2024-CÜ İLƏ DAİR 100 İL ƏVVƏL VERİLƏN PROQNOZLAR-VİDEO
Almaniyanın “Bild” jurnalı, 1924-cü ildə insanların, 100 il sonranı necə təsəvvür etdiklərinə dair sübutlar toplayıb. Buyurun, sizə 7 önəmli proqnozu və onların gerçəkləşmə faizlərini təqdim edirik!
Paleontoloq Edvard Furlonq, atların istifadəsinin, 2024-cü ilə qədər məhdudlaşacağını söyləmişdi. O, kənd təsərrüfatında traktor və avtomobillərin, onları tamamilə əvəz edəcəyini irəli sürmüşdü.
Britaniyalı siyasətçi Kingsley Wood 2024-cü ildə insanların orta hesabla azı 100 il yaşayacağını, 75 yaşlıların isə nisbətən gənc hesab ediləcəyini iddia etmişdi.
Mühəndis Archibald Lowe, 100 il əvvəl “Simsiz imkanlar” kitabında, 2024-cü ilə qədər insanların çoxunun evdən işləyəcəyini proqnozlaşdırmışdı.
İsveçli memar Ben Björkson, avtomobil sənayesinin inkişafını və böyük şəhərlərdə üçzolaqlı yolların meydana çıxacağını demişdi.
Yüz il əvvəl, “Olderman Newton” qəzetinin müxbiri, təsəvvür edirdi ki, 2024-cü ildə, yuyulmayan paltarlar icad olunacaq və artıq kir problemi, mövcud olmayacaq.
Yüz il əvvəl, Nyu-Yorklu iş adamı Joseph Day, inanırdı ki, 2024-cü ilə qədər, hava maşınları və təyyarələr, adi minik vasitəsi olacaq.
Hollivud rejissoru David Griffith, demişdi ki, filmlər sayəsində insanlar, başqa mədəniyyətlər haqqında daha çox şey öyrənəcəklər və artıq əcnəbilərdən qorxmağa ehtiyac qalmayacaq. Buna görə də, filmlər, müharibələrə son qoymalıdır.
Sujeti təqdim edirik: