ABŞ-IN STRATEQİ HENRİ KİSİNCER: PUTİN NÜVƏ SİLAHINA ƏL ATA BİLƏR
Amerika Birləşmiş Ştatlarında, vaxtilə çox mühüm görəvlər icra etmiş, “siyasət tülküsü” sayılan Henri Kisincer, bu yaxınlarda, Almaniyanın “Di Zayt” qəzetinə maraqlı müsahibə verib.
Müsahibədə, o, Rusiya-Ukrayna müharibəsi ilə bağlı, Amerikanın rəsmi mövqeyindən fərqli, etirafedici bəzi fikirlər bildirib.
“Sizcə Rusiyanın Ukraynaya hücumdakı strateji hədəfi nəydi?” sualına cavab verən Kisincer, müharibəni, Putinin şəxsi özəlliklərinə və psixoloji durumuna bağlayıb. Sitat:
“Düşünürəm ki, o, ciddiyə alınmadığı hissinə qapıldı. Onun üçün, Ukrayna, Rusiyanın aşağılanmasının bir simvoludur.”
Müharibənin bütün günahının Putində olmadığını da söyləyən Kisincer, bütün dünya üçün hazırda ən həssas mövzu olan-Rusiyanın nüvə silahından istifadəsi ehtimalı ilə bağlı də fikir bildirib.
Beləliklə bu dəfəki sujetimiz; ABŞ-ın strateqi, məşhur “Diplomatiya” kitabının müəllifi Henri Kisincerin Rusiya-Ukrayna müharibəsini şərh etməsinə dairdir.
İzləyək: