Hər şey onunla başladı, o məktubla başladı…
Zəfərə Gedən Yol (Kompozisiya)
Hər şey onunla başladı, o məktubla başladı…
2010-cu ildə onun işğala qarşı üsyana qalxması və o məşum məktubla öz manifestosunu bəyan etməsi, Qarabağın azadlığının xəbərçisi və ilk addımı oldu. Qəlbi vətən və Haqq sevgisi ilə dolu olan Mübariz İbrahimov Vətənin xilası naminə Haqqın səsini ürəklərə yaydı. O, ana əmanəti, ata nəfəsi olan Vətən torpaqlarının yağıda qalmayacağının carçısı oldu. Onun azadlıq və mübarizə dastanı, özündən sonraki gənc nəslin vətən şərqisinə çevrildi, qəlbləri vahid amala köklədi, yadelli istilsasına qarşı yeni tarixi dönəmi başlatdı.
“Ata, ana gedirəm ki, Vətənimi qoruyum” deyərkən, Şəhid Mübariz, əlbəttə, təkbaşına Vətəni qoruya bilməzdi, on minlərə qarşı savaşa bilməzdi. Lakin mənəviyyatın sərhədləri, unutmayaq ki, maddiyyatın fövqündədir və bir nəfərin haqqı, minlərin nahaqına qalib gələ bilər.
Və necə ki gəldi də….
2020-ci ildə, Qarabağın qurtuluşu uğrunda xalqın tələbi ilə başlayan ümumilli savaş, qaçılmaz olaraq Vətəni azad etməyə və işğala son verməyə başladı. 30 ildir yadelli əlində əsir olmuş Ana vətənin qurtuluş yolu açıldı və “azadlıq quşu” “qanad çalmağa” başladı!
Və bu, bir prosesdir, geridönülməz şəkildə davam edəcəkdir və işğalın tam başa çatmasıyla, Vətənin tam azad olmasıyla nəticələnəcəkdir.
Bəli, proseslərin gedişatı onu deyir ki, bu iş burda bitməyəcək və geri qalan ərazilər-Xankəndi, Xocalı, Xocavənd, Ağdərə də qarı düşməndən təmizlənəcəkdir.
Özü də bu, çox da uzaq olmayan gələcəkdə olacaqdır.
Mübariz kimi inanclı və şərəfli oğulların sayəsində! Uca Şəhidlərin sayəsində!
Eşq olsun Zəfərə və Zəfərə gedən Yola!
8 Noyabr Zəfər Günümüz Mübarək olsun!