Möhkəm ürək və sinirlər üçün YEMİŞAN DƏMLƏMƏSİ – Resept
Təbii ürək dərmanı YEMİŞAN
Bu giləmeyvənin faydalı xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur.
Yemişan bir çox vitamin (xüsusilə C və B qrupu vitaminləri), mikroelementlər, orqanik turşular, efir yağları və s. faydalı maddələrlə zəngindir. Bu giləmeyvənin tərkibində olan bəzi insan orqanizmi üçün faydalı maddələrə təbiyətdə az rast gəlinir. Məhz bu zəngin tərkibinə görə yemişan insanın sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri sayılır.
Saglamolun.az bildirir ki, yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır. Bir çox ürək üçün olan və sakitləşdirici dərman preparatların tərkibinə yemişan ekstraktı daxil edilir.
Yemişanın tərkibində olan xeyirli maddələr ürəyin tac damarlarını və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır.
Yemişan ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır.
Yemişan ürəyin və beyinin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır.
Yemişan yaşlı insanlar üçün çox xeyirlidir. Homeopatlar (təbii vasitələrlə müalicə edən həkimlər) yemişanı “qoca ürəyin dərmanı” adlandırırlar. Bu giləmeyvənin əsasında hazırlanmış preparatlar işemik xəstəliyi, ürək çatışmazlığı müalicəsi zamanı istifadə olunur.
Ağır və uzunsürən xəstəliklərdən sonra yemişan daha tez sağalmağa kömək edir. İnfarkt keçirilmiş insanlar üçün bu giləmeyvə çox xeyirlidir.
Yemişan iltihab və mikrobəleyhinə təsir edir. Bəzi araşdırmalar təsdiq edir ki, yemişan şişəleyhinə təsirinə malikdir.
Yemişan pektinlərlə zəngindir. Pektinlər bağırsaqları orada yığılan müxtəlif toksiki maddələrdən təmizləyir.
Yemişanı kompot, dəmləmə şəklində qəbul etmək olar, çay kimi dəmləmək olar.
Nəzərinizə çatdıraq ki, yemişanı normadan artıq qəbul etmək olmaz. Bu arterial təzyiqin düşməsinə, ürək ritminin pozulmasına, baş ağrılarına səbəb ola bilər. Günlük norma – 100-150 qr təzə meyvə (quru meyvəni daha az miqdarda qəbul etmək olar).
Yemişan çayı
1 xörək qaşığı quru giləmeyvənin üzərinə 200 ml qaynar su əlavə edin və 5 dəqiqə ərzində dəmləyin. Daha sonra yumşalmış giləmeyvələri sıxın, 1 çay qaşığı bal əlavə edin və için. Belə çayı adi çay kimi gündə 2 dəfə içmək olar.
Yemişan dəmləməsi
7 xörək qaşığı quru giləmeyvəni 2 l-lik termosda dəmləyin və səhərə saxlayın. Səhər dəmləməni süzün, meyvələri sıxın və gündə 1 stəkan olmaqla qəbul edin. Dəmləməyə bal da əlavə etmək olar. Saglamolun.Az
Möhkəm ürək və sinirlər üçün YEMİŞAN DƏMLƏMƏSİ.
Yemişanın müalicəvi xüsusiyyətləri həm xalq, həm də ənənəvi tibdə çox geniş istifadə olunur.
Yemişanı “qoca ürəyin dərmanı” adlandırırlar. Lakin bu bitki tək yaşlılar üçün deyil, cavanlar üçün də çox faydalıdır.
Yemişan ürək əzələsini möhkəmləndirir, təzyiqi salır, damarları genişləndirir, damarlarda xolesterolun yığılmasına mane olur.
Bundan əlavə yemişan sinir sistemi üçün də olduqca faydalıdır – sakitləşdirir, əsəbiliyi və gərginliyi azaldır, stress və nevroz zamanı yaxşı kömək edir, meteohəssaslıqla bağlı olan pozulmaların azalmasına kömək edir.
Ürəyinizi və sinirlərinizi möhkəmləndirmək istəyirsinizsə hər gün belə faydalı dəmləmə hazırlayın:
1 x.q. yemişan meyvələrini bir qədər əzin, üzərinə 1 stəkan isti su tökün və termosda 1 saat ərzində dəmləyin. Sonra dəmləməni yaxşı süzün və gündə 2 dəfə yarım stəkan olmaqla için. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün bal əlavə edə bilərsiniz.
Dəmləməni 2-3 həftə ərzində için, effektini görəcəksiniz. Saglamolun.Az
QEYD: Yemişan orqanizmi xərçəng xəstəliyindən qorumaq qabiliyyətinə malikdir. O arterial təzyiqi aşağı salır, yaddaşı möhkəmləndirir.
YEMİŞANIN FAYDALARI
- Yemişan meyvələrinin tərkibində xolin birləşmələri, saponinlər, flavonoidlər, vitaminlər (xüsusilə C və B qrupu vitaminləri), mikroelementlər, orqanik turşular, efir yağları, üzvi turşular, şəkərlər və s. vardır.
- Yemişandan və ondan hazırlanan preparatlardan elmi təbabətdə ürək – damar sistemi xəstəliklərinin müalicəsində, xüsusən də ürək fəaliyyəti zəifliyində, ürəyin aritmiyasında, aterosklerozda, hipertoniya xəstəliyində, tireotoksikozda və s. geniş istifadə olunur. Eləcə də, hipoqalaktiya zamanı (uşaq əmizdirən anaların südü azaldıqda) yemişan preparatları müvəffəqiyyətlə tətbiq edilir.
- Yemişan ürəyin və beyinin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir.
- Yemişan A vitamini ilə olduqca zəngindir. 100 qr yemişanın tərkibində 260 mqr A vitamini var.A vitamini insanın normal görmə qabiliyyəti üçün ən vacib olan maddədir. A vitamininin orqanizmdə çatışmazlığı görmənin zəifləməsinə, toyuq korluğuna səbəb olur.
- Yemişan qanda xolesterinin səviyyəsini aşağı salır. Nəzərinizə çatdıraq ki, xolesterin damarlarda yığılaraq onları daraldır, damarların elastikliyini pozur ki, bu da infarkt və insult kimi ağır pozulmaların riskini artırır. Yemişan damarları genişləndirir, arterial təzyiqi aşağı salır.
- Yemişan qan dövranını yaxşılaşdırır, baş ağrısını azaldır, sinir sisteminə yaxşı təsir edir və əzələ sıxılmasını azaldır.
- Ağır və uzunsürən xəstəliklərdən sonra yemişan daha tez sağalmağa kömək edir. İnfarkt keçirilmiş insanlar üçün bu giləmeyvə çox xeyirlidir.
- Yemişan iltihab və mikrobəleyhinə təsir edir. Bəzi araşdırmalar təsdiq edir ki, yemişan şişəleyhinə təsirinə malikdir.
- Yemişan pektinlərlə zəngindir. Pektinlər bağırsaqları orada yığılan müxtəlif toksiki maddələrdən təmizləyir.
Ünvan: Həsən bəy Zərdabi prospekti 78,Tel: (+994 55) 262 61 06; (+994 12) 511 29 06 E-mail: bahartibbmerkezi@gmail.
Yemişan hələ qədim zamanlardan bəri istifadə edilən və bir dərman qədər müalicəvi təsirə malik olan çox faydalı bitkidir. Yemişanın çiçək, meyvə və yarpaqları şəfa ilə doludur. Çox faydalı olan bu bitkinin meyvəsi tikanlı gövdəsi və budaqları olan bir ağacda bitir. Tərkibindəki faydalı maddələr səbəbi ilə bədəndəki bir çox xəstəliyin aradan qaldırılması və orqanizmin qorunmasında istifadə olunur. Meyvələri adətən oktyabr ayında yetişir. Gündəlik həyatda bir sıra problemləri aradan qaldırmaqla yanaşı ciddi xəstəliklərin müalicəsinə də çox müsbət təsir göstərir.
Yemişan meyvəsi antioksidant xüsusiyyətlərə malik maddələr ilə zəngindir. Meyvələr yetişəndə sarımtıl-qırmızı və ya tünd bənövşəyi rəngə çevrilir. Yumru bir görünüşə sahib olan yemişan bəzən bəzək bitkisi kimi istifadə olunur. Ölkəmizdə qayalı və daşlı yerlərdə, kolluqlarda, dərələrə baxan yamaclarda, dağlıq mühitdə və ya meşələrdə bitir.
Yemişan, xüsusilə ürək üçün faydalıdır. Ürək-damar sisteminin funksiyalarını normallaşdırır, sinir impulslarının ötürücülüyünü tənzimləməsi səbəbindən ürək fəaliyyətini normallaşdırır. Ürəkdə qan axını və oksigenin artmasına kömək edir. Qan damarlarının divarlarını gücləndirir. Ürək ritminin pozulması, ağır yoluxucu xəstəliklər, ürək çatışmazlığı, əzələ zəifliyi, yüksək qan təzyiqi və infarktdan sonrakı kardiosklerozun qarşısını almaq üçün çox faydalıdır. Ürək xəstəliklərinin sağalma prosesini xeyli sürətləndirir və ritm pozulmasını aradan qaldırır. C vitamini ilə çox zəngindir. Yaddaşı gücləndirir.
Ağır infeksion xəstəliklərdən sonra ürək əzələlərinin zədələnməsinin qarşısını alır və ürək çatışmazlığı əlamətlərini aradan qaldırır.
Arterial hipertenziya zamanı yüksək olan qan təzyiqini aşağı salır, ateroskleroz nəticəsində damar divarlarının daxili səthində əmələ gəlmiş düyünlərin və qalınlaşmanın bərpasında, damar divarının elastkliyinin saxlanmasında iştirak edir. Ürək infarktı riskini minimuma endirir. Orqanizmdə toplanan mayelərin çıxarılmasına, yəni ödemin aradan qaldırılmasına kömək edir.
Sinir problemlərini azaltmaqda faydalı olduğu üçün antidepressant kimi də istifadə olunur.
YEMİŞAN MEYVƏSİNİN ÜRƏYƏ XEYRİ
İshal problemini aradan qaldırır. Ancaq həddindən artıq qəbul edildikdə qəbizliyə səbəb ola bilər. Xüsusilə infarkt keçirmiş insanlar bu meyvəni yeyirlərsə, ürəyi gücləndirir. Qusmanı dayandırır və mədə işini tənzimləyir. Miqren və baş ağrısı üçün yüksək effektə malikdir. Damarların trombla tutulmasının qarşısını alan təsirli bir meyvədir.
Yemişan ağacının yarpaqları dəmlənir və çay şəklində istehlak olunur. Yemişan yarpağının istifadəsi damar və ürək xəstəlikləri olan insanlar üçün çox faydalıdır. Tıxanan damarları açmaq üçün istifadə edilən bir müalicə üsuludur.
Yemişan meyvəsinin toxumlarından ürək çatışmazlığı, ürək ritminin pozulması, ürək əzələlərinin xəstəlikləri, yüksək təzyiq və aterosklerozun müalicəsində istifadə olunur.
Ürək əzələlərini gücləndirməkdə və ürək damarlarında qan dövranını artırmaqda əvəzsizdir. Eyni zamanda yemişan sirkəsinin də damarları genişləndirən bir xüsusiyyəti var. Yemişan meyvə və yarpaqlarının uzunmüddətli istifadəsi arterial təzyiqin enməsinə, əsəblərin sakitləşməsinə və yuxunun tənzimlənməsinə müsbət təsir göstərir. www.herba-flora.com/