Tanınmış politoloq Elxan Şükürlüdən şok açıqlama: “QƏRB, İLHAM ƏLİYEVİ DEVİRMƏK İSTƏYİR!”

0
0

Hakimiyyətyönümlü ekspert Azərbaycanla bağlı son baş verənlərə maraqlı şərh verib. Sitat:

“ABŞ Senatında və Konqresində, həmçinin Avropa Parlamentində, Azərbaycan əleyhinə keçirilən dinləmələrdəki ağır ittihamların ardınca, Avropa Şurasındakı sanksiyalar onu göstərir ki, ABŞ ilə, Fransa və Almaniya arasında, vahid Cənubi Qafqaz strategiyası mövcuddur və İrəvan müttəfiq, Bakı isə, düşmən statusunda görülür”.

Politoloq onu da deyib ki, Azərbaycan iqtidarına qarşı qurulan planları sezən İlham Əliyev, məhz buna görə, qəfildən seçki təyin edərək, hakimiyyət dəyişikliyi ssenarilərini önləməyə yönəlik addım atıb. Beləliklə də, o, həm hakimiyyətin qorunub saxlanmasında, həm də Ermənistanla sülh prosesinin uğurla tamamlanmasında, əlverişli zəmin yaratmağa çalışır.

Elxan Şükürlü belə düşünür ki, hazırda Cənubi Qafqaz uğrunda gedən geopolitik savaşın bir tərəfində, ABŞ – Avropa İttifaqı tandemi durubsa, o biri tərəfində də, rəsmi Bakının təklif etdiyi “3+3” formatındakı 3 ölkə — Türkiyə, Rusiya, İran, həmçinin, “Asiya Əjdahası” — Çin dayanıb. Sitat: “Qərb strateqləri hesab edirlər ki, Azərbaycan üzərindən qurulan Rusiya, Türkiyə, İran əməkdaşlığı, Qərbin, təkcə Cənubi Qafqazdan yox, Mərkəzi Asiyadan da qovulmasına və beləliklə də, Çindən Avropaya gedən bütün quru nəqliyyat əlaqələrinə nəzarətin itirilməsinə gətirib çıxaracaq.

Elxan Şükürlünün dediyinə görə, təkcə İlham Əliyev iqtidarına deyil, həm də Azərbaycanla Ermənistan arasındakı sülhə də ən böyük təhlükə, məhz Qərbdən – ABŞ və Avropadan gəlir. Buna görə də, Azərbaycanın, ərazi bütövlüyümüzün bərpasına göz yuman Rusiyanın yer aldığı cəbhədə olması, bir zərurətdir: “Qərb, 7 fevral — növbədənkənar prezident seçkilərini, indidən boykot etməklə və İlham Əliyevi, prezident kimi tanımamaqla, qarşıdakı aylar üçün planladığı xalq etirazları, “Maydan senariləri” üçün hüquqi-siyasi zəmin yaratmağa çalışır.

Yuxarıda deyilənlərin süjetini təqdim edirik:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir