Atatürk ölüm tarixini bilirdi?

0
0

Atatürk ölüm tarixini bilirdi

İstanbulda, Taksim meydanından cəmi beş dəqiqəlik piyada məsafədə çox köhnə Pera Palace Otel və Muzeyi var. 1892-ci ildə memar Alexander Vallauri tərəfindən inşa edilmişdir. Bu oteldə dünyanın bir çox məhşur insanı qonaq olublar. Buranın xüsusi bir qonağı da olub.

1917-ci ildən başlayaraq uzun müddət Mustafa Kamal Paşa Atatürk 101 nömrəli otaqda yaşayıb. Şahidlərin sonradan müxtəlif kitablarda dərc olunan xatirələrində qeyd edilir ki, məhz burada öz tərəfdarları ilə birlikdə Türkiyə Cümhuriyyətinin yaradılması istiqamətində strateji planlar hazırlanıb.

Atatürkün ətrafında olan şəxslərin qeydlərinə görə, 1929-cu ildə Hindistandan gələn Maharaca Atatürklə şəxsi görüşməkdə israr edir və təcili onunla danışmaq istədiyini deyir. Mühafizəçisi ona məlumat verir ki, bəs Hindistandan gələn bir maharaca onunla görüşmək üçün otelin vestibülündə oturub gözləyir. Atatürk təəccüblü halda

-Hindli Maharaca? Mənə nə önəmli bir şey deyəcək. Dəvət edin.

Maharaca iki qulluqçusu ilə Atatürkün otağına daxil olur. Süfrəyə qəhvə gəlir və hər ikisi oturub söhbət edirlər. Məlum olur ki, bu maharaca ingilislərə xidmət edir. Çanaqqala savaşında da ingilislərə yardımlar edib. Qonaq etiraf edir ki, əvvələr Atatürkü sevməyib və qəbul etməyib. Lakin Qurtuluş müharibəsi dövründə onun ardıcıl qələbələri və şəxsiyyəti onda sevgi yaradır və şəxsən gəlib onunla görüşmək istəyir. Atatürkü böyük şəxsiyyət hesab edən maharaca onun kahinlərinin proqnozları əsasında bir səccadə hazırladıqlarını bildirir və ona hədiyyə edir. Daha sonra maharaca təklikdə söhbət etmək istədiyini bildirir və hamı otaqdan çıxır.

Görüş təxminən iki saat çəkir və Atatürk onunla söhbətdən sonra qonağa qızıl saat hədiyyə edib yola salır.

Səccadənin isə gözünün qabağında asılmasını tapşırır. Və ikilikdə etdikləri söhbət barədə kimsəyə heç nə demir.

İllər sonra isə səccadənin sirri açılır.

Səccadənin mərkəzi hissəsindəki rəsmə diqqətlə baxsanız, bir neçə məqam diqqətinizi cəlb edir:

-Üstündə saat tikilmişdir. Saat 9:07-ni göstərir.

-Səccadədə xrizantema çiçəkləri var (türk dilində xrizantema krizantem və ya kasımpatı olacaq; türkcə kasım isə noyabr deməkdir; xrizantema Türkiyədə payızda, xüsusilə noyabrda çiçək açdığı üçün belə adlanır. Kasımpatı çiçəyinin başqa mənaları da var. Belə ki, çiçək payız-qış aylarında açır və adından da məlum olduğu kimi kasım, yəni oktyabr ayında partlayır. Bəziləri bunu hüzn və yalnızlığın simvolu hesab edirlər. Çiçəyin yaxşı açması üçün may ayında budanmasına, qulluq edilməsinə ehtiyac var.

-Saatın altında düz 10 şam olan böyük bir şamdanı görə bilərsiniz.

– 10 noyabr on ədəd fil ornamenti də var. Bu da 10 noyabr ayına işarədir.

Bu səccadə üzərində saat 90-07 (9-05 də onun bədəni ölür, 09-07-də isə beyni ) göstərir. Və ən maraqlısı ilmələrdə 10 noyabr tarixi aşkar görsənir.

Noyabrın 8-də, saat 19:00-da Atatürk həkimi Neşet Ömer İrdelpə baxaraq saatı soruşur və son sözünü “aleyküməssəlam” deyir və komaya düşür. Ona vurulan “zəhərli” iynə öz sözünü deyir. Noyabrın 9-u günü və gecəsi Atatürk komada olur. Nəhayət, komadan ayılmayan Atatürk 1938-ci ilin noyabrın 10-da səhər saat 09:05-də İstanbul Dolmabaxça Sarayında həyata gözlərini yumur.

Bir daha aydın olur ki, Hindistandan hədiyyə kimi göndərilən səccadə də olan toxumalar Atatürkün ölümü ilə bağlı məqamlara bir işarədir.

Atatürkün ölümü kimə lazım idi? Bu barədə https://m.facebook.com/story.php?story_fbid=10157944733797691&id=589352690&mibextid=9R9pXO oxuya bilərsiz.

Zaur Əliyev,dosent.

Mənbə M2

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir