Bu şəxslərə 3 dəfə əlavə maaş ödəniləcək

0
0

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərarında dəyişiklik edib. Dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Qərarı şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, ali kateqoriya dövlət orqanlarında aylıq əməkhaqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub.

“Bununla yanaşı, həmin şəxslərə 2023-cü ildə 3 dəfə maaşları həcmində əlavə ödəniş ediləcək. Belə ki, bu Qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək”, – deyə parlamentari qeyd edib. apa.az

Sputnik.az da bu haqda bu xəbəri paylaşıb:

Deputat bildirib ki, həmin şəxslərə 2023-cü ildə 3 dəfə maaşları həcmində əlavə ödəniş ediləcək.

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərarında dəyişiklik edib. Dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, ali kateqoriya dövlət orqanlarında aylıq əməkhaqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub.

“Bununla yanaşı, həmin şəxslərə 2023-cü ildə 3 dəfə maaşları həcmində əlavə ödəniş ediləcək. Belə ki, bu Qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək”.

Qeyd edək ki, bu ildən Azərbaycanda minimum ayılıq əməkhaqqı 345 manat olub. Müvafiq sərəncamı Azərbaycanın dövlət başçısı imzalayıb. “Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin”, president.az saytında yayılmış sərəncamda deyilir.

   QƏRARLAR | 21 Yanvar 2023 – 11:40   

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ 

NAZİRLƏR KABİNETİ 

QƏRAR 

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi  haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında  dəyişiklik edilməsi barədə 

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə  tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il  5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını  təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  

qərara alır: 

1. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi  haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il  28 sentyabr tarixli 142 nömrəli Qərarının (Azərbaycan Respublika sının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 755; 2005, № 12,  maddə 1224; 2007, № 2, maddələr 180, 186; 2008, № 2, maddə 120,  № 7, maddə 688; 2013, № 12, maddə 1631; 2018, № 2, maddə 344,  № 3, maddə 609; 2019, № 2, maddə 367, № 8, maddə 1454;  2022, № 1, maddə 65, № 8, maddə 1018) 2-ci hissəsi aşağıdakı  redaksiyada verilsin: 

“2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan  işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar,  bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq  vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə  müəyyən edilsin:

Sıra №-si Kateqoriyalar üzrə dövlət orqanlarıAylıq vəzifə  maaşının  məbləği (manatla)
1. Ali kateqoriya dövlət orqanlarında 400 manat
2. 1-ci kateqoriya dövlət orqanlarında 385 manat
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365 manat
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 345 manat

2. Bu Qərarın 1-ci hissəsində qeyd olunan işçilərin mükafat landırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət  büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün  müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait  nəzərdə tutulur. 

3. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir. 

 Əli Əsədov 

 Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 20 yanvar 2023-cü il 

№ 17

XƏBƏRİ SƏSLİ DİNLƏMƏK ÜÇÜN VİDEOLU QAYDANI İZLƏ!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir