13 ƏSR ƏVVƏL AZƏRBAYCAN BARƏDƏ VERİLƏN PROQNOZ
1000 il əvvəl tərtib olunan “Kitabul-ğeybə” adlı kitab, günümüzə gəlib çatıbdır. Maraqlısı budur ki, hədis toplusu olan bu məcmuədə, gələcək və qiyamətin qopması ilə bağlı fikirlər, proqnozlar yer alır. Hətta ordakı bir hədis, indiki Azərbaycan adlı yer barədədir.
Belə ki, 679-736-ci illərdə (13 əsr əvvəl) yaşamış İmam Baqirin oğlu İmam Sadiq deyir ki atam mənə söylədi: “Qiyamətə yaxın, Azərbiycan adlı yerdə, böyük bir od qopacaq. Bunun qarşısını heç bir şəkildə almaq mümkün deyil.”
Bu hədis, olduqca dramatik və önəmli bir proqnozu ifadə edir. Təxminən, 1300 il öncə verilmiş bu proqnozun müəllifi, hətta adi adam olsaydı belə, yenə də diqqətədəyər idi, lakin öngörünün müəllifi, böyük bir alim, 5-ci İmamdır.
İmam Sadiq sözünə davam edir: Atam buyurdu ki, Həmin fitnə zamanı, 2 nahaq tərəf arasında mübarizə gedəcək ki, onların heç birinə qoşulmayın, evinizdə oturun”.
Hədisin sonunu danışmırıq. Özünüz axtarıb, tapıb, oxuyun. Sadəcə bir şeyi qeyd edək ki, hədisdən belə anlaşılır ki İmam Zamanın zühuru yolunda, məhz Azərbaycan adlı ərazi, qırılma nöqtəsini təşkil edir. Məhz burda yaşananlar, dünyanın gələcəyi üçün həlledici olacaq.
Əlbəttə proqnozun müəllifi, Şiə məzhəbinin 5-ci İmamı, Məhəmməd Baqirdir. Lakin, düşünün ki, həmin zamanlar, yəni 7-ci əsrin sonu, 8-ci əsrin əvvəli, Azərbaycan, Sünni Ərəb Xilafətinin fəth etdiyi bir ərazi idi. Yalnız 16-cı əsrdə, Şah İsmayılın Səfəvi imperiyası nəticəsində, İran və ətraf ərazilərlə yanaşı, Azərbaycan da şiələşdirildi. Yəni İmam Sadiq, İmam Zaman və Azərbaycanla bağlı bu hədisi dediyi zaman, bu yerlərdə şiəlik deyə bir məzhəb mövcud deyildi.
Qeyd: Bu hədisdə bəhs olunan Azərbiycan, ümumi toponimdir və Şimal və ya Cənubi Azərbaycanın nəzərdə tutulduğu bəlli deyil. Ola bilsin ki, eyni vaxtda, bütün Azərbaycan nəzərdə tutulsun.
Sujeti izləyək: