FİZULİ HÜSEYNOVDAN ÜZDƏKİ QIRIŞLAR ƏLEYHİNƏ RESEPT
ÜZDƏKİ QIRIŞLAR ƏLEYHİNƏ RESEPT
Xeberciniz.biz Fizuli Huseynovun fb səhifəsindəki üzdəki qırışlar üçün paylaşdığı bilgini sizə təqdim edir.
Üzdəki qırışlar əleyhinə və sifəti təravətləndirmək üçün istifadə edəcəyimiz bu təbii qarışım ziyansızdır və hər dəfə istifadə etdikcə üz qırışlarının necə açıldığının şahidi olacaqsınız. Yaxşı olar, bu qarışımı 3 gündən bir edəsəniz.
Lazım olanlar:
- Kakao yağı 1 xörək qaşığı
- Kakos yağı 1 xörək qaşığı
- Soda 1 xörək qaşığı (qaşıq tam dolu olmasın)
Sayılan bu vasitələri 15 dəqiqə bir birinə yaxşı-yaxşı qarışdırırıq, sonra üzümüzü ilıq su ilə yuyub, qurulayıb, dairəvi formada bu kremi üzə çəkirik və 5 dəqiqə dairəvi formada üzümüzü masaj etməyə davam edirik. 15 dəqiqə gözləyəndən sonra əvvəlcə ilıq su , sonra isə otaq temperaturunda olan su ilə üzümüzü yuyuruq.
- Veb sayt – www.fizulihuseynov.com
- Telegram – t.me/fizulihuseynov
- Youtube – youtube.com/fizulihuseynov
- Instagram – instagram.com/fizulihuseynov_