İcbari Sığorta Bürosuna kiberhücum – 40 milyondan çox məlumat oğurlanıb – TƏCİLİ

0
0
Azərbaycanın İcbari Siğorta Bürosunun saytına xaricdən kiber hücum olub.

Xeberciniz.biz xəbər verir ki, məlumatı bloger Həbib Müntəzir yayıb. Onun bildirdiyinə görə, nazirlər, dövlət rəsmiləri də daxil, milyonlarla şəxsin 40 milyon məlumatının ələ keçirildiyi bildirilir: “Bura şəxsi telefon nömrələri, şəkillər, vəsiqələr, sürücülük vəsiqələri, vətəndaşların şəxsi məlumatları və s. daxildir. Həklənmiş məlumatlar arasında Nazirlər Kabineti, DİN, DTX, Miqrasiya Xidməti, Ədliyyə nazirliyi və digər rəsmi qurumlara məxsus məlumat bazaları var”.

Qeyd edək ki, İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə “İcbari sığortalar haqqında” Qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilib və fəaliyyət göstərir.

Azərbaycan Respublikası İcbari Sığorta Bürosunun internet resursları kiberhücuma məruz qalıb. Hücumun şəxsiyyəti məlum olmayan, lakin iranlı olması ehtimal olunan “AngryBoy” təxəllüslü haker tərəfindən həyata keçirildiyi bildirilir.

Hakerin “DarkNet” internet resurslarında yaydığı məlumatlara əsasən İcbari Sığorta Bürosunun bütün sisteminin dağıdıldığı və 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunur.

Hakerin dərc etdiyi ekran şəkillərində oğurlanmış məlumatlar arasında Azərbaycanın Daxili İşlər Nazirliyinin, İAMAS, Miqrasiya Xidməti və digər xidmətlərə məxsus məlumat bazalarının da olduğu nəzərə çarpır.

Bu hücumun son illərdə Azərbaycanın dövlət qurumlarına qarşı yönəlmiş geniş miqyaslı hücumlardan biri olduğu qeyd olunur.

Qeyd edək ki, Azərbaycanda əvvəlki illərdə də müxtəlif özəl və dövlət qurumlarının məlumat bazalarına yönəlik bu cür kiberhücumların həyata keçirildiyi məlumdur.
 

Belə ki, 2014-cü ildə “İslamic Cyber Army” adlı haker qrupu tərəfindən çoxsaylı özəl banklar, hökümət və hərbi saytlardan məlumatların oğurlanması məqsədilə kiberhücumlar təşkil edilib.


44 günlük müharibə dövründə isə Ermənistan hakerləri tərəfindən müxtəlif dövlət qurumlarına və rəsmi saytlara istifadəçilərin fərdi məlumatlarını ələ keçirmək və fəaliyyəti əngəlləmək məqsədilə ümumilikdə 2678 kiberhücum cəhdləri həyata keçirilib.

Mövcud vəziyyət hazırda bu sahədə ciddi çatışmazlıqların və problemlərin olduğunu, bəzi özəl və dövlət qurumlarının məsələyə yetərincə diqqət ayrımadığını göstərir.

Azərbaycanda son illərdə artan kiberhücumlar dövlət qurumlarının bu sahədəki fəaliyyətinin gücləndirilməsini və informasiya təhlükəsizliyin təmin olunmasına daha çox diqqət ayırmasını tələb edir.

Mövzunu diqqətdə saxlayacayıq. İcbari Sığorta Bürosunun rəsmi mövgeyi gözlənilir.

Linklər
//nulled.to/topic/1395636-azerbaijan-citizen-data-exfiltrated
//www.nulled.to/topic/1396341-hacking-azerbaijan-systems-is-being-continued/

Bizim.Media

Son günlərdə bir sıra qurumların sistem məlumatlarının hakerlər tərəfindən ələ keçirilməsi barədə məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məsələyə münasibət bildirib.

O qeyd edib ki, təkcə İcbari Sığorta Bürosunun (İSB) bütün sisteminin dağıdılması nəticəsində 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunur: “DTX, DİN, Ədliyyə Nazirliyi və s. qurumların avtomobilləri haqqında, həmçinin bir çox nazirlərə məxsus məlumatlar ələ keçirilib. Yəni əvvəllər sığorta şirkətləri, bizim telefonlarımızı qanunsuz olaraq bir-birilərinə satırdılar, indi isə belə görünür ki, dövlət və özəl sektora, vətəndaşlara aid bütün bu məlumatlar toplam olaraq onlardan oğurlanıb və açıqlanıb. 

Xatırlayıram ki, İSB-yə olan bu hücum ilk dəfə deyil. Bir neçə il öncə də təxminən bu formada kiber hücum olmuşdu və məlumatlar ələ keçirilmişdi. Hakerlərin açıqladığı məlumatlardan, xüsusilə də tanınmışların adlarının açıqlamasından belə qənaətə gəlmək olar ki, hücum məqsədyönlü olaraq həyata keçirilib. İSB isə ötən gün açıqlama verib ki, sanki, heç nə olmayıb, hər şey qaydasındadır.

Güman etmək olar ki, hücum edənlər İSB sisteminin bütün incəliklərinə, zəif nöqtələrinə öncədən bələd olublar. Ümumiyyətlə isə, İSB sistemi heç zaman güclü olmayıb. Bir müddət bundan öncə İSB elektron xidmətlərinin kefiyyətsizliyi haqqında yazıb bərbad gündə olduğunu qeyd etmişdim. Görünür ki, İSB rəhbərliyi ötən illərdə baş verənlərdən, onlar haqqında yazılanlardan ibrət dərsi götürmürlər”.

Osman Gündüz əlavə edib ki, kiber hücum nəticəsində dövlətə məxsus xeyli informasiyalar, vətəndaşlara məxsus fərdi məlumatlar açıqlanıb:

“Düşünürəm ki, DTX və DİN, hətta özlərinə məxsus olan informasiyaların sızmasına ciddi reaksiya verməli, İcbari Sığorta Bürosundan hesabat tələb etməli və baş verənləri ciddi olaraq araşdırmalıdır. Bu qurumda ciddi İT audit işləri aparmaq və onun əsasında kiber təhlükəsizliklə bağlı cidid qərarlar qəbul etmək, rəhbərlyinin məsuliyyətini gücləndirmək lazımdır. Yeri gəlmişkən bir daha diqqətə çatdırmaq istərdim ki, Prezidentin müvafiq fərmanı əsasında hazırlanmalı olan “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi haqqında Qaydalar” tez bir zamanda qəbul edilməlidir. Kritik hesab olunacaq qurumların siyahıları təsdiqlənməlidir. Eyni zamanda fərdi məlumataların qorunması haqqında qanunvericiliyimiz də son zamanlar qəbul edilən yeni Avropa standartlarına uyğunlaşdırılmalıdır. Fərdi məlumatları qoruya bilməyən dövlət və özəl sektora qarşı cəzalar sərtləşdirilməlidir”.

Qeyd edək ki, İcbari Sığorta Bürosu haker hücumları barədə yayılan məlumata münasibət bildirib. Qeyd edilib ki, çıxan məlumatlarla əlaqədar araşdırmalar davam etdirilir.  qafqazinfo.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir