Hind dərvişi Oşo dünya turuna çıxır, Yunanıstana gəlir…
1986-cı ildə məşhur hind dərvişi Oşo dünya turuna çıxıb bir aylıq turist vizası ilə Yunanıstana gəlir. Bu zaman yunan pravoslav kilsəsi hökumətdən tələb edir ki, Oşonu deportasiya etsinlər, yoxsa qan su yerinə axacaq. Kilsə “Oşo bizim dinimizə sataşır, ələ salır” deyirdi.
Yunan polisi Oşonu qanunsuz həbs edir, 5000 dollar cərimələyir və ölkədən çıxarır. Oşo aeroportda jurnalistlərə bu sözləri deyərək Yunanıstanı tərk edir:
“Əgər 1 adam 1 aylıq turist vizası ilə sizin 2000 illik əxlaqınızı və dininizi darmadağın edə bilərsə, heç onu qorumağa dəyməz, belə din məhv olmalıdır”.