Bu şəxslərin kirayə haqlarını dövlət verəcək – Ünvanlı yardımlarda yenilik
Bu şəxslərin kirayə haqlarını dövlət verəcək – Ünvanlı yardımlarda yenilik
Kirayədə qalanların ünvanlı sosial yardımında həmin xərc qədər artım qeydə alınacaq.
Trend-in məlumatına görə, bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunun üçün vətəndaş müraciət etməlidir.
“Müraciət zamanı kirayədə qaldığını təsdiq etməlidir. Bu zaman kirayədə qalanların ünvanlı sosial yardımında həmin xərc qədər artım qeydə alınacaq”,- deyə o əlavə edib.
DSMF sədri Himalay Məmişov 3 Dekabr 2021-ci ildə bunları demişdi: Kirayə qalan şəxsin xərcləri ünvanlı yardımda nəzərə alına bilər.
Vətəndaşın kirayədə yaşaması onun ünvanlı sosial yardım alması üçün hər hansı bir maneə törətmir.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.
Sədr bildirib ki, vətəndaş həmin kirayəni müvafiq qaydada rəsmiləşdirdikdə, hətta ünvanlı sosial yardımın məbləğində də bu nəzərə alına bilər.
“Şəxsin əsas xərc hissələrinin tərkibi kimi kommunal xərclərin müəyyən olunması zəruridir.
Elektron sistem bu məlumatı əldə edə bilmədikdə bu halda şəxsin müraciətinin araşdırılması mümkün olmur. Bu zaman diqqət etmək lazımdır ki, ünvanlı dövlət sosial yardımı üçün müraciət edilənrkən mütləq qaydada kommunal ödənişlərlə bağlı məlumatlara çıxış imkanı olmalıdır”,- DSMF sədri deyib.
XƏBƏRİ SƏSLİ DİNLƏMƏK ÜÇÜN VİDEOLU QAYDANI İZLƏ!