Atatürkün dini görüşləri və İslami Vatikan projesi

0
0

Atatürkün dini görüşləri və İslami Vatikan projesi

Mustafa Kamal Paşa Atatürk haqqında sosial mediada yazı dərc ediləndə tarixi bilməyən, oxumayan, dövr barədə məlumatı olmayan şəxslər dərhal sərt reaksiya verirlər. “Atatürk xilafəti ləğv elədi, məscidləri bağladı, dindən uzaqlaşdırdı türkləri”. Bunları başa düşürəm, çünki bu gün dünyanı idarə edən güclər üçün, xüsusən bir-biri ilə rəqabətdə olmasına baxmayaraq Vatikan-İngilis sistemləri üçün Atatürk barədə yanlış məlumatların yayılmasının qarşısını almaq olmur. Cəhalət içərisində batıb qalanlar isə Atatürkü dinsizlikdə ittiham edirlər. Lakin tarixi həqiqətlər əksini deyir. İndi isə ətraflı…

Mustafa Kamal Atatürk 1919-cu ilin may ayında Samsuna gedəndən və Anadoluda müxtəlif toplantılarda mübarizəni təşkilatlandırmağa başlayandan sonra ingilislər onun haqqında daha çox məlumat toplamağa başlayıblar. Britaniya kəşfiyyatının 1919-cu illərin axırlarına təsadüf edən ilk dəyərləndirmələrində Mustafa Kamal və Anadoluda başlayan hərəkat “inqilabçı və təhlükəli” olaraq qiymətləndirilir, bildirilir ki, ona qarşı çıxanlar dəstəklənməli, rəqiblərinin bir araya gəlməsi təşviq edilməlidir. Ona qarşı çıxanlar isə kimlər idilər. Türkiyədə Britaniya-Amerika-Fransa və digər dövlətlərin dəstəklədiyi məhzəblər idi.

Özünü İslam dininin sözçüsü hesab edən bəzi insanlar Atatürkün hüquqi qaydalar zaman keçdikcə dini qaydalardan ayırmasını, cəmiyyətin və dövrün ehtiyaclarına uyğun olan müstəqil sistem yaranmasını, din ilə siyasət arasında fərqlilik meydana gətirməsini qəbul etmirdilər. Lakin onlar unudurlar ki, Qazi Mustafa Kamal Atatürk dini və milli hissləri coşduran ictimai mühitdə doğulub. İslam dininin əsas mənbəyi olan Qurani-Kərimə böyük əhəmiyyət vermişdir. İlk Quran dərslərini anası Molla Zübeydə Xanımdan almışdır. Mustafa Kamal uşaqlıq və gənclik illərində bir çox dini ibadət və mərasimlərdə iştirak etmişdir. Salonikidə gənclik illərində məhəlləsindəki Kasımiyə məscidində cümə və təravih namazlarını qılıb.(Bax: Ahmet Faruk Kiliç, Atatürk ve Din, İstanbul, 2009, Değerler Eğitim Merkezi Yayınları, s.75)

Atatürk Quranı belə təsvir edirdi: “Mənim fikrimcə İslam Ərəbistan və Yaxın Şərq sərhədləri ilə məhdudlaşan ərəb dini deyil. Quran kainatın və insanların Rəbbindən bütün bəşəriyyətə təqdim edilmiş bir mesajdır.” (Bax: Mustafa Sağ. Dini Atatürk gibi anlamak-2006)

Ali məktəblər üçün tarix kitabları hazırlamaq istədiyi zaman özü “İslam tarixi” fəslinin müəllifi idi. Atatürkün dini biliyi səviyyəsi olduqca yüksək idi (Bax: Ethem Ruhi Fığlalı. “Atatürk and the Religion of Islam” Atatürk Araştırma Merkezi Dergisi, 1993, Sayı 26, Cilt: IX.)

Atatürk tələbəçilik illərindən Cümhurbaşkanı olan dövrdə də bir mövqedə qalmışdır: “Din zəruri bir qurumdur. İslam ən münasib və mükəmməl dindir” (Bax: Ahmet Mumcu, Atatürk ilkeleri ve inkilâp tarihi, s.529)

Cümhuriyyət rəhbərliyi 1924-cü il martin 3-də Şəriət vəkalətini (Din işləri) ləğv etdikdən sonra yerinə Diyanət İşləri idarəsini qurmuşdur. Bu idarə dövlət təşkilatı olduğu üçün idarəçilər həm rəsmi İslamın yayılmasında, həm də dini prinsiplərin bir qismindən dövlətin siyasi qanunlarının təmin olunmasında ondan istifadə etmişlər. Atatürk 1930-cu ildəki çıxışlarının birində din və dünyəviliklə əlaqədar fikirlərini belə açıqlayırdı: “Dünyəvilik yalnız din və dünya işlərinin ayrılması demək deyil. Bütün vətəndaşların vicdan, ibadət və din azadlığı da deməkdir” (Bax: Atatürkçülük [Birinci Kitap], Istanbul: 1988.)

Atatürkün bu şərhindən də aydın olduğu kimi, dünyəvilik nə dinsizlikdir, nə də dinə zidd sistemdir. O, din və vicdan azadlığının ən gözəl ifadəsidir. Bir sözlə dinə qarşı deyil, türk cəmiyyətinin aşağı təbəqəsi arasında hökm sürən “xalq islamı”na, yalançı dinə qarşı yönəlmişdir”

Atatürk Osmanlı imperiyasının qalıqlarında müasir dünyəvi Türkiyə dövlətinin yaradılması üçün xilafət institutunun sökülməsini mühüm hesab edirdi. Lakin o İslam dininin də modernləşməsini və birliyini də önəmli hesab edirdi.

Jurnalist Aytunc Aytındala görə, Atatürkün xilafətlə bağlı maraqlı fikirləri var. Bir iddiaya görə, Atatürk xilafəti bir şəxsin qismində deyil, bütün İslam ölkələrinin növbə ilə dəyişərək bir-birini əvəz etməsi ilə inkişaf etdirilə biləcəyini söyləyib. Onun əsas istəyi İslam dünyasında bir dini mərkəz, Vatikan tipli bir sistem yaratmaq idi. İslami Vatikan…

Bu gün mövcud olan İslam Əməkdaşlıq Təşkilatı ideyası Atatürkün projesi olub. Mustafa Kamalın beş güclü İslam ölkəsinin daimi şura yaratmasını, bunların müəyyən edilmiş vaxtlarda əsas idarə etməni həyata keçirmək üçün növbəli şəkildə seçilmələri xüsusunda fikirləri olub. Qərbin Vatikanı var və bu, həm siyasi, həm də sosial bir gücdür. İslam dünyasının isə bu gücü əksikdir. Bu, İslam ölkələrinin gücünü artıran bir şey olacaq.

Onun çıxışlarının birindən:

“Ortaq münasibətləri qorumaq və bu münasibətlərin tələb etdiyi şərtlər daxilində birlikdə iş görməyi təmin etmək üçün əlaqədar müsəlman dövlətlərinin nümayəndələrindən bir məclis qurulacaqdır. “ (Bax: Kemal Atatürk, Nutuk 1919-1927, Atatürk Araştırma Merkezi Başkanlığı Yayınları, Ankara 2005. S.490)

Atatürk qeyd edirdi: “1920-ci illərdə cəmi üç müsəlman dövləti var idi. Türkiyə, İran və Əfqanıstan. Gələcəkdə bu rəqəmin 40 və ya 50-yə qədər artacağı təqdirdə bu dövlətlərin bir araya gələrək Xilafət Məclisini təşkil edə bilər” (Bax: Aytunç Altındal: “Atatürk hilafeti vasiyet etti” – Atatürk’ün vasiyetine cıa müdahalesi. https://mehmetaliguller.com/)

Bu Xilafət məclisi İslam dünyanın Vatikanı projesi idi. Bu dünyada olan məzhəb problemlərinə son verəcək idi.

9 May 1920-ci ildə Böyük Millət Məclisi adından Mustafa Kamal Paşa imzasıyla bütün islam dünyasına xitab olaraq Hakimiyyəti Milliyədə dərc olunan bir bəyannamədə, ingilislərin islam birliyini pozmağa, xalqı, hökuməti və şeyxülislamı Milli Mübarizə əleyhinə çevirməyə çalışdıqları qeyd edilərək ingilis siyasətinin bu yönünə diqqət çəkilmiş və sönən islam günəşinin tamamilə qürub etməməsi və yenidən islam dünyası üzərində parlaması üçün Yavuz Sultan Səlimin: “Biz, müsəlman könüllərin birliyini təmin etmək üçün özümüzü fəda etmiş bir millətik” cümləsi qeyd edilmişdir. (Bax: İslam Birliyi və Mustafa Kamal, Prof. Dr. Mətn Hülagü, Timaş Nəşrləri, İstanbul, 2008, səh. 69-70)

Səudiyyə Ərəbistanın kralı Əbdüləziz ibn Suudin oğlu Əmr Faysal və Mustafa Kamal tərəfindən imzalanan türk və ərəb hökumətləri arasındakı gizli andlaşmadan bəzi maddələrin birində yazılır:

“Maddə I: Razılaşmada iştirak edən tərəflər, Türk Milləti və zadəgan Ərəb Milləti, hal-hazırda islam dünyasındakı bölünmələri təəssüflə təsbit edir, bu bölünmələri yox etməyi özlərinə vacib bir vəzifə hesab edirlər, bir-birinə dini, əxlaqi və ictimai baxımdan bağlanmış iki millətin əməkdaşlıq içində olmasını təmin edirlər. İki millət qarşılıqlı olaraq yardımlaşmalı, dini və torpağı birləşmiş qüvvələrlə müdafiə etməlidir.”

10 Yanvar 1922-ci ildə Əfqan bayrağının Ankaradakı Səfirlik binasına sancılmasına görə təşkil edilən mərasimdə, Mustafa Kamal Atatürk, Türkiyə ilə Əfqanıstan arasında olduğu kimi, Türkiyə ilə bütün islam dünyası arasında da güclü əlaqələr olduğunu hər iki ölkənin ortaq işlərinin dünya siyasətində bir tarazlıq yaratmaq baxımından əhəmiyyətli olduğunu bildirmiş və bunu əlavə etmişdir: “Hər islam rəhbərliyini Əfqanıstan kimi azad və müstəqil görməkdən qürur duyacağıq. Şərqdə təzyiq altında yaşayanlar, Türkiyə, Əfqanıstan … arasındakı ittifaqa baxıb sevinəcəklər” (Bax: Hakimiyyəti Milliyə, 1. İl, nr 41, 28 İyun 1336, səh. 3)

Lakin bu projeyə qarşı çıxan Vatikan-Britaniya sistemi Türkiyə daxilində məzhbələr və təriqətlər dalğasına dəstək verdilər. Bu günün özündə də Atatürkün ideyası reallaşmaması üçün bütün gücünü ortaya qoyublar. Keçən il Vatikanın qəzeti L’Osservatore Romano da Papalıq həyəcan təbili çalırdı: “Müsəlmanların sayının Katolikləri keçdiyini və islamın dünyanın ən böyük dininə çevrilib”

Buna görə böyük dövlətlər Atatürkün İslam birliyi ideyasının ortaya çıxmaması üçün müsəlman ölkələrini öz təsirləri altında saxlamaqda davam edirlər. Saxta kitablar yazırlar və Atatürkü ittiham edirlər. Reallıq isə Atatürkün dinə baxışında birlik və bərabərlik durub.

Onun Azanın türk dilində verilməsi ilə bağlı qərarının isə bir səbəbi olub. Türkiyənin rəsmi dini məhzəbi Hənəfilik idi və İmam Əzəm Əbu Hənifənin ən məşhur fətvalarından biri belədir: “Azan və iqaməni fars dilində vermək, eləcə də namazı fars dilində qılmaq caizdir”. Atatürkün türk dilində azan tövsiyyəsi məhz Əbu Hənifənin yuxarıdakı fətvasına əsaslanırdı. Özü də qeyd edim ki, Atatürk özü qərar verməyib, sadəcə tövsiyyə edib, qərarı isə 18 iyul 1933-cü il tarixli, 636 №li müvafiq qərarı Türkiyənin Diyanet İşleri Riyaseti qəbul etmişdir. Bu qurumda isə o dövrün tanınmış fəqihləri, ilahiyyatçıları və hafizləri çalışırdılar.

Zaur Əliyev, dosent.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir