Təhsil krediti nə zamandan və kimlərə veriləcək? – AÇIQLAMA

0
0


Təhsil krediti nə zamandan və kimlərə veriləcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bundan sonra təhsil haqqını ödəyə bilməyən tələbələr təhsil tələbə kreditindən yararlana biləcəklər. Bəs bu kreditlər hansı tarixdən və hansı kateqoriya insanlara veriləcək?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil tələbə kreditinin yaradılması ölkədə təhsil haqqını ödəyə bilməyən insanlara ciddi şəkildə böyük dəstək olacaq:

“Nazirlər kabineti tərəfindən təsdiq edilən siyahıya baxanda mübahisəli məqamların olduğunu görürük. Orada iki kateqoriya üçün kredit qeyd olunub. Bunlar sosial və standart kreditlərdir. Tələbələr tədris ilinin ilk semestrından etibarən Təhsil Tələbə Krediti Fondundan istifadə edə bilərlər.

Tələbə kreditindən istifadə edə biləcək insan kateqoriyası çox dardır. Sosial kreditlərdən 3-cü qrup əlillər istifadə edə bilər. Bilirik ki, 1-ci və 2-ci qrup əlillər təhsil haqqından azaddırlar, 3-cü qrup əlillər isə müəyyən qədər əziyyət çəkirlər. Hesab edirəm ki, bu, ciddi bir güzəştdir. İkinci kateqoriya isə hər iki valideyni əlil olan şəxslər üçündür. Burada mübahisəli məsələ 1- ci və 2-ci qrup əlilliyi olan şəxslərlə bağlıdır. Bu kateqoriyaya aid olanların valideynlərinin biri əlil olmazsa, onlar təhsil tələbə kreditdən yararlana bilmirlər. Yaşa görə əmək pensiyası, sosial müavinət alanların övladları da təhsil tələbə kreditindən istifadə edəcəklər.

Standart kreditlərin verilməsində isə çatışmazlıq ondan ibarətdir ki, ümumi müvəffəqiyyət göstəricisi qoyulub. Yəni ümumi müvəffəqiyyət göstəricisi 71-dən yuxarı olanlar kredit üçün müraciət edə bilərlər. Bu, düzgün yanaşma deyil. Ola bilər ki, kiminsə orta müvəffəqiyyət göstəricisi 71-dən az olsun. Ona görə də məhdudiyyət qoyulmamalıdır. İnsanların özündən asılı olmadan da göstəricisi aşağı ola bilər.

Digər bir məsələ isə ödənişin 20%-nin ödənilməsidir, qalan hissəsi kredit olaraq götürülə bilər.

Kredit Fondunun himayəçilər şurası tərəfindən müəyyənləşdirilmiş məbləğdə (2500-3000 manata qədər) təhsil haqqı olanlar bu kreditdən yararlana bilərlər”.

Ekspert vurğulayıb ki, ən vacib məqam kreditin qaytarılma müddətidir:

“Son müddət 10 il göstərilir və hesab edirəm ki, bu, çox yaxşıdır. Təhsil tələbə krediti üçün hər hansı güzəşt, zamin tələb olunmayacaq. Daha bir müsbət hal isə verilən kredit məbləğinin sığortalanmasıdır. Təhsil krediti əyani tələbələrə verilir və qiyabi tələbələrə verilmir”.

Aytəkin Cəlali

Təhsil Tələbə Krediti Fondu – Əsas məqamlar

– Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər. 


– Tələbələr növbəti tədris ilindən etibarən tələbə krediti ala biləcəklər. 


– Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. 


– Bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək.


– Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək. 


– Kredit öz hesabına təhsil alan tələbələrə şamil olunacaq.


– Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək. 


– Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər 2 qrupa bölünəcək. Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq. 


– Təhsil kreditində faiz dərəcəsi çox az olacaq.


– Tələbə təhsil kreditini 20 il müddətinə qaytara biləcək. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə -hissə Fonda qaytara biləcək. 


– Bu və ya digər səbəbdən tələbə hərbi müddətdə olduğu müddətdə, yaxud işləmədiyi müddətdə Fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək. 


– Yaxşı oxuyan tələbəyə güzəştlər olunacaq. Həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasında müvafiq güzəştlər oluna bilər.      


– Kreditin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq.


– Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil olunmayacaq.


– Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kredit yalnız ölkə daxilində alınan ali təhsilə şamil olunacaq.


– Yüksək peşə təhsili alan tələbələrə də kredit veriləcək. 


– Özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr də tələbə təhsil krediti ala biləcəklər. edu.gov.az

Təhsil Tələbə Kredit Fondu&Kimlərə Kredit Veriləcək? -2021

Bildiyiniz kimi 17 İyunda ölkə başçısının fərmanı ilə Təhsil Tələbə Kredit Fondu yaradıldı. Bəs bu yeni fond tələbələrə nə vəd verir? Tələbə krediti kimlərə veriləcək? Tələbələr bu fonddan necə yararlana biləcəklər? Bu kimi suallar tələbələri ən çox maraqlandıran məqamlardandır. İndi isə bu kimi suallarınıza ətraflı cavab tapa biləcəksiniz.

Tələbə Krediti Nədir?

Əsasən ödənişli əsaslarla təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Kreditlər hər smestr üzrə veriləcəkdir. Elektron qaydada müraciət edə biləcəksiniz. Təhsil haqqını maddi cəhətdən ödəməkdə çətinlik çəkən tələbələr bu kreditlərdən yararlana biləcəklər. Kreditin 2 növü mövcuddur: sosial tələbə kredit növü və standart tələbə kredit növü. Fərqləri isə ondan ibarətdir ki, hər bir kredit növünün öz tələbə kateqoriyası vardır. Ünvanlı sosial yardım alan ailələrin üzvü olan və əlillik dərəcəsi olan tələbələr sosial tələbə kredit növünə aid olan kreditlərdən istifadə edə biləcəklər. Digər tələbələr isə standart tələbə kredit növündən yararlana biləcəklər. Bütün ali təhsil və orta ixtisas təhsil müəssisələrində əyani və ödənişli təhsil alan tələbələrin bu kredit növlərindən yararlanması nəzərdə tutulmuşdur.

Faizlər olacaqmı?

Faizlərin hesablanmasına aid qərarlar hələ qəbul edilməsədə, kiçik məbləğlər və güzəştlər nəzərdə tutulmuşdur. Standart tələbə kredit növündə əgər sizin smestr imtahanlarında ki ortalama qiymətinizin 91 baldan yuxarı olarsa faizlər hesablanmayacaqdır. Sosial tələbə kredit növündə isə bu bal 71 olaraq nəzərdə tutulmuşdur. Bütün smestrlər üzrə isə sosialda 50% güzəşt , standartda isə 25% güzəşt nəzərdə tutlmuşdur. Əgər sizin akademik borcunuz varsa sizə kredit verilməyəcəkdir.

Krediti almaq üçün nə edilməlidir?

Kreditdən yararlanmaq üçün bəzi qaydalar müəyyən edilmişdir:

  • Əgər sizin yaşınız 18dən aşağıdırsa, siz valideynlərinizlə notariusa gedib kreditdən yararlanmaq üçün valideynlərinizin icazəsini almalısınız.
  • Banklara müraciət etməklə siz bu kreditdən yararlanmaq üçün banklara razılıq verməlisiniz ki , sizin fərdi məlumatlarınıza baxilsın.
  • Gələcəkdə işlədiyiniz zaman isə aylıq gəlirinizdən 20% ödəməklə krediti ödəməlisiniz.

Sizi maraqlandıra biləcək bəzi suallara cavab:

  1. Krediti nə vaxtdan ala bilərəm?Yeni tədris ilindən sentyabr ayından etibarən bu kreditlərdən yararlana bilərsiniz. Universitetlər başlayandan 4 gün sonra elektron qaydada müraciət edə bilərsiniz.
  2. Qəbul imtahanlarında yüksək bal toplamalıyam?Bəli, bu kreditlərin verilməsində ilkin şərt hesab olunur.
  3. Banklarda kredit məbləği mənə veriləcək?Xeyr, bank tərəfindən birbaşa ali təhsil müəssisəsinə ödəniləcək.
  4. Məbləğ bir dəfəlik ödəniləcək?Xeyr, məbləğ hər tədris ili üzrə ödəniləcək
  5. Özəl universitetlərdə təhsil alan tələbələrədə kredit veriləcək?Bəli, istər dövlət, istərsədə özəl universitetlərdə də təhsil alan tələbələr kredit növlərindən yararlana biləcəklər.
  6. Kreditə necə və haradan müraciət etməliyəm?Təhsil Nazirliyinin rəsmi saytında https://edu.gov.az/ Menyu bölməsinə daxil olub, Ali Təhsil kateqoriyasını seçməklə Tələbə Kredit Fondundan müraciət edə bilərsiniz.

Və son olaraq qeyd etmək istəyirəmki, siz universiteti bitirdikdən sonra 2 il müddət ərzində sizdən heçbir ödəniş tələb olunmur. 10 il sizə müddət verilir və bu müddət ərzində kiçik ödənişlərlə kredit borcunuzu qaytara bilərsiniz. Təhsil yolunuzda uğurlar!

Hörmətli tələbələr! Kredit əldə etmək üçün onlayn müraciət edə bilərsiz. MÜRACİƏT ET

Təhsil tələbə krediti nədir?

Təhsil tələbə krediti nədir?

#EduAz #Təhsil

Azərbaycan Respublikası Təhsil Nazirliyi paylaştı: 25 Kasım 2021 Perşembe

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir