduğu kimi nəticəsiz qalıb. Daha doğrusu, qurumun, geridönüş edən əməkdaşı, çox əcaib şəkildə, belə karqo barədə məlumatları olmadığını bildirib və bununla bağlı başqa quruma müraciət etməyi tövsiyyə edib…
Və bundan sonra müştəri, necə deyərlər, “antiinhisar”ı da qatıb bahar karqoya və ikisini də qovmağa başlayıb! Belə ki, o, şikayətin mətninə, bu qurumun adını da əlavə edərək, media qurumlarına ünvanlamaq qərarına gəlib. Və sonra, “antiinhisar”a yenidən müraciət edib və bu dəfə, saytlarda gedən məqalənin linklərini də əlavə edib. Mediada biabır olduğunu görən qurumun rəhbəri Məmməd Abbasbəyli, məcbur qalıb ki, bu dəfə işin üzərində ciddi dayansın. Nəticədə, “antiinhisar”, protokol tərtib edərək, karqo barədə olan fakt əsasında məhkəməyə müraciət edib. Üstəlik də, müştərinin şikayət etdiyi qanun pozuntusundan əlavə, başqa bir pozuntunu da akta əlavə edib.


Nəticədə, İnzibati xətalar məcəlləsinin 2 maddəsi üzrə məhkəmə, “Bahar karqo” barədə sanksiya tətbiq edib. Bu iki maddə üzrə toplam maksimum cərimə isə 7650 manatdır. Bu da o deməkdir ki, sözügedən karqo, ən az 5100 manat cərimə olunub!
Bəli, bu, heç də az məbləğ deyil. Hər halda, şirkətin “lotu” rəhbərinin bir neçə gün “sutkalığa” getməsindənsə, bu qədər məbləğdə cərimələnməsi, daha təsirli yoldur.


Belə…. Çoxsaylı müştərilərə qarşı fırıldaqçılıq edən, qanunlara məhəl qoymayan bir karqo şirkəti və onun rəhbəri, ağır bir dərs aldı. Özü də, yüzlərcə müştərinin deyil, sadəcə 1 müştərinin şikayəti əsasında. Deməli şikayət etməyin, xeyri varmış, yetər ki, effektiv və düzgün metodlar seçilsin!
Doğrudur, yüzlərcə haqlı şikayəti, “antiinhisar” qurumu, görməzdən gəlir və bəzən heç cavab belə, vermir. Lakin, siz ümidinizi bu quruma deyil, saytlara bağlasaz, daha yaxşı olar. Çünki məsələ, saytlarda gündəmə gələndə, hər halda, “antiinhisar”ın və onun rəhbərinin reytinqi azalır. Beləcə məcbur qalırlar ki, tədbir görsünlər. Karqolar, hətta cərimlənməsələr belə, ən böyük zərbə elə onlara dəyir: çünki on minlərcə potensial müştəri, saytları izləyir!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir